Psixoaktiv maddə istifadəçilərinin sosial-psixoloji reabilitasiyasında koqnitiv-davranış terapiyasının həyata keçirilməsi qaydası və tətbiqi yolları

Açar sözlər: maddə istifadəsi pozğunluqları, koqnitiv-davranış terapiyası, fövqəladə halların idarə edilməsi, motivasiyaedici müsahibələr

Psixoaktiv maddə (bundan sonra: PAM) istifadəsi zamanı yaranan pozuntulara qarşı koqnitiv dav ranış terapiyası (bundan sonra: KDT)  həm monoterapiya, həm də müalicə strategiyaları toplusunun bir hissəsi kimi effektiv nəticə göstərdi. Bu məqalə KDT-dən istifadəni dəstəklə yən, onun kliniki tətbiqinin elementlərini, müalicəyə cavabı təkmilləşdirmək üçün yeni müalicə strategiyalarını       və təşəbbüslərin yayılmasını əhatə edən faktlara baxışı təmin edir. KDT-nin      psixoaktiv maddə istifadəsinə qarşı operant öyrənmə strategiyaları, koqnitiv və motivasiya elementləri, bacarıqlar yaradan müdaxilələr kimi müx təlifyönlü müalicə elementləri ilə xarakterizə olunmasına baxmayaraq, protokollar boyunca psixoaktiv maddələrin güclü möhkəmləndirici təsirlərini aradan qaldırmağa fokuslanmış bir neçə əsas elementlər meydana çıxır. Məqalədə bu elementlər və onların effektlivliyinin qəbul olunması müzakirə olunur. Psixoaktiv maddə istifadəsi ciddi stres və əlilliklə assosasiya olunan psixoaktiv maddələrin davamlı    istifadə edilməsi ilə xarakterizə edilən müxtəlifyönlü hallardır. Bu pozuntular adi hal alıb, belə ki, ömürboyu zərərli maddə istifadəsinin, yaxud asılılığın dərəcəsi, spirtli içkilər üçün 30%-dən         çox, digər maddələr üçün isə 10%- dən çox olduğu qiymətləndirilir; keçən  il spirtli içki asılılığının yayılma göstəricisi 8,5%, digər maddələrdə isə 2% təşkil edirdi. PAM istifadəsinin əlamətləri daha yaxşı öyrənildikcə, həm dərman, həm də psixososial müalicələr bu yanaşmaların səmərəliliyi və dəyərinin effektivliyi ilə bərabər izlənilmişdir. Bu məqalə PAM istifadəsinə   qarşı koqnitiv davranış terapiyasının kliniki tətbiqi faktına baxışı təmin edəcək. Məqalənin məqsədi kimi, KDT-ni həm davranış, həm də koqnitiv davranış müdaxilələrinə daxil etmək üçün geniş şəkildə açıqlayacağıq. Ədəbiyyatların həcmini nəzərə alsaq, bu baxış nikotini daxil etmədən, spirtli içki və digər maddə istifadəsi pozuntu sunun müalicəsi üzərində fokuslana caq.

Bu yazıda istifadə olunan əsas terminlərə aydınlıq gətirmək üçün, PAM  istifadəsi termini istənilən qadağan olunmuş psixoaktiv maddə, yaxud həkim resepti olmadan dərmanları düzgün qəbul etməmək kimi nəzərdə tutulur. Burada işlədilən PAM istifadəsi zərərli maddə istifadəsi və zərərli maddə asılılığına istinad edir. PAM istifadəsi simptomlarının xarici əlamət ləri sırasına daxildir: vəzifə öhdəlik lərini yerinə yetirə bilməmək, hüquqi problemlər, fiziki cəhətdən təhlükəli istifadə, istifadədən yaranan şəxsiyyətlərarası münasibətlərdə çətinliklər. PAM istifadəsi zamanı yaranan asılılıq simptomları zərərli maddənin dayan dırılmasından sonra fiziki geriləmə, yaxud zərərli maddə istifadəsinə nəza rət və ya tərgitməklə bağlı çətinliklər kimi daxili əlamətləri əks etdirir.

PAM istifadəsinə qarşı KDT-nin  effektivliyi

Çoxsaylı təcrübələr və kəmiyyət analizləri KDT-nin spirtli içki və digər maddə istifadəsinə qarşı effektiv olduğunu dəstəkləyir. Tədqiqatçılar müa licə alan 2340 asılı şəxs arasından 34    təsadüfi seçilmiş xəstənin daxil edildiyi    kontrol qrupunda PAM istifadəsinə və asılılığa qarşı KDT-nin metaana litik yoxlanmasını apardı. Ümumi təsir ölçüsü, təsir ölçüsünün kiçikdən  (d=0,24) böyüyə (d hədəflənən mad-dədən asılı olaraq) qədər sıralayaraq orta dərəcəsini (d=0,45) tapdı. Daha effektiv müalicə isə kannabis üçün tapıldı, ondan sonra kokain və opiodlərin müalicəsi və sonda ən kiçik təsir  ölçüsü polimaddə asılılığına aid edildi. Fərdi müalicə tiplərinə gəldikdə isə, xəstəliyin təkrarlanmasının qarşısının alınması, yaxud digər koqnitiv davranış müalicələrinə nisbətən “gözlənilməz halların idarəsi” yanaşmalarına aid daha geniş təsir ölçüsünün əldə edilməsilə bağlı faktlar var. Bütün hallarda, bu üstünlüklər ümumi psixoaktiv maddələrlə bağlı konsultasiyalar və adi müalicələr kimi vəziyyətləri idarə etməyə hesablanmışdı. Spirtli içki və qanunsuz dərmanlar üçün eyni nəticələr bir çox tədqiqatçılar tərəfindən aparılan KDT eksperimentləri- nin meta-analitik tədqiqatında da üzə çıxdı [1;2]. Faktlar müəyyən zaman keçməsinə baxmayaraq, müalicə təsirlərinin davamlılığını təsdiqləyir. Məsələn, kokain asılılığına qarşı KDT ilə psixoloji dəstək alan xəstələrin 52  həftəlik ardıcıl terapiyalarından sonra toksikoloji testlərinin nəticələri xəstələrin 60%-nin skrininqlərinin təmiz çıxmasını təsdiqlədi [3].

PAM istifadəsinə qarşı KDT istər kompleks, istərsə də təcrid şəkildə istifadə edilən bir neçə fərqli müdaxilələri ehtiva edir, hansı ki, bir çoxunu həm fərdi, həm də qrup formatında aparmaq olar. Fərdlərlə aparılan spesifik davranış və koqnitiv davranış müdaxilələri aşağıda verilir, ondan sonra isə ailə əsaslı müalicənin xülasəsi    gəlir. Hamilə qadınlar, məhbuslar kimi xüsusi əhali qrupundan olan insanların PAM istifadəsinə qarşı KDT-nin qiymətləndirilməsi hazırki icmalın əhatə dairəsindən kənardır, beləliklə, aşağıda verilmiş təsvirlər xüsusilə PAM asılılığının müalicəsi üzərində fokuslanıb.

