Dəyərlərin təşəkkülü : tələbələrin dəyərlər sisteminin formalaşmasının psixoloji xüsusiyyətləri

Açar sözlər: güzəran psixologiyası, dəyərlər, tələbə, şəxsiyyət, ağıl, davranış

Dəyərlər insanların şəxsiyyətini xarakterizə etməklə, onlardakı davranış tərzini, hisslərini və təfəkkürünü formalaşdırıb idarə edirlər. İnsan dəyərlərin köməyi ilə özünün və başqalarının davranışına qiymət verir, fikirlərini əsaslandıra bilir və hərəkətlərini tənzimləyir. Dəyərlər insanın peşə seçimində, təhsil sahəsində, bir sıra pozuntuların qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Müasir psixologiya üçün aktual olan dəyərlər və onların tələbə şəxsiyyətinin formalaşmasına təsiri çoxcəhətli və kompleks bir məsələdir. Bu məsələnin araşdırılması tələbə gənclərin ailədə və sosial mühitdə özlərinin fərdi, intekllektual və terminal dəyərlərini müqayisə etməsinə, xüsusilə özlərinin rəftar və davranışlarını tənzimləməyə kömək edər.
Qeyd etmək lazımdır ki, dəyərlərin təşəkkülü həm də şəxsiyyətin psixoloji statusunun göstəricilərindən biri olub onun formalaşmasını şərtləndirir. Tələbəlik həyatı da məhz gənclik illərinə təsadüf edir. Gənclərdə dəyərlərin, xüsusilə mənəvi dəyərlərin təzahürü, onun formalaşması məsələləri həmin gənclərin yaşadığı cəmiyyətdə mövcud olan normativ qaydaların, etalonların hansı səviyyədə və necə təzahür etməsindən asılıdır. Təbii ki, gənclər özlərinin təbiəti etibari ilə cəmiyyətin ictimai strukturunda mühüm yer tutur. İndiki dövrdə cəmiyyətin ictimai həyatında aparıcı qüvvə olan gənclərdə mənəvi dəyərlər sisteminin müsbət istiqamətə yönəlldilməsi zəruri tələbə çevrilir.
Gənclərin emosianal cəhətdən aktivləşdirilməsi mürəkkəb bir problemin-gənclərin mənəvi inkişafının ayrılmaz tərkib hisəsidir. Bu eyni zamanda tələbə gənclərin dəyərlər sisteminin formalaşmasında da önəmli əhəmiyyətə malikdir. Xarici ölkə alimləri ilə yanaşı Azərbaycan tədqiqatçıları da bu məsələlərə toxunmuş və münasibətlərini bildirmişlər. Belə ki, Psixologiya kafedrası tərəfindən 1981-ci ildə təşkil olunan “Tələbələrin idrak fəaliyyəti və şəxsiyyətin təşəkkülü “ adlı konfransda bu məsələlər ətraflı şərh olunmuşdur. Burada tələbə gənclərin ictimai fəallığı, onun məzmunu , meyarı, səviyyələri və amilləri, özünüdərketmə və özünüqiymətləndirmənin tələbə şəxsyyətinin formalaşmasında rolu, tələbələrin dəyərlər sisteminin onaların qrupda şəxsiyyətlərarası münasibətlər zamanı əsas faktor kimi olması , tələbələrda müəllim peşəsi üçün zəruri olan sərvət meyli və mənəvi ideyaların təşəkkül xüsusiyyətləri və s. Bu kimi problemlər təhlil olunmuş və bunların dəyərlər sisteminin möhkəmlənməsi üçün prioritetliyi vurğulanmışdır. Qeyd etdiyimiz problemlər Ə.Bayramov,Ə.Əlizadə, R.Əliyev, R.Cavadov, G.Tağıyeva, İ.Seyidov, L.Süleymanova, M.Vəliyev, M.Mustafayev və digər alimlərin təhlillərində yer almışdır.
Məlumdur ki, insanın fəllığı onun şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biridir. Bu əsasən müəyyən tələbat və motivlərlə bağlıdir. Müasir dövr üçün gənclərin bu xususda fəaliyyəti önəmlidir. Bu gün fəal olmamağın səbəbi görəsən nədir? Tələbə gənclərlə apardığimız sorğularda obyektiv və subyektiv amillərin qarşılıqlı təsirini vurğuladılar. “İctimai fəallıq hər bir tələbənin mənəvi tələbatının məhsuludur. Tələbat tarixən təşəkkül tyapmış ictimai maraqlar, məqsəd, ustanovka və motivlər vasitəsilə təsir göstərərək ictimai fəallığın təhrikedici qüvvəsini xarakterizə edir”( 4.səh 19)
Şəxsiyyətin mühüm keyfiyyətlərindən biri də özünüdərketmə və özünüqiymətləndirmədir. Insan özünü dərk etdikcə, özünü düzgün qiymətləndirdikcə şəxsiyyət kimi göstəriciləri daha qabarıq görünür. Insan özünü və ya başqalarını qavradıqca özünü onlarla müqayisə edir, özünə kənardan nəzər salır, özünü təhlil edir. Şəxsiyyətin özünüdəretməsi və özünüqiymətləndirməsi onun elmi dünyagörüşündən, əqidə və inamından, keçdiyi həyat yolundan maraq və meylindən asılıdır. Bütün bunlar da dəyərlər sistemi ilə bağlanır ki, bunların vasitəsilə şəxsiyyət özünü təhlil edir. Amerikan alimləri Cozef Luft və Qarri İnqam şəxsiyyəti səciyyələndirərkən dörd pəncərəni xüsusi vurğulayırlar. Tədqiqatçılar qeyd edirlər ki, insan həyatında bu pəncərədən özünə baxmağı bacarmalıdır. Bunlar “Coqari” pəncərəsi kimi dəyərlər sistemində mühüm yer tutur. Belə ki, hər pəncərənin bir adı var. Açıq pəncərə, kor pəncərə, gizli pəncərə və bilinməyən pəncərə olan bu pəncərələri belə açıqlanır:
Açıq pəncərə- İnsanın özü tərəfindən və başqaları tərəfindən də bilinən pəncərədir. Bu pəncərədə insanlar ümidlərini, gözləntilərini ya da qorxularını çəkinmədən dicər insanlarla paylaşırlar.
Kor pəncərə – Bu pəncərə başqaları tərəfindən bilinən ancaq insanın özündə görmədiyi, bilmədiyi pəncərədir.
Gizli pəncərə – Bu pəncərə insanın özünün bildiyi, ancaq başqalarının bilmədiyi pəncərədir. Daha doğrusu, insanın özünün iradi şəkildə bəzi xüsusiyyətlətini gizlətmək istəməsi deməkdir.
Bilinməyən pəncərə – Bu pəncərə isə insanın özünündə, başqalarının da bilmədiyi, qaranlıq pəncərədir. Tədqiqatçlar qeyd edirlər ki, insanın həyatında aşıq pəncərənin əhəmiyyəti böyükdür. Tələbələrlə sorğu apardığımız zaman məlum oldu ki, həqiqətən də sağlam bir əlaqə zamanı inkişag etməsi lazım olan vacib pəncərələrdən biri açıq pəncərədir. Insanın özü və başqaları tərəfindən bilinənlər nə qədər çox olursa, digər insanlardan alacağı məlumatların miqdarı da bir o qədər artır. Bu həm də dəyərlər sistemini inkişafına da müsbət təsir göstərir. Bunun üçün insanın mənlik şüuru inkişaf etməli, ünsiyyətində səmimi və güvənverici olması lazımdır. “Tələbənin özünə verdiyi qiymət, bir çox halda mühitin ona verdiyi qiymətə uyğundur. Tələbə bir çox halda davranişını, rəftarının nöqteyi-nəzəri əsasında qiymətləndirir… tələbəlik dövründə bələ (yeniyetmə yaşından ferqli olaraq) mühitin ona verdiyi qiymətin, bir qəder yeni formada, yeni məzmunda, yeni təzahürlərindən ibarətdir” (4,s.4) Tədqiqatlarda həmçinin, tələbə qruplarında şəsiyyətlərarası münasibətlərin formalaşması məsələləri təhlil olunur, bu prosesdə sərvət meylinin rolu ətraflı şəkildə göstərilir. Şəxsiyyətin inkişafında sərvət meyli və mənəvi idealın böyük rolu var. Sərvət meyli insanın tələbatlarının ödənilməsi ilə bağlı olan, ona kömək göstərən maddi və mənəvi sərvətlərə, ideallar məcmuəsinə nisbətən davamlı və ictimai cəhətdən şərtlənmiş münasibətdir. Ideal isə ali mənəvi sərvət rolunu oynayaraq hələ həyata keçməmiş olan, lakin özünün həyata keçməsini tələb edən imkan rolunu oynayaraqsərvət meylinin mühüm göstəricisi kimi çıxış edir. M. Vəliyev tələbələrdə dəyərləri peşə keyfiyyətləri ilə əlaqələndirir. O, qeyd edir ki, “Tələbələrdə zəruri sərvət meyli və mənəvi idealların təşəkkülü mürəkkəb proses olub, ali məktəbdə nəinki tələbələr arasındakı, eləcə də müəllm-tələbə, müəllim-müəllim sistemindəki qarşılıqlı münasibətlərin, ali məktəbin tərbiyəvi ənənələri və s amillərdən asılı olaraq formalaşır” (4.s 8). Müasir dövrdə gənclik yaşında şəxsiyyətin təşəkkülü ən mürəkkəb sosial münasibətlər mühitində baş verir. Belə ki, indiki zamanda insan münasibətlərinin dairəsi genişlənmiş, çalarları zənginləşmişdir. İnsan belə münasibətlərdən lazımınca baş çıxartmalı, həm də lazım gəldikdə ona uyğunlaşmalıdır. Bunun üçün isə o, öz davranış və rəftar sistemində dəyişikliklər yaratmalıdır. Buradan isə yeni bir vəziyyət nəşət edir. Yəni, sosial təsir kanallan çoxalır, onların istiqamətləri muxtəlifləşir. Belə bir şəraitdə bir tərəfdən şəxsiyyətin dinamikliyi artır, bağlılıq, sabitlik zəifləyir; digər tərəfdən isə muxtəlif mənfı təsirlərə qarşı durmaq üçün gənclik dövründə şəxsiyyətin daxili inamı formalaşmalı, dəyanət və mətinlyi güclənməlidir.
