“Qısamüddətli Həll Mərkəzli Terapiya” master class – Sertifikat

14-15-16 fevral 2020 tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassı keçirildi.

3 moduldan ibarət 10 saatlıq masterclass Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, LOGOCENTER Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyevanın təqdimatında baş tutdu.

3 günlük masterclassın sonuncu günündə iştirakçılara Sertifikat təqdim edildi, xatirə fotoları çəkdirildi. Daha sonra iştirakçılar masterclass haqqında öz xoş təəssüratlarını bizimlə paylaşıb iştirak etdiklərindən dolayı məmnunluqlarını ifadə etdilər.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Mətanət xanıma öz zəngin bilik və təcrübəsini, tələbələr və gənc mütəxəssislərlə paylaşdığı üçün dərin təşəkkürümüzü bildirir, masterclass iştirakçılarımıza öyrəndikləri yeni terapiyanı öz təcrübələrində uğurla tətbiq etməyi arzu edirik.

Son məqalələr

Online Qeydiyyat