Fərdi və qrup müalicəsi

PAM istifadəsinə qarşı KDT fərqli hədəfləri vurğulayan müxtəlif müdaxi- lələri əhatə edir. Aşağıda motivasiyalı müdaxilələr, gözlənilməz halların idarəsi strategiyaları, xəstəliyin təkrarlanmasının qarşısının alınması da daxil olmaqla bunlarla əlaqəli funksional analiz üzərində fokuslanaraq fərdi və qrup müalicələrinin icmalı aparılır.

Motivasiyalı İntervyu (bundan sonra: Mİ). Müalicə başlanarkən, xəs- tənin müalicə olunması üçün şəxsi motivasiyasının mövcudluğu və onun müalicəyə uyğunluğunun dərəcəsi nəzərdən keçirilməlidir. Motivasiyaya qarşı maneələri aradan qaldırmaq üçün motivasiya inkişafetdirici texnikalar yaradılmalı və yoxlanılmalıdır. Mİ KDT- nıin təşviş pozuntularına uyğunluğunu  artırmaq da daxil olmaqla, pozuntular və digər davranışların geniş çeşidinə uyğunluq, eləcə də motivasiya sonrası tətbiqi ilə PAM istifadəsi ilə əlaqəli davranış dəyişikliyinə qarşı ambivalentliyi hədəfləməyə əsaslanan yanaşmadır. Mİ modelinə əsaslanan müalicələr həm avtonom müdaxilələr, həm    də PAM istifadəsinə qarşı digər müalicə strategiyaları ilə birgə istifadə oluna bilər. Mİ-yə əsaslanan metaanalitik müdaxilələrin icmalı “placebo”, yaxud müalicə olunmayan kontrol qrupu və aktiv müalicə qarşılaşdırmalarına oxşar effektivliklə müqayisədə spirtli içki üçün kiçikdən orta səviyyəyə, narkotik maddə istifadəsi üçün isə orta səviyyəli təsir ölçülərini aşkarlayır. Əksərən, Mİ nisbətən qısa müalicə epizodlarından ibarət olan fərdi formatda təklif olunur (qrup formatların da işlənməsinə baxmayaraq). Mİ zamanı motivasiya elementlərindən və təsir metodlarından daha güclü istifadə olunarsa, daha yaxşı effektiv  nəticələr əldə etmək olar [4; 5].

Gözlənilməz halların idarəsi

Müalicə başlandıqda, PAM-ın güclü təsirlərinə qarşı durmaq əsas məsələdir. Gözlənilməz Halların İdarəsi  (bundan sonra: GHİ) yanaşmaları operant öyrənmə nəzəriyyəsinə əsaslanır və xəstə PAM-dan uzaq durduğunu nümayiş etdirdikdən sonra GHİ yanaşması qeyri-dərman yanaşma kimi tətbiq oluna bilər. Çox sayda kliniki tədqiqatlar spirtli içki, kokain və opiodlər kimi müxtəlif maddələrə qarşı GHİ-nin effektivliyini dəstəkləyir. Metaanalitik tədqiqatlar göstərir ki, GHİ-nin effektivliyinin təsir ölçüləri orta səviyyədədir, bəzi maddələrə nisbətən (tütün, polinarkotik istifadə) müəyyən maddələrə (opioidlər, kokain) qarşı daha böyük effektivlik müşahidə etdirir. GHİ yanaşmalarının effektivliyinin dəyərini artırmaq üçün tədqiqatçılar lotoreya tipli strategiyanın rolunu araşdırbılar. Məsələn, PAM istifadəsinə qarşı skrininqlərin cavabı mənfi çıxarsa, “punş kasası” (ing. punch bowl) metodu şüşə qabdan mükafat çəkmək imkanını yaradır. Əksər mükafatların maliyyə dəyəri  aşağı olur (məsələn, 1$), lakin az sayda daha böyük mükafatların (məsələn, 50$) cəlb olunması xəstənin PAM-dan  uzaq qalması üçün yaxşı təşviqedici stimul təklif etməklə pula qənaət edir. GHİ proseduralarında stabil, yaxud artan möhkəmləndirici qrafiklər istifadə oluna bilər, uzaqqalma müddəti artdıqca möhkəmləndiricinin müddəti də artır. PAM-ın mənfi skrininqi ilə bağlı gözlənilməz hallara əlavə olaraq (məsələn, tampon, yaxud sidik toksiologiya skrininqləri), prenatal səfərlərdən dərmana uyğunlaşmaya qədər adaptiv davranışlar GHİ yanaşması vasitəsilə uğurla dəyişmişdir [6;7].

GHİ yanaşmasının tədbiqindəki məhdudiyyət kliniki şəraitlərdə gücləndiriciləri təmin etmək üçün maddi sərmayənin çatışmazlığıdır. Bu metodların kliniki qəbuluna yardım üçün işəsaslı gücləndiricilərin təsisi alternativ kimi təqdim olunub. Həmçinin GHİ strategiyaları PAM istifadəsini azaltmağa kömək üçün cütlüklərarası münasibətlərə də aid edilə bilər.

PAM-ın yenidən istifadəsinin qarşısının alınması və digər müalicələr

PAM istifadəsinə qarşı koqnitiv davranış yanaşmasına dair başqa bir yaxşı araşdırma psixoaktiv maddə istifadəsi əlamətlərinin funksional analizini və bu əlamətlərə alternativ cavabların sistemli treninqini vurğulayır. Təkrarlanmanın qarşısının alınması adlandırılan bu yanaşma pasiyenti psixoaktiv maddə istifadəsinə cəlb edən yüksək risk vəziyyətlərinin (məsələn, sevimli barlar, psixoaktiv maddə istifadə edən dostlar və s.) tanınması və qarşısının alınması üzərində fokuslanır. Təkrarlanmanın qarşısının alınması texnikalarına pasiyentin zərərli maddə istifadəsinin müsbət təsirləri haqqındakı anlayışları ilə bağlı gözləntilərini sarsıtmaq və pasiyentə təhlükəli vəziyyətdə daha məlumatlı seçim etməkdə kömək etmək üçün psixoloji biliyin təmin edilməsi daxildir. Spirtli içki, narkotik maddə və siqaret istifadəsi pozuntularına qarşı təkrarlanmanın qarşısının alınması effektivliyini öyrənən metaanaliz keçirilmiş bütün 26 tədqiqat zamanı psixoaktiv maddə istifadəsinin azaldılmasına dair nisbətən az təsir (r=.14), lakin bütün psixososial nizamlanmanın təkmilləşdirilməsi üçün daha geniş (r=.48) təsir nəticələrini aşkarladı. PAM istifadəsinin funksional əlamətlərinə əlavə olaraq, inkişaf etdirilmiş oxşar    KDT strategiyalar daha geniş psixoloji bilik, koqnitiv yenidənqiymətləndirmə, bacarıqların treninqi və digər davranış strategiyalarını özünə daxil edə bilir. PAM istifadəsinə qarşı KDT- nın effektivliyinə dair faktlar metaanalitik icmallarla müxtəlifyönlü müqayisə şərtlərini istifadə edərək təsirin ölçüsünün qiymətləndirilməsini aşağı orta dərəcədə, müalicə olunmayan nəzarət qruplarla müqayisədə isə geniş təsir ölçüləri ilə dəstəkləyir [8; 9].

