Yeniyetmələrlə psixoloji iş

İnsanın həyatda ən çox çətinlik çəkdiyi mərhələ yeniyetməlik mərhələsidir desək yanılmarıq. Çünki bu mərhələdə tədricən uşaqlıqdan yetkinliyə doğru gedən bir fərd nə uşaq, nə də ki tam yetkindir. Bu mərhələ yalnız yeniyetmələr üçün deyil, yeniyetmə uşaqları olan valideynlər, yeniyetmə şagirdləri olan müəllimlər və hətta yeniyetmələrlə işləyən psixoloqlar üçün də çətindir.

🔹Yeniyetmələrlə Psixoloji konsultasiyalara daxildir:

✔️ Ailədaxili konfliktlər
✔️ Cinsi meyl pozuntuları və travmalar
✔️ Cinsi məsələlər
✔️ Davranış pozuntusu / günahkarlıq, oğurluq, söyüş söymək
✔️ Depressiya
✔️ Təhsil vərdişlərinin dəyişdirilməsi/təhsildən yayınma
✔️ Diqqət Əksikliyi fonunda Hiperaktivlik sindromu
✔️ Təşviş-həyəcan pozuntusu
✔️ Panik pozuntu
✔️ Nitq pozuntuları / Kəkələmə
✔️ Qarşı cinslə əlaqəli problemlər
✔️ Şəxsiyyət problemləri
✔️ Boşanma
✔️ Qorxu və fobiyalar
✔️ Obsessiv-kompulsiv pozuntular
✔️ İntihar cəhdi
✔️ Bulimiya/piylənmə, yaxud anoreksiya/yeməkdən imtina
✔️ Özünə inamın olmaması/özgüvən əskikliyi
✔️ Yuxu və qidalanma problemləri
✔️ İmtahan narahatlığı
✔️ Pis vərdişlər
✔️ Digər

❗Hər kəsə bərabər yanaşma, etik dəyərlər və məxfilik işimizdə əsas prinsiplərdir. Müraciət edənlər haqqında məlumat heç bir şəxs və ya qurumla paylaşılmır.

Son məqalələr

Online Qeydiyyat