Dəyərli izləyicilərimiz, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Gənc yaşlı”ları qrup terapiyasına dəvət edir.
Yaşlılara mənəvi, psixoloji dəstək olmaq dövrün ən aktual məsələlərindən biridir. Qrup terapiyasının aparılmasında məqsəd də məhz yaşlı insanların aqressivlik dərəcəsinin aşağı salınması, yaşlılar arasında pozitiv atmosfer yaradaraq onların psixoloji sağlamlığını təmin etməkdir.
Qrup terapiyası Elmi-metodiki şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva tərəfindən aparılacaq.
Odur ki, “gənc yaşlı”-ları 07.05.2021 tarixində saat 10:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq qrup terapiyasında gözləyirik.
İştirak ödənişlidir.
İştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz mütləqdir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 (mobil what’s App)