Cütlüklər və ailə terapiyası

PAM istifadəsi müalicəsinin, adətən, fərdi, yaxud qrup formatında aparılmasına baxmayaraq, pozuntunun    pasiyentin sosial ətraf mühiti ilə güclü bağları olduğu məlumdur. İstifadəçinin    zərərli maddədən könüllü uzaq durmasına nail olmaq üçün partnyordan, ailədən və ətraf mühitdən istifadə olu naraq bir neçə ümidverici müalicələr   inkişaf etdirilib. İcma Möhkəmləndirmə Yanaşması, GHİ kimi mühit daxilində gözlənilməyən vəziyyətləri dəyişmək üzərində fokuslanır ki, zərərli maddə asılılığındansa, ayıq davranışı daha faydalı etsin (məsələn, pasiyentin gündəlik qrafikində üstünlük verilən qeyri-alkoqollu fəaliyyətlərin daxil edilməsi). Spirtli içki asılılığına qarşı İcma Möhkəmləndirmə Yanaşmasının effektivliyinin kokain və opioid kimi narkotik asılılığı olan əhali qrupuna da faydalı olması bir neçə metaanaliz vasitəsilə təsdiq olunub [10].

Mühüm dəstəkləyici olan digər müalicə Cütlük Davranış Terapiyasıdır (bundan sonra: CDT). Bu müalicədə münasibətin gedişatı ilə zərərli maddə istifadəsi arasında qarşılıqlı əlaqənin olduğu düşünülür. Belə ki, zərərli maddə istifadəsi cütlüyün münasibətinə zərərli təsir edə və bu stresli münasibət də öz növbəsində, zərərli maddə istifadəsinin artırılmasına aparıb çıxara bilər. Buna görə də, bu müalicə partnyorun zərərli maddə ilə bağlı vəziyyətlərə dözməsi, eləcə də, ümumiyyətlə, cütlüyün münasibətinin gedişatının yaxşılaşdırılmasına fokuslanır. Müdaxilələr, adətən, psixoloji bilik, cütlüyün münasibətinin gözlənilməyən psixoaktiv maddə istifadəsindən uzaqlaşdırılması üzərində məşqlər, psixoaktiv maddədən istifadə edilməyən günlərdə möhkəmləndirmənin tətbiqi (məsələn, müsbət keyfiyyətlərin və davranışların daha geniş tanınması) və uzaqqalma halını mükafatlandırmaq və psixoaktiv maddə istifadəsini azaltmaq imkanları üçün qarşılıqlı xoşa gələn qeyri-narkotik fəaliyyətlərin gündəlik qrafikə salınmasından ibarətdir [11; 12].

Son metaanaliz CDT-nin spirtli içki istifadəsi pozuntularında fərdi konsultasiya müalicələrindən daha çox faydalı olduğunu aşkarladı. Belə ki, CDT vəziyyətində olanlar istifadə mütəmadiliyinin azaldılmasını və nəticədə müalicədən sonrakı dövrdə də daha böyük münasibət məmnuniyyəti göstərdilər. Bundan əlavə, Stanton və Şadiş tərəfindən aparılan metaanaliz aşkarladı ki, CDT-nin güclü müalicə ilə qorunub saxlanması assosasiya olunur [13; 14]. Ola bilsin ki, bu pasiyentin ev şəraiti və müalicədə arzu olunan dəstək sisteminin birgə uğurlu əməkdaşlığına görədir.

Qarışıq müalicə strategiyaları

Qarışıq müalicə strategiyaları (məsələn, KDT və dərmanla müalicə birlikdə) xüsusilə psixoaktiv maddədən müalicənin daha inkişaf etdirilmiş nəticələrinə aparıb çıxaracaq. Lakin əhval və təşviş pozuntularının nəticələrində olduğu kimi, bu yanaşma ikili nəticələrə sahib oldu. Məsələn, bəzi araşdırmalar spirtli içki asılılığına qarşı KDT və naltreksonun kombinasiyasını dəstəkləyir. Bunun əksinə, 1383 xəstədə spirtli içki asılılığına qarşı naltrekson və davranış müdaxilələrinin kombinasiyasının qiymətləndirilməsi aşkarlandı ki, naltrekson, davranış müdaxilələri və onların kombinasiyaları ən yaxşı içki nəticələri ilə sonlandı, lakin qarışıq müalicə monoterapiyaya nisbətən heç bir əlavə effektivlik nümayiş etdirmədi. GHİ kimi davranış strategiyalarının əlavə edilməsi metadon kimi opioid aqonist terapiyaların effektivliyini artırmasını göstərdi. Kokain asılılığına qarşı KDT-də disulferaminin əlavə edilməsi və KDT-yə və ya GHİ-yə sitalopraminin əlavə edilməsi kimi digər strategiyalar da uğur nümayiş etdiriblər [15; 16]. Psixososial yanaşmaların kombinasiyası da qarışıq nəticələr verdi. Məsələn, KDT və GHİ-nin kombinasiyası psixoaktiv maddə asılılığı müalicəsinin metaanalizində digər müdaxilələrə nisbətən ən yüksək təsir ölçüsü göstərdi, lakin yalnız iki tədqiqatın bu təsir ölçülərinə payı düşmüşdü, hansı ki, bu yanaşmaya etibar etməyi məhdud saxlayır [17]. Bunun əksinə, bir neçə tədqiqat “siqnallara məruzqalma” və KDT, GHİ və KDT kimi davranış terapiyalarını isbat etməyiblər [18; 19]. Hazırda spirtli içki və psixoaktiv maddə istifadəsi pozuntularının ən güclü müalicə strategiyalarının effektiv monoterapiyaların kombinasiyası haqqında daha çox tədqiqata ehtiyac var.

Müalicələrin nisbi effektivliyi

PAM istifadəsi zamanı yaranan pozuntular üçün müxtəlif koqnitiv-davranış yanaşmalarının nisbi effektivliyini qiymətləndirən tədqiqatlar psixoaktiv maddə istifadəsinə qarşı bu yanaşmaların nisbi faydalarına dair ikili nəticələr əldə etmişdir. Oxşar effektivlik spirtli içki asılılığına qarşı CDT-nin fərdi KDT ilə müqayisəsində CDT-yə nisbətən fərdi KDT-nin müəyyən dəyər üstünlüklərini qeyd etmək olar. Stimulant asılılığa qarşı KDT-ya GHİ-ni müqayisə edən tədqiqatda GHİ daha kəskin effektivlik nümayiş etdirdi, lakin müalicədən sonrakı dövrdə effektivlik hər iki müalicələr üçün eyni oldu. Eyni nəticələr metadon təmini müalicəsində də opioid asılılığı olan pasiyentlər üçün KDT və GHİ-ni müqayisə edərkən əldə olundu. Spirtli içki asılılığının Uyğunlaşma Sınaq Layihəsində 3 fakt-əsaslı psixososial strategiyaları (KDT və Mİ-əsaslı müalicə) müalicədən sonrakı, həmçinin müalicədən sonra növbəti 3 il sonrakı müddətdə müalicə şərtləri ilə bağlı ümumi oxşar nəticələr verdi. Bundan əlavə, pasiyentləri təməl xarakteristikalara əsaslanan müalicələrə uyğun- laşdırmaq cəhdləri hələ fərdi yanaşmaya əsaslanan ilkin müalicələr haqda aydın təsəvvür yaratmayıb [3; 20; 21]. Lakin sınaq müalicələr boyunca təsir ölçüsü analizinin nəticələri psixoaktiv maddə istifadəsinə qarşı GHİ və spirtli içki istifadəsinə qarşı qarışıq psixo-sosial müalicələr üçün ən etibarlı müalicə effektlərini dəstəkləyir.

