Ailə Psixologiyası Kursu (Modul 1)

07.03.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda ilk dəfə olaraq Ailə Psixologiyası Kursu tədris olunmağa başladı. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunan kursun ilk modulunda ailə psixologiyasının obyekti və predmeti haqda ilkin məlumatlar verildi, ailə psixologiyasının tarixi mövzusuna geniş yer ayrıldı.

İştirakçıların xoş təəssüratlarına, müsbət rəylərinə səbəb olan uğurlu kurs üçün Elnur Rüstəmov və Nərmin Quliyevaya dərin təşəkkürümüzü bildirir, iştirakçılara növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik!

Məlumat üçün bildirək ki, 27 saatlıq proqramı əhatə edən və 9 modul üzrə davam edəcək kursun ikinci modulu 14.03.2020 tarixində, saat 14:00-da baş tutacaq.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat