“Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” layihəsi

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” davam edir.

Növbəti təlimlər proqram üzrə 21.12.2020 tarixində “Onlayn qrup terapiyasının aparılma qaydaları” mövzusuna həsr olundu və Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva, Elmi-metodiki şöbənin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zaman, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva, klinik psixoloq, thetaheler Nuranə Salmanlı, Sosial Psixologiya şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilov, İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, uzman psixoloq Nəzrin Məmmədzadə və klinik psixoloq Nərmin Xəlilovanın təqdimatında tədris olundu.

Layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, layihə iştirakçılarına uğurlar arzu edirik.

Son məqalələr

Online Qeydiyyat