PAM istifadəsinə qarşı KDT-nin effektivliyi

Bu müdaxilələr üçün empirik dəstəyin ümidverici olmasına baxmayaraq, bu, əksərən optimal şərtlər altında aparılan müalicədə effektivlik tədqiqatları vasitəsilə toplanıb. Lakin əksər PAM istifadəsi müalicələri optimaldan uzaq şərtlər altında xidmət təminatları zamanı baş verir. Məhdud sayda effektivlik tədqiqatları effektivlik sınaqlarının imkan yaratdığı ciddi və dəqiq nəzarətlər olmadan bu müalicələrin yoxlanmasını aparıb.

Bir neçə tədqiqatlar psixoaktiv maddə istifadəsinə qarşı ənənəvi konsultasiyalara əlavə kimi GHİ-nin effektivliyini yoxladı. Əvvəllər tədqiqatlar zərərli maddə istifadəsindən davamlı uzaq durmaq üçün nisbətən yüksək mükafatlar (1000$) təmin edirdi, lakin son dövrdə ənənəvi konsultasiya proq- ramlarına daha praktik əlavə kimi aşağı dəyərli GHİ-ni təmin etmək üzərində fokuslanıblar [22; 23]. Tədqiqatçılar kokain və opioid asılılığı olan pasiyentlər üçün standart icma əsaslı müalicəyə əlavə kimi GHİ-ni yoxladılar (metadon təmini və aylıq fərdi kon- sultasiya). Bu tədqiqatda GHİ sabit nisbət cədvəli istifadə edilərək lotoreya formatı vasitəsilə çatdırıldı, hansı ki, burada narkotikə qarşı sidik testi təmiz çıxmış pasientlərə dəyəri 1$-100$ arasında olan mükafatları qabdan çıxarmaq şansı verilirdi; GHİ almayan pasiyentlərə nisbətən GHİ ilə təmin olan pasiyentlər müalicədən sonrakı 6 aylıq müddətdə daha çox uzaqdurma müddəti əldə etdilər [23].

Motivasiyaartırma strategiyalarının effektivlik tədqiqatı qarışıq nəticələr verdi. Məsələn, zərərli maddə istifadəsindən müalicə axtaran ispan dilli pasiyentlər üçün motivasiya artırıcı terapiyanın geniş effektivlik sınağında Karol et al bu müalicənin yalnız spirtli içki problemləri üçün model müalicə axtaranlar arasında TAU-ya nisbətən kiçik faydasının olduğunu aşkarladı. Psixoaktiv maddə istifadəsində deyil, spirtli içki istifadəsinə qarşı motivasiya, artırıcı faydanın bu cür nəticəsi əvvəlki araşdırmalara uyğun gəlir. Eynilə, Qrey Mc. Kembric və Srenqa tərəfindən aparılan tədqiqat gənclər arasında spirtli içki, nikotin və kannabis istifadəsi üçün gənc işçilər tərəfindən çatdırılan Mİ-nin bir seansının təsirlərini yoxladı [24]. Müalicədən sonrakı 3 aylıq müddətdə Mİ alan pasiyentlər almayanlara nisbətən çox az günlərdə spirtli içki istifadə etdiklərini deyiblər; lakin siqaret və ya kannabis istifadəsi üçün mühüm fərq aşkarlanmayıb, bu onu göstərir ki, Mİ-nin faydasının həcmi effektivlik tədqiqatları tərəfindən tanınandan daha məhduddur. Effektivlik tədqiqatlarında motivasiyalı inkişafetdirici yanaşmanın təkmilləşdirilməsi nəticələri daha ümidverici olub.

PAM istifadəsinə qarşı KDT-nin kliniki elementləri

Yuxarıda vurğulandığı kimi, zərərli maddə istifadəsi pozuntularına qarşı KDT-si istifadə olunan xüsusi protokollara – müxtəlif psixoaktiv maddələrin təbiətini və təsirlərinin müxtəlifliyini nəzərə almaqla və hədəflənmiş maddəyə görə fərqlənir. Lakin protokollarda bir sıra əsas elementlər meydana gəlir. Müdaxilələrdə ardıcıl və dəyişməz olan uyğun olmayan davranış modellərinə, motivasiya və koqnitiv maneələrin dəyişməsinə və bacarıq çatışmazlıqlarına hədəflənən öyrənmə əsaslı yanaşmaların istifadəsidir. PAM istifadəsinə qarşı KDT-nin altında yatan əsas prinsiplərdən biri odur ki, sui-istifadə edilən maddələr güclü davranış stimulyatorları kimi xidmət göstərir. Zaman keçdikcə bu pozitiv (məsələn, sosial təcrübələri genişləndirmə) və neqativ (məsələn, neqativ təsirləri azaltma) stimullaşdırıcı təsirlər həm daxili, həm də xarici amillərin geniş müxtəlifliyi ilə bağlıdır. KDT-nin əsas elementləri ya qeyri- istifadə (məsələn, uzaq durmaq üçün mallar) ilə assosasiya olunan gözlənil- məz hadisələri artırmaqla, ya da istifadəni azaltmağı asanlaşdıran bacarıqlar yaratmaqla və qeyri-narkotik fəaliyyətləri mükafatlandırmaq üçün imkanları asanlaşdırmaqla zərərli maddələrdən sui-istifadəninin güclü təşviqedici təsirlərini yüngülləşdirməyə hədəflənib. Bu ümumi cəhətlərə baxmayaraq, yuxarıda qeyd olunan tədqiqatlar göstərdiyi kimi müalicənin uzunluğu PAM istifadəsinə qarşı KDT-si rubrikası arasında geniş şəkildə fərqlənə bilər (məsələn, Mİ üçün 1 seans, CDT üçün 12 seans və s). Müalicənin müd- dəti və intensivliyi haqda elmi axtarış daha uzun müddətlə müsbət nəticə arasında pozitiv əlaqəni göstərən, bəzi əlaqəli tədqiqatlar, eləcə də müalicə müddətinin heç bir fərq göstərmədiyini qeyd edən digər tədqiqatlarla qarışıb [19; 25; 26].

