Psixoaktiv maddə istifadəçilərinin müalicəsində Koqnitiv-Davranış Terapiyasının rolu

Açar sözlər:psixoaktiv maddələr, psixoterapiya, koqnitiv davranış terapiyası, asılılıq

Psixoaktiv maddə istifadəçilərinin müalicəsində üç hədəf qarşıya qoyulur. İlk mərhələdə psixoaktiv maddəyə fiziki asılılığın, ikinci mərhələdə psixi asılılığın aradan qaldırılması, psixoaktiv maddə istifadəsindən nəticələnən iztirab, depressiya kimi psixoloji problemlərin azaldılması və yaşayış tərzinin yaxşılaşdırılması, sonuncu mərhələdə isə xəstəliyin yenidən geri qayıtmasının qarşısının alınmasıdır. Ən önəmli qeyri-kimyəvi müalicə metodu, kognitiv davranış terapiyasıdır. Psixoaktiv maddə asılılığına qarşı koqnitiv-davranış terapiyası həm monoterapiya, həm də müalicə strategiyaları toplusunun bir hissəsi kimi effektivlik nümayiş etdirdi. Koqnitiv-davranış terapiyası psixoaktiv maddə asılılığında operant öyrənmə strategiyaları, koqnitiv və motivasiya elementləri, bacarıqlar yaradan müdaxilələr kimi müxtəlifyönlü müalicə elementləri ilə xarakterizə olunmasına baxmayaraq, protokollar boyunca psixoaktiv maddələrin güclü və möhkəmləndirici təsirlərini aradan qaldırmağa fokuslanmış bir neçə özək elementlər meydana çıxır. Çoxsaylı geniş miqyaslı təcrübələr və kəmiyyət analizləri, koqnitiv-davranış terapiyası istənilən psixoaktiv maddə istifadəsinə qarşı effektiv təsir göstərdiyini dəstəkləyir. Zərərli maddə istifadəsi pozuntularına qarşı koqnitiv-davranış terapiyası istər kompleks, istərsə də təcrid şəkildə istifadə edilən bir neçə fərqli müdaxilələri ehtiva edir, hansı ki, bir çoxunu həm fərdi, həm də qrup formatında aparmaq olar. Psixoaktiv maddə asılılılarının müalicəsində kognitiv davranış terapiyası haqqında bir çox araşdırmalarda bəhs edilmişdir və onun qənaətbəxş təsirinin olması haqqında bir çox dəlillər irəli sürülmüşdür. Əldə edilən nəticələr açıq şəkildə göstərir ki, koqnitiv davranış terapiya üsulu asılılıq probleminin həlli üçün faydalı müalicə növü olmuşdur, ondan asılılığın müalicəsi üçün istifadə etmək olar.
Müalicə başlanarkən, müalicə üçün motivasiyanın olmasnı və müalicəyə uyğun olma ehtimalını nəzərdən keçirilməlidir. Motivasiyaya qarşı maneələri aradan qaldırmaq üçün motivasiya inkişaf etdirici texnikalar yaradılmalı və yoxlanılmalıdır. Motivasiyalı İntervyu KDT-nin təşviş pozuntularına uyğunluğunu artırmaq da daxil olmaqla, pozuntular və digər və digər davranışların geniş çeşidinə uyğunluq, eləcə də motivasiya sonrası tətbiqi ilə psixoaktiv maddə istifadəsi ilə əlaqəli davranış dəyişikliyinə qarşı ambivalentliyi hədəfləməyə əsaslanan yanaşmadır. Motivasiyalı İntervyu modelinə əsaslanan müalicələr həm avtonom müdaxilələr, həm də zərərli maddə istifadəsi zamanı yaranan pozuntulara qarşı digər müalicə strategiyaları ilə birgə istifadə oluna bilər. Motivasiyalı İntervyuya əsaslanan meta-analitik müdaxilələrin icmalı “placebo”, yaxud müalicə olunmayan nəzarət qrupu və aktiv müalicə qarşılaşdırmalarına oxşar effektivliklə müqayisədə spirtli içki üçün kiçikdən orta səviyyəyə, narkotik maddə istifadəsi üçün isə orta səviyyəli təsir ölçülərini aşkarladı. Əksərən, Motivasiyalı İntervyu nisbətən qısa müalicə epizodlarından ibarət olan fərdi formatda təklif olunur (qrup formatlarının da işlənməsinə baxmayaraq). Müalicə daha yüksək dozalarla aparılarsa, daha böyük effektivlik əldə oluna bilər.
