Hər kəs uğurlu münasibəti olmasını arzu edir. Uğurlu münasibətin sirri nədədir, bilmək istəyirsinizmi?
Elə isə sizi cütlüklər üçün xüsusi təşkil olunmuş “Münasibətlərin Psixologiyası: Səndən yar, sənə yar, şikayətim var” adlı vebinarımızda iştirak etməyə dəvət edirik!
Vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında 14.02.2021 tarixində saat 12:00-da Zoom platforması üzərindən həyata keçiriləcək.
Vebinarda iştirak ödənişlidir. Lakin cütlüklər 1 nəfər ödənişi edərək 2-si birlikdə iştirak edə bilər.
Beləliklə, sevgilinizə, nişanlınıza, həyat yoldaşınıza vebinarda iştirakı hədiyyə edərək birgə iştirakınızı təmin edə və münasibətlərdə aktiv dinləmə, anlama, duyğuların, hisslərin doğru sözlərlə ifadə olunması, empatiya qurmaq bacarığı, “Mən” dili, “Sən” dili, xarakter uyğunluğu və ya uyğunsuzluğu, etməli olduqlarınız və etməməli olduqlarınıza dair əsaslı məlumatlar əldə edərək münasibətinizdə yaşadığınız çətinliklərin, problemlərin korreksiyası istiqamətində yeni kəşflər edə bilərsiniz.
Sevgi dolu vebinarda hər birinizi gözləyirik!
Qeyd: Vebinarda yalnız cütlüklər deyil, arzu edən hər kəs iştirak edə bilər. Ətraflı məlumat və qeydiyyat üçün əlaqə: 070 268 27 08 ( mobil/what’s App)