Keys konseptuallaşması və funksional analiz

Qiymətləndirmə və müalicənin ilkin seansları zamanı keys konseptuallaşması zərərli maddə pozuntularının müxtəlifliyini nəzərə almağı tələb edir. Məsələn, təsirli və sosial mühit amillərinin nisbi töhfəsi pasiyentlərə görə dəyişə bilir. Eyni zamanda panik pozuntusu və spirtli içki asılılığı olan pasientlər geriçəkilmə dövrləri yaşaya bilərlər, spirtli içki istifadəsi və panik simptomları həm spirtli içki istifadəsinin azaldılmasına, həm də panik simptomların yaxşılaşmasına əngəl ola bilər. Alternativ olaraq, eyni anda psixoloji pozuntuları olmayan pasiyentlər isə sosial vəziyyətlərdə zərərli maddəyə qavranılmış ehtiyac, yaxud zərərli maddə təkliflərini rədd etməkdə çətinlik çəkə və müxtəlif maneələrlə üzləşə bilərlər. Buna görə də, bütün bu amillər müalicəyə girişməzdən əvvəl nəzərə alınmalıdır.

Ümumi KDT modellərinə uyğun olaraq, PAM istifadəsinə qarşı müalicə gündəmi hazırlamaq, məqsədlərin tanınması və ev tapşırığının təyin edilməsi və icmalı daxil olmaqla müntəzəm strukturun istifadəsindən faydalanır. Bu, koqnitiv çatışmazlıqları olan, konsentrasiyasını toplamaqda çətinlik çəkən, təşkilati və problem-həlletmə bacarıqları olmayan alt-qrup pasiyentlər üçün xüsusilə vacibdir, çünki bu, belə pasiyentlərə müalicə seanslarından kənarda da müalicə texnikalarını daha asan xatırlamağa və tətbiq etməyə kömək edə bilər. Funksional analiz ən erkən mərhələlərdən müalicənin vacib komponentidir. Zərərli maddə istifadəsinə vəsilə yaradan, yaxud başlanmasından öncə gələn təhriklərin tanınması davranış və uyğun vəziyyətlərin müəyyənləşdirilməsi və hədəflənməsi üçün olduqca həlledicidir. Məsələn, likor dükanları, yaxud, adətən, narkotik vasitələrin satıldığı yerlər kimi zərərli maddə istifadəsi üçün yüksək riskli vəziyyətlərin tanınması və pasiyenti belə vəziyyətlərdən yayınmağa həvəsləndirmə (xüsusilə sağalmanın ilkin mərhələsində) bu mərhələdə istifadə oluna bilər. Belə stimul nəzarət strategiyaları uzaq durmaq üçün ilkin nailiyyətləri asanlaşdırdığına görə, bu çərçivədə sağalmaq üçün möhkəmləndirmə bacarıqlarının yaradılması məqsədilə ilkin vacib tədbir funksiyasını görə bilər. Bu analizlər həm də kliniki mütəxəssis üçün psixoaktiv maddələrin sosial repertuarının bir qolu, pozitiv fəaliyyətləri artırmaq və ya çətin emosiya, yaxud vəziyyətlərin öhdəsindən gəlmək üçün istifadə olunub-olunmadığını aydınlaşdırmağa kömək edəcək. Psixoaktiv maddə istifadəsi səbəblərinin müstəqil qiymətləndirilməsi funksional analizin bu aspektinə də kömək edə bilər. Məsələn, Yoxlanmış İçki İçmə Səbəbləri Sorğusu içki qəbulu səbəblərinin təbiəti və əhval pozuntusu kimi xüsusi tətikləyicilərlə assosasiyasına aid vacib məlumatlar verə bilər [27; 28; 29].

Koqnitiv və motivasiya strategiyaları

Yüksək risk vəziyyətləri və hadisələri tanındığından (insanlar, yerlər, həmçinin təsirlər kimi daxili əlamətlər daxil olmaqla), koqnitiv davranış terapiyası bu hadisələrin rastlaşdığı (alternativ qeyri-dərman fəaliyyətlər təminetmə, yaxud dərman istifadə etməyən fərdlərlə fəaliyyət), həmçinin bu əlamətlərə qeyri-narkotik alternativlərin təkrarlanması ehtimallarını dəyişməyə yönəldilə bilər. Psixoaktiv maddə istifadəsi ehtimalını artıran qavrayışları azaltmağa çalışmaqla bərabər davranış kimi bu alternativ fəaliyyətlərə motivasiyanı genişləndirmək üçün motivasiya koqnitiv müdaxilələr təmin oluna bilərlər. Motivasiya intervyusunun elementlərinə əlavə olaraq (yəni qiymətləndirmə, məlumatın soyuqqanlı təqdimatı, psixoaktiv maddədən uzaqdurma halının ambivalentliyini aydınlaşdırma və müzakirə), daha geniş koqnitiv strategiyalar zərərli maddə istifadəsini rasionallaşdırmaq da daxil olmaqla (yəni “Mən bundan sadəcə bir dəfə istifadə edəcəm”, “Bir qurtum içki mənə heç nə etməz”, “Bugün pis gün oldu, bir az qəbul etmək haqqımdır”) zərərli maddə istifadəsinə spesifik olan koqnitiv pozuntuları hədəfləyə bilər. Belə vəziyyətlərdə, pasiyentlərdən bu fikirlərin doğruluğu ilə bağlı faktların alınması pasiyentin həyatına daha yaxşı təsir edə və daha adaptiv ola bilən alternativ qiymətləndirmələrin tanınmasına kömək edə bilər. Oxşar şəkildə, belə fikirlərin təbiəti haqqında psixoloji biliklərin verilməsi və onların sağalmada oynaya biləcəkləri rol, pasiyentə bu fikirlərin xəstəliyin möhkəmlənməsində payının necə olduğu haqqında məlumatların verilməsi də yardım edə bilər. Digər pozuntular kimi, psixoaktiv maddə əlamətləri kontekstində koqnitiv rekunstruksiyanın təkrarlanması bu bacarıqların mümkünlüyünü müalicə qəbulundan kənarda da möhkəmləndirə bilər [30].

Koqnitiv rekonstruksiyanın bir hissəsi kimi, maddə istifadəsinin nəticələri haqda gözləntilər və inamlar müdaxilənin başqa bir vacib hədəfidir. Pasiyentlərin bir xüsusi maddə istifadəsinin onların həyatlarının problemli tərəfini, yaxud vəziyyətdən çıxmağa kömək edə biləcəyinə inandıqlarını aşkarlamaq adi hal deyil. Məsələn, pasiyent inana bilər ki, spirtli içki içmədən ailə bayramı həzzverici deyil. Eyni şəkildə, koqnitiv rekunstruktiv texnikalar da, həmçinin gözləntilər üçün faktların qiymətləndirilməsi və davranış eksperimentlərinin formalaşdırılması bu problemi hədəfləmək üçün istifadə oluna bilər. Bu nümunədə, pasiyent bayram qonaqlığında spirtli içki içməkdən özünü saxlamağa həvəsləndirəcək və bayram tədbirinin hansı dərəcədə əyləncəli olduğunu qiymətləndirəcək. Əlavə olaraq, pasiyent keçmiş bayramlarla bağlı faktları bu şərtlərdə spirtli içki içməyin faydası və nəticələri ilə müqayisə edərək qiymətləndirə bilər.