Yüksək risk vəziyyətləri və hadisələri tanındığından (insanlar, yerlər, həmçinin təsirlər kimi daxili əlamətlər daxil olmaqla), koqnitiv davranış terapiyası bu hadisələrin rastlaşdığı (alternativ qeyri-dərman fəaliyyətlər təmin etmə, yaxud dərman istifadə etməyən fərdlərlə fəaliyyət), həmçinin bu əlamətlərə qeyri-narkotik alternativlərin təkrarlanması ehtimallarını dəyişməyə yönəldilə bilər. Psixoaktiv maddə istifadəsi ehtimalını artıran qavrayışları azaltmağa çalışmaqla bərabər davranış kimi bu alternativ fəaliyyətlərə motivasiyanı genişləndirmək üçün motivasiya koqnitiv müdaxilələr təmin oluna bilərlər. Motivasiya intervyusunun elementlərinə əlavə olaraq (yəni, qiymətləndirmə, məlumatın soyuqqanlı təqdimatı, psixoaktiv maddədən uzaq durma halının ambivalentliyini aydınlaşdırma və müzakirə), daha geniş koqnitiv strategiyalar zərərli maddə istifadəsini rasionallaşdırmaq da daxil olmaqla (yəni, “Mən bundan sadəcə bir dəfə istifadə edəcəm”, “Bir qurtum içki mənə heç nə etməz”, “ Bugün pis gün oldu, bir az qəbul etmək haqqımdır”) zərərli maddə istifadəsinə spesifik olan koqnitiv pozuntuları hədəfləyə bilər. Belə vəziyyətlərdə, pasientlərdən bu fikirlərin doğruluğu ilə bağlı faktların alınması pasientin həyatına daha yaxşı təsir edə və daha adaptiv ola bilən alternativ qiymətləndirmələrin tanınmasına kömək edə bilər. Oxşar şəkildə, belə fikirlərin təbiəti haqda psixoloji biliklərin verilməsi və onların sağalmada oynaya biləcəkləri rol, pasientə bu fikirlərin xəstəliyin möhkəmlənməsində payının necə olduğu haqda məlumatların verilməsi də yardım edə bilər. Digər pozuntular kimi, psixoaktiv maddə əlamətləri konteksində koqnitiv rekunstruksiyanın təkrarlanması bu bacarıqların mümkünlüyünü müalicə qəbulundan kənarda da möhkəmləndirə bilər.
Beləliklə, asılılıq fərdi, ətraf mühit və sosioloji faktorların əsas rol oynadığı, ictimai, psixoloji və cismi xəstəlikdir. Buna görə də asılılığın terapiyası üçün qeyd edilən səbəblərə diqqət yetirilməlidir. Koqnitiv davranış terapiyasının konsaltinq qrupları psixoaktiv maddələrdən asılı olanların qeyri-sağlam düşüncələrini müalicə edir və asılılıqla yanaşı, idrak psixolojiyası problemlərinin həllində təkminləşmiş müalicə metodu kimi çıxış edir. Psixoaktiv maddələrdən istifadə, emosiyalar, düşüncələr və inanclar kimi koqnitiv keyfiyyətlərdə sürətli dəyişikliklər yaradır. Psixoaktiv maddələrin koqnitiv keyfiyyətlərdən çəkinmə haqqındakı inanc və baxış tərzində yaratdığı dəyişikliklər bu keyfiyyətləri (koqnitiv keyfiyyətləri) təsir altında saxlaya bilər. Bu dəyişikliklər psixoaktiv maddələrdən istifadə nəticəsində müsbət və mənfi stimulların güclənməsinin nəticəsi ola bilər. Psixoaktiv maddələrdən istifadə, bu maddələrin təsiri haqqında müsbət fikirləri yaratmaqla yanaşı, koqnitiv keyfiyyətlərlə bağlı biliklərin əldə olunmasına da səbəb ola bilər.

Müəllif :

Bakı Dövlət Universitetinin fəlsəfə doktoru üzrə doktorantı Kiyan Javadi Tarzıloo

Son məqalələr

Online Qeydiyyat