Təhlillərdən belə nəticəyə gəlmək olar ki, dəyərlər fərdə gerçəkliyi sınağa çəkmək və öz şəxsiyyətini qorumaq şansı verirlər. Hər bir yaş dövrü başqa dəyərlərdən fərqli olaraq istər hissiyyat, istərsə də davranış tərzi baxımındn özünəməxsus xüsusiyyətlərə malikdir. Yaşın müxtəlif dövrlərindəki dəyər sistemi, fərdin cəmiyyətdəki əxlaqi və ictimai meyarlar və qanunauyğunluqlarla uyğunlaşmasına səbəb olur. Alimlər belə qənaətə gəlmişlər ki, dəyərlər eyni zamanda insanın özünümüdafiəsinə yardım edir. Hər bir insan davranışında təzahür edən ədəb-ərkan, təmizliyə riayət, ailə və təhlükəsizliyinə qarşı diqqət, məsuliyyət və s. dəyərləri mənimsəməklə öz şəxsiyyətinin qoruyub möhkəmləndirməyə başlayır. Digər tərəfdən dəyərlər güclü stimullaşdırıcı qüvvəyə malik olduqları üçün, fərdi öz hədəflərini reallaşdırmağa doğru yönləndirirlər. Onlar həmçinin fərdin özü haqqındakı müsbət təsəvvürün yaranıb sabitləşməsinə və ondakı “Mən”in müdafiə edilməsinə səbəb olurlar. Digər tərəfdən dəyərlər fərdə gerçəkliyi sınağa çəkmək və öz şəxsiyyətini qorumaq şansı verirlər. Hər bir yaş dövrü başqa dəyərlərdən fərqli olaraq istər hissiyyat, istərsə də davranış tərzi baxımındn özünəməxsus xüsusiyyətlərə malikdir. Yaşın müxtəlif dövrlərindəki dəyər sistemi, fərdin cəmiyyətdəki əxlaqi və ictimai meyarlar və qanunauyğunluqlarla uyğunlaşmasına səbəb olur. Alimlər belə qənaətə gəlmişlər ki, dəyərlər eyni zamanda insanın özünümüdafiəsinə yardım edir. Hər bir insan davranışında təzahür edən ədəb-ərkan, təmizliyə riayət, ailə və təhlükəsizliyinə qarşı diqqət, məsuliyyət və s. dəyərləri mənimsəməklə öz şəxsiyyətinin qoruyub möhkəmləndirməyə başlayır.
Ümumiyyətlə dəyərlərin tədqiqi ilə bağlı aparılan araşdırmalar göstərir ki, bu problem nə qədər müqayisə olunsa da, ümumi ortaq fikir yoxdur. Hər hansı variantda müqayisə olunursa da yanaşma zamanı nisbilik özünü göstərir. Tədqiqatların bir hissəsində dəyərlər özünümünasibətlə eyniləşdirilirsə də, digərlərində isə müxtəlif məzmuna malik anlayışlarla müqayisə edilir.
Hər bir mədəniyyətdə dəyərlərin formalaşmasında müxtəlif amillər mühüm rol oynayır. Insanların hansı dəyərlərə üstünlük verməsində müxtəlif amillər və o
cümlədən dini əqidə, siyası istiqamət, şəxsi təcrübələr( valideynlərlə münasibət) , yaş,cins, peşə və təhsili ilə şərtlənmişdir.Müəyyən edilmişdir ki, dəyərlər sistemi mürəkkəb psixoloji struktura malik psixoloji fenomen olmaqla bərabər, özünəməxsus səviyyələri və mədəni təsir formaları vardır. Eyni zamanda hər bir yaş dövründə dəyərlərin formalaşmasının təzahür formaları və xüsusiyyətləri seçimlidir.

ƏDƏBİYYAT

Bayramov Ə.S.Şəxsiyyətin təşəkülünün aktual psixoloji problemləri. Bakı: Azərnəşr,1981, 188 s.
Ə.Ə.Əlizadə. Azərbaycan güzəran psixologiyası məsələləri. Bakı: ADPU, 1994, 121 s.
R.İ.Əliyev. Tərbiyə psixologiyası. Bakı: Nurlan, 2006, 196 s.
Tələbələrin idrak fəaliyyəti və şəxsiyyətin təşəkkülü (konfrans materialları əsasında). Bakı: ADU,1996, 127 s.
Schwartz S.H., Bardi A. Value hierarchies and a cross cultures study / Appeared in Journal of Cross Cultural Psychology, 32, 268-290 (May 2001)

Müəllif :

Psixologiya üzrə fəlsəfə doktoru, ADPU-nun Ümumi Psixologiya kafedrasının dosenti Nurəngiz Rzayeva

Online Qeydiyyat