Açar sözlər: ailə, qısqanclıq, ailədaxili münasibətlər
Ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, anlayış, inamın olması çox vacib ünsürlərdir. Əgər sadaladığım ünsürlər tərəflər arasında olmazsa bu hər iki tərəfi usandırar və çoxsaylı problemlərə yol açar. Bütün bunların kökündə inam və özünəinam hissi dayanır. Təbii ki, çox qısqanc olmaq özünəinamsızlığın göstəricilərindəndir. Qısqanclıq insani bir hissdir və kökü uşaqlığımıza qədər gedir. Belə bir fikir söyləyirlər ki, adi insan ətrafa teleskopla, qısqanc insan isə mikroskopla baxır. Güvə paltarı gəmirdiyi kimi qısqanclıq da insanı gəmirər. İfrat qısqanclıq cütlükləri bir-birinə bağlamır, sədaqətini və diqqətini artırmır.
Aldatmaq istəyən mütləq aldadır. Sədaqəti bir insanın üzərində basqı quraraq əldə etmək mümkün deyildir. Qısqanclıq acı verən bir duyğudur. İfrat qısqanclıq münasibətlərdə istənilməyən durumlarda səbəb oldu olduğuna görə pataloji olaraq dəyərləndirilməlidir. Qısqanclıq ər-arvadı bir-birindən uzaqlaşdırır, bəzən isə evliliklərin bitməsinə səbəb olur.
Qısqanc insanlar özlərinə güvənməzlər. Əslində güvənsizlik sadəcə özlərilə bağlı deyildir. Özünə inam problemi və yetərsizlik ilə bağlı qayğılar, ətrafda insanın özünə rəqib olaraq gördüyü həmcinsləri ilə özünü daim olaraq müqayisə etməsi və əskik görməsi ilə nəticələnir. Hər dəfəsində qüsurlu, hər dəfəsində»tərk edilməsi» gərəkən bir həyat yoldaşı olduğuna inanan kişilər qısqanclıqla bir yerdə digər ölümsüz duyğuları da (əsəb, qayğı, narahatlıq, qorxu, şübhə və çarəsizlik) hiss edərlər. Qısqanc həyat yoldaşı öz Həyat yoldaşından asılı olur. Öz başına qalmaq istəməz, öz başına vaxt keçirməkdən xoşlanmır. Halbuki özbaşına qalmaq hətta özü-özuylə əylənə bilmək uşaqlıq, hətta çağalıq illərindən bizlərə öyrədilən bir bacarıqdır. Qısqanc insanlar bu bacarığı istifadə edə bilmirlər. Bu səbəblə də davamlı olaraq həyat yoldaşı ilə bərabər bir şeylər etmək istəyirlər. Bu isə ər- arvadın daim bir yerdə qalmaq məcburiyyəti ilə bağlı bir sıxıntı yaradır. Həmişə bir yerdə olmaq «məcbur» olduğunda sıxıcı bir hal alır.
Qısqanc insanlarin zehinləridə dolaşan düşüncə və senarilər himisə «Tərk edilmə» və «buraxılma» ilə bağlıdır. Bunun təməl səbəbi isə usaqlıqlarının çox önəmli dönəmlərində bu qorxuları hiss edərək böyüdülmüş olmalarıdır. Buraxılma, tərk edilmə ssenarisi onların yeni qarşılaşdıqları bir senatı deyildir. Çox yaxşı bildikləri və çox köhnə zamanlarda öyrənmiş olduqları köhnə və sevindim ssenaridir. Onlar qorunma və sahiblənmə üzərinə dərin bir güvənsizlik hiss edərlər. Sevilmək, hörmət edilmə, sahiblənmə, qorunma və güvənlik ehtiyacları ilə bağlı ifrat həssas insanlardır.
Qısqanc bir həyat yoldaşınız varsa, onun qısqanclığınin sizi məcbur etdiyi davranışları etməniz heç bir işə yaramaz. Daha doğrusu bu davranışlarınız, onun hiss etdirdiyi patoloji qısqanclığın daha da şiddətlənməsi və yaşamınızda ki başqa alanları da işğal etməsinə səbəb olur. Bir atəş kimidir. Siz odun artdıqca böyüyərək yüksəlir. Qısqanclığını düzgün bir şəkildə (vurmadan, təhqir etmədən) ifadə. edə bilirsə onu dinləyin. Onunla danışın, söylədiklərinə fikrinizi yönəldərək onu dinləyin. Hiss etdiklərini anlamağa çalışın. Onu anladıgınızı, onun yanında və tərəfində oldugunuzu, onu sevdiyinizi söyləyin. Sevginizi, bağlılığını və onun həmişə yanında olacağınızı ifadə etməniz və ona hiss etdirməniz, həm yoldaşınız, həm də münasibətiniz tərəfindən ən yararlı olanıdır.
Ümumiyyətlə güvən mövzusunda problem yaşayan insan iki tərəfə diqqət yetirməlidir. Bunlardan birincisi özgüvəndir.
Özgüvəni artırmaq üçün insan güvənmədiyi tariflər üzərində durmalıdır. Zəif və yetərsiz hiss etdiyi tərəflərini tanımalı və bunları necə inkişaf etdirəcəyini kəşf etməlidir. İİ tərəf isə «münasibətdə inam» adlanır. Münasibətlərində inamsızlıgına səbəb olan düşüncələri sorgulamalıdır. Qarşı tərəflə əlaqəli hansı həqiqətdən kənar düşüncələr və gözləntilərə sahib olduğunu ayırd etməlidir.
Özünə inanan və özünü sevən insanlar digərlərindən daha az qısqanc olur. Qısqanclığın əsiri olmayın.
ƏDƏBİYYAT
1. Əlizadə Ə.Ə., Abbasov A.N. Ailə. Bakı: Maarif, 1989, 312 s.
2. Əlizadə Ə.Ə. Qadın psixologiyası (Fəlsəfi-psixoloji esselər). Bakı: Təhsil, 2015, 416 s.
3. Qurbanova L. Ailənin psixoloji problemləri və həlli yolları. Sumqayıt: Bilik, 2012, 240 s.
4. Андреева Т.В. Психоология семьи: Учебное пособие. СПб.: Речь, 2010, 384 с.
5. Этика и психология семейной жизни: Проб. пособие для учителья / И.В.Гребенников, И.В.Дубровина, Г.П.Разумихина и др.; Под ред. И.В.Гребенникова. Ь.: Просвещение, 1984, 256 с.
Müəllif : Psixologiya Elmi-Tədqiqat İnstitutunun Nəzəri və Eksperimental psixologiya şöbəsinin kiçik elmi işçisi, Psixoloji Xidmət və Reabilitasiya mərkəzinin mütəxəssisi, klinik psixoloq Nigar Muradova