Gözlənilməz halların dəyişməsi

Qeyd edildiyi kimi, müxtəlif GHİ prosedurları pasiyentlərə psixoaktiv maddə istifadəsini azaltmağa kömək etməkdə uğur göstərib. Koqnitiv davranış terapisti müalicənin bir hissəsi kimi uzaqdurmanı necə mükafatlandırmağı düşünməsi lazım gəlir. GHİ-nin ənənəvi yanaşmalarına əlavə olaraq – pul mükafatları, mallar üçün vauçerlər, yaxud müalicə “üstünlükləri” (yəni metadon dozasını evə aparmaq) – CDT yanaşmasında aydın olduğu kimi, sosial gözlənilməz halların nizamlanması nəzərə alınmalıdır. Müalicədə ünvanlanması lazım olan sual gözlənilməz halları uzaqdurmanın ilkin təcrübələrini həvəsləndirmək və qeyri-narkotik fəaliyyətlərə daxil olmaq üçün necə nizamlamaq olardı? Bu məqsədə çatdıqda müalicə uzaqdurma üçün daha təbii baş verən mükafatların tanınması ilə maraqlanır (yəni daha geniş işlə təmin etmək, münasibət, sosial uğur). Belə olduqda, pasiyentə müsait bacarıqlardan asılı olaraq problem həlletmə strategiyaları və proqramlaşdırma, eləcə də daha geniş məqsədə nail olmaq üçün təkrarlanan addımların təmin olunmasına ehtiyac ola bilər.

Psixoaktiv maddə istifadəsi müalicəsinə bir sıra yanaşmalar psixoaktiv maddə istifadəsi əlamətlərinin aşkarlanmasını vurğulayır [31; 32]. Tədqiqat psixoaktiv maddə vasitələri və ya maddələrin özləri kimi zərərli maddə istifadəsinin xarici əlamətləri üçün orta səviyyəli uğur göstərib. Uyğun olaraq, psixoaktiv maddə istifadəsinin daxili əlamətlərinin aşkarlanmasına diqqət dəyişib. Qeyri-qanuni psixoaktiv maddə istifadəsi və siqarətçəkmənin dayandırılması ilə bağlı pilot tədqiqatlar bu yanaşmaya erkən dəstək verir [33;34]. Siqaretçəkmənin dayandırılmasında bu yanaşmalar üçün diqqət qorxu və təşviş hisslərinin azaldılması üzərinə qoyula bilər, hansı ki, həm nikotin dayandırılmasının təsirli nəticələrini, həm də geriçəkilmədən yayınmanı gücləndirə bilər. İntroreseptiv məruzqalma proseduralarından əvvəl fərdləri bu hisslərə məruz qoymaqla bu hisslərdən imtina siqaretçəkmə davranışının azalması ilə nəticələnə bilər.

Bacarıqların treninqi

Bacarıqların yaradılması insanlararası emosiya nizamlanması və təşkilati problem həlletmə çatışmazlıqlarının hədəflənməsi kimi geniş şəkildə konseptuallaşdırıla bilər. Öhdəsindən gəlmə və ünsiyyət bacarıqlarının məşqinə əlavənin kliniki sınaqlarının yoxlanması müsbət nəticələr göstərdi və zərərli maddə istifadəsinə qarşı KDT-nin ümumi komponentlərindəndir [33; 34]. Strategiyaların istifadəsi pasiyentdən alınan məlumata və belə çatışmazlıqların davranış müşahidəsini yaratmaqla keys konseptuallaşdırılmasına əsaslandırılmalıdır. İnsanlararası bacarıq treninqləri münasibət çətinliklərinin düzəldilməsi, sosial dəstəkdən istifadə etmək qabiliyyətini artırma və effektiv ünsiyyəti hədəfləyə bilər. Ailəsindən, yaxud onun üçün əhəmiyyətli olan digər insandan güclü dəstəyi olan pasiyentlər üçün müalicədə bu sosial dəstəyin istifadəsi həm uzaqqalma, həm də münasibət fəaliyyəti üçün faydalı ola bilər. Bundan əlavə, zərərli maddə təkliflərini rədd edə bilmək qabiliyyəti məhdudiyyətli ola və sağalmada çətinlik yaratmağa xidmət edə bilər. Spirtli içki və psixoaktiv maddə təkliflərinə sosial şəkildə məqbul hesab edilən cavablar seansının məşqi seanslardan kənarda da bu imtinaların daha güclü tətbiqini təmin edir. Müvafiq olduğu təqdirdə, bu məşq xəyali məruzqalma, yaxud emosional induksiya ilə təmin olunmalıdır ki, pasiyentin psixoaktiv maddə istifadəsi üçün yüksək risk vəziyyətlərinə oxşayan həddə çatdırılsın.

Emosiya nizamlanması bacarıqları stresə dözümlülük və bacarıqların öhdəsindən gəlməyi ehtiva edir. Problemhəlletmə çalışmalarından istifadə etmək və emosiya nizamlanması üçün repertuarın inkişafı vasitəsilə pasiyent stresə qarşı alternativləri həm təyin etməyə, həm də qeyri-narkotik alternativləri işlətməyə başlaya bilər. Sosial dəstəklərdən istifadə etmək, xoş fəaliyyətlərlə məşğul olmaq kimi neqativ təsirin öhdəsindəngəlmə strategiyaları və məşqlər seanslarda təqdim oluna və məşq etdirilə bilər. Zərərli maddə istifadəsi fəaliyyətlərinə (məsələn, maddəni əldə etmək, işlətmək, təsirini hiss etmək) sərf olunan vaxt və enerjini nəzərə alsaq, sevimli ayıq fəaliyyətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Əvvəllər zərərli maddə istifadəsinə həsr olunmuş vaxt, zərərli maddə istifadəsini azaldarkən pasiyentlərə boşluq hissi yaşatdığı üçün zərərli maddədən uzaq qalmağa maneçilik törədə bilər. Beləliklə, zərərli maddə istifadəsini azaldarkən xoş və məqsədyönlü fəaliyyətlərin davamlı artırılması ilkin və möhkəmləndirilmiş zərərli maddələrdən uzaq durmağın asanlaşdırılması üçün həlledici ola bilər [35].

Nəhayət, məqsədqoyma çatışmazlığı müalicənin bir hissəsi kimi seanslar daxilində hədəf kimi qoyula bilər. Pasiyentlərə müalicənin məqsədlərini qoymaqda rəhbərlik etmək bu bacarıq qurmanın ilk təcrübəsinə xidmət edə bilər. Həmçinin pasientlərə daha uzunmüddətli məqsədlərə xidmət daxilində kiçik məqsədlərin qoyulmasına kömək etmək də vacib çalışmadır. Qısamüddətli həzz üçün uzunmüddətli həzzi təxirə sala bilməmək zərərli maddə istifadəsi pozuntularının xarakterik xüsusiyyətidir. Beləliklə, uzunmüddətli məqsəd qoyabilmə bacarığı güzəştə gedilə bilinər. Xüsusilə zərərli maddə asılılığından kəskin əziyyət çəkən pasiyentlər üçün bacarıqların qurulması pasiyentin münasib bacarıqlarını və qeyri-qanuni həyat tərzindən daha normativ həyat tərzinə keçid üçün məqsədləri dəyişməyi tələb edə bilər. Beləliklə, aktiv şəkildə istifadə edilərkən adaptiv olan bacarıqlar – insanlararası bacarıqlar üçün psixoaktiv maddələri əldə etmək və digər zərərli maddə istifadəçiləri ilə əlaqəyə girmək, ətrafındakı insanları manipulyasiya etmək qabiliyyəti, tutulmayaraq bəzi işlər görmək lazım gəlir – ailə və ayıq dostlarla yenidən ünsiyyətə girməyi, iş əldə etməyi və əldə saxlamağı, sağlam həyat fəaliyyətlərini qurmağı zəif şərh edə bilər.

Kliniki çətinliklər

Psixoaktiv maddə istifadəsi pozuntularının müalicəsi zamanı uğurlu nəticənin əldə olunmasına qarşı maneə yaradan bir çox çətinliklər qalxa bilər. Buraya kəskin və xroniki koqnitiv çatışmazlıq, tibbi problemlər, sosial stressorlar, sosial resursların çatışmazlığı daxildir. Bundan əlavə, hamilə qadınlar və məhbuslar kimi müəyyən əhali qrupundan olan insanlar xüsusi çətinliklər yarada bilərlər. Bu şərtlərın hər birində, güclü keys konseptuallaşmasına gəlib çıxmaq üçün funksional analizin istifadəsi və müalicə komponentlərinin dəyişkən istifadəsi vacibdir. Məsələn, aşağısəviyyəli savada malik fərdlər arasında yazılı ev tapşırığı formalarının işlənməsi ev təcrübəsinin nəzarətinin alternativ yolları ilə əvəz olunmasına ehtiyac ola bilər (məsələn, sadələşdirilmiş formalar istifadəetmə, yaxud pasiyentdən tapşırığın tamamlanması haqda telefonla ismarıc göndərmək tələbi).

Bir xüsusi çətinlik qeyri-istifadə həyat tərzinə nisbətən istifadə ilə bağlı sosial və mühit kontekslərində dəyişikliyin ola bilməsidir. Məsələn, uzunmüddətli zərərli maddə istifadəsi tarixçəsinə malik fərdlər arasında işsizlik, ailədə çətinlik, sosial şəbəkələrinin azalması və s. kimi mühüm həyat nəticələri ola bilər. Belə qruplarda, onların cəmiyyətə uyğunlaşması oxşar problemləri olan digərlərinin kontekstində olur. Qanunsuz maddə istifadəsi mədəniyyəti bəzən digər qanunsuz davranışlarla (məsələn, narkotik maddə satışı, oğurluq, fahişəlik) xarakterizə olunur və xüsusi bacarıqların qiymətləndirilməsi (məsələn, gecə saat 2-də narkotik maddə ticarəti edə bilmək) daha baş mədəniyyətdən dramatik şəkildə fərqlənir. Beləliklə, müalicədə pasiyentdən yalnız az sayda bacarıq və resurslara malik ola biləcəyi mədəniyyətə keçməsi deyil, həmçinin həyatlarının təsirlilik və bağlılıq hissi olan hissələrindən imtina etmək tələb olunur. Zərərli maddə istifadəsi mədəniyyətinə bağlılıq hissi xüsusilə ölçüləbilən həyat dəyişiklikləri asta tempdə baş verərkən dəyişiklik ambivalentliyini artıra bilər. Belə hallarda, sosial əlaqə və təsirlilik daxil olmaqla bağlılıq hissini əldə etmək üçün alternativləri qurmaq həlledicidir. Pasiyentə münasib resurslardan asılı olaraq bu, sosial qrupun bəzi növlərinə qoşulmağı (məsələn, idman klubuna), könüllü iş, yaxud digər fəaliyyət əsaslı sosial imkanları daxil edə bilər.

Yeni müalicə strategiyaları

Yuxarıda təsvir olunmuş strategiyaların uğuruna baxmayaraq, müalicə cavablarının dərəcələrini təkmilləşdirmək üçün görülməli olan çox iş qalır. Əvvəldə təsvir olunmuş müalicə texnikalarına əlavə olaraq, bir neçə yeni yanaşmalar zərərli maddə istifadəçilərinə qarşı davranış müalicələrini genişləndirmək üçün öyrənilir. Bir yeni yanaşma kompüterin köməyi ilə müalicədən istifadədir. Son tədqiqatlar psixoaktiv maddə istifadəsinə qarşı standart konsultasiya müalicəsinə iki həftədən bir kompüter bazalı KDT- nin əlavə edilməsinin müqayisəsini etdilər. Nəticələr kompüter bazalı müalicə alan çox sayda pasiyentlərin psixoaktiv maddəyə görə verdikləri sidik testlərinin nəticələrinin təmiz çıxdığını göstərdi, onlar daha uzun müddət könüllü uzaqqalma nümayiş etdirmiş və bundan əlavə, müalicədən 6 ay sonra da eyni şəkildə davam etdilər [36; 37].

PAM istifadəsinə qarşı KDT-nin yayılması

Bu məqalədə qeyd olunduğu kimi, psixoaktiv maddə istifadəsi üçün bir çox effektiv davranış texnikaları ayırd edilib, lakin bu texnikaların istifadəsi xidmət təminatı mərkəzlərində ya çatışmır, ya da mövcud deyil. Texniki vəsaitlərin ötürülməsində məhdudiyyəti açıqlayan bir neçə səbəblər içərisinə bir çox insanlar arasında aludəçiliyin beyin xəstəliyindən daha çox mənəvi düşüş olduğuna inanmaq daxildir, hansı ki bu da, öz növbəsində, tibbi modelin qəbul edilməsinin, yeni müalicələrin yerinə yetirilməsi üçün resursların mümkünlüyünün qarşısını alır və bir çox təşkilatlar və ayrı-ayrı həkimlər tərəfindən göstərilən dəyişikliyə müqavimət göstərilməsi ilə nəticələnir. Fakt-əsaslı müalicələrin effektiv yayılmasının çatışmazlığına cavab olaraq, cəhdlərin yayılması və yerinə yetirilməsini hədəfləyən resursların ayrılmasında son zamanlar artım olub. Məsələn, Psixoaktiv Maddə İstifadəsi haqda Milli İnstitut Aludəçilik Texnologiyası Köçürülmə Mərkəzi ilə birlikdə və Zərərli Maddə İstifadəsi və Psixi Sağlamlıq Xidmətləri Administrasiyası icma məqsədlərində istifadə oluna bilinən fakt-əsaslı müalicələrin inkişaf etdirilməsi və yerinə yetirilməsinə kömək üçün proqramların yayılması, siyasətçilərin, həkimlərin, tədqiqatçıların bilik və bacarıqlarını toplamağa yardımı nəzərdə tutaraq 2001-ci ildə Qarışıq Təşəbbüs təsis etdilər.

Qarışıq Təşəbbüsün bir nəticəsi 17 regional tədqiqat və treninq mərkəzi olan Kliniki Sınaqlar Şəbəkəsinin təsisatı oldu, hansı ki, müxtəlif icmalarda pasiyentlərə qarşı spesifik müdaxilələrin effektivliyini öyrənmək üçün çox sayda icma müalicə proqramları ilə əməkdaşlıq edir. KDT-nin əldə edilməsini artırmaq üçün digər cəhdlər və PAM istifadəsinə qarşı digər fakt əsaslı müalicələr də, həmçinin davam etməkdədir. Nəzəriyyə və təcrübə arasındakı boşluğa körpü salmaq üçün metodlar üzərində fokuslanan gələcək tədqiqatlar icma kliniki terapistlərini dəstəkləyir və sistemli dəyişikliyin, həqiqətən, effektli olmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayır [38; 39; 40].

Nəticə:

Psixoaktiv maddə istifadəsi pozuntularına qarşı KDT operant öyrənmə prosesləri, yaxşılaşmağa qarşı maneələrin əleyhinə motivasiyalar və digər müxtəlif ənənəvi koqnitiv-davranış müdaxilələr daxil olmaqla geniş davranış müalicələri silsiləsini əhatə edir. Ümumiyyətlə, bu müdaxilələr nəzarətli sınaqlarda effektivlik göstərmişdir və daha möhkəm nəticələr əldə etmək üçün dərman müalicəsi ilə, yaxud bir-birilə qarışdırıla bilər. Bu müxtəlifliyə baxmayaraq, PAM istifadəsinin konseptual modelinə əsaslanan əsas elementlər öyrənmə proseslərinin xarakterizə etdiyi və zərərli maddə istifadəsinin güclü möhkəmləndirici təsirləri tərəfindən hərəkətə gətirilən pozuntular kimi əmələ gəlir. Sahəyə doğru xüsusi çətinliklər arasına ən effektiv müalicə strategiyalarının yığılması və xidmət təminatlarına KDT-nin yayılmasının təkmilləşdirilməsi daxildir. Daha miqyaslı metodlar və müalicəyə cavabın sürət və dərəcəsini təkmilləşdirmək üçün strategiyalar toplusu daxil olan yeni müalicə strategiyaları tədqiqat parametrlərindən kənarda müalicələrin keçirilə bilinməsinə kömək edə bilər.

Ədəbiyyat:

1. Dutra L, Stathopoulou G, Basden SL, Leyro TM, Powers MB, Otto MW. A meta-analytic review of psychosocial interventions for substance use disorders. Am J Psychiatry. 2008; p.165, 179–187.

2. Magill M, Ray LA. Cognitive- behavioral treatment with adult alcohol and illicit drug users: A meta-analysis of randomized controlled trials. J Stud Alcohol Drugs. 2009;70:516–527

3. Rawson RA, Huber A, McCann M, Shoptaw S, Farabee D, Reiber C, Ling W. A comparison of con- tingency management and cognitive- behavioral approaches during methadone maintenance treatment for cocaine dependence. Arch Gen Psychiatry. 2002; 59: 817–824.

4. Miller WR, Rollnick S. Motivational interviewing: Preparing people for change. 2nd Guilford Press; New York: 2002.

5. Burke BL, Arkowitz H, Menchola

M. The efficacy of motivational interviewing: A meta-analysis of controlled clinical trials. J Consult Clin Psychol. 2003;71:843–861

6. Carroll KM, Ball SA, Nich C, O’Connor PG, Eagan DA, Frank- forter TL, Triffleman EG, Shi J, Rounsaville BJ. Targeting behavioral therapies to enhance naltrexone treatment of opioid dependence: Efficacy of contingency management and significant other involvement. Arch Gen Psychiatry. 2001; 58: 755–761.

7. Elk R, Mangus L, Rhoades H, Andres R, Grabowski J. Cessation of cocaine use during pregnancy: Effects of contingency management interventions on maintaining abstinence and complying with prenatal care. Addict Behav. 199; 23:57–64.

8. Marlatt GA, Gordon JR. Relapse prevention: Maintenance strategies in the treatment of addictive behaviors. New York: 1985.

9. Irvin JE, Bowers CA, Dunn ME, Wang MC. Efficacy analytic review. Journal of Consulting and Clinical and Psychology. 1999

10. Abbott PJ, Weller SB, Delaney HD. Community reinforcement approach in the treatment of opiate addicts. American Journal of Drug and Alcohol Abuse. 1998

11. Epstein EE, McCrady BS. Behavioral couples treatment of alcohol and drug use disorders: Current status and innovations. Clinical Psychology Review. 1998; 18:689–711

12. O’Farrell TJ, Fals-Stewart W. Behavioral couples therpay for alcoholism and drug abuse. Guilford Press; New York: 2006.

13. Powers MB, Vedel E, Emmelkamp MG. Behavioral couples therapy (bct) for alcohol and drug use disorders: A meta-ananlysis. Clinical Psychology Review. 2008; 28: 952–962.

14. Stanton DM, Shadish WR. Outcome, attrition, and family-couples treatment for drug abuse: A meta- analysis and review of the controlled, comparative studies. Psychological Bulletin. 1997; 122: 170–191.

15. Moeller FG, Schmitz JM, Steinberg JL, Green CM, Reist C, Lai LY, Swann AC, Grabowski J. Citalopram combined with behavioral therapy reduces cocaine use: A double-blind, placebo-controlled trial. Am J Drug Alcohol Abuse. 2007;33:367– 378.

16. Kavanagh DJ, Sitharthan G, Young RM, Sitharthan T, Saunders JB, Shockley N, Giannopoulos

V. dysphoric drinkers. Addiction. 2006;101:1106–1116.

17. Dutra L, Stathopoulou G, Basden SL, Leyro TM, Powers MB, Otto MW. A meta-analytic review of psychosocial interventions for substance use disorders. Am J Psychiatry. 2008;165:179–187.

18. Kavanagh DJ, Sitharthan G, Young RM, Sitharthan T, Saunders JB, Shockley N, Giannopoulos V. Addition of cue exposure to cognitive-behaviour therapy for alcohol misuse: A randomized trial with dysphoric drinkers. Addiction. 2006;101:1106–1116

19. Project MATCH Research Group Matching alcoholism treatments to client heterogeneity: Project MATCH posttreatment drinking outcomes. J Stud Alcohol. 1997; 58:7–29.

20. Project MATCH Research Group Matching alcoholism treatments to client heterogeneity: Project MATCH three-year drinking outcomes. Alcohol Clin Exp Res. 1998;22:1300–1311

21. Higgins ST, Budney AJ, Bickel WK, Foerg FE, Donham R, Badger GJ. Incentives improve outcomes in outpatient behavioral treatment of cocaine-dependence. Archives of General Psychiatry. 1994; 51: 568–576.

22. Silverman K, Wong CJ, Umbricht- Schneiter A, Montoya ID, Schuster CR, Preston KL. Broad benefici- al effects of cocaine abstinence reinforcement among methadone patients. Journal of Consulting and Clinical Psychology. 1998; 66: 811–824.

23. Petry NM, Martin B. Low-cost contingency management for treating cocaine- and opioid-abusing methadone patients. J Consult Clin Psychol. 2002; 70:398–405

24. Gray E, McCambridge J, Strang J. The effectiveness of motivational interviewing delivered by youth workers in reducing drinking, cigarette, and cannabis smoking among young people: Quasiex- perimental pilot study. Alcohol & Alcoholism. 2005; 40: 535–539

25. McCrady BS, Ziedonis D. American psychiatric association practice guideline for substance use disorders. Behavioral Medicine. 2001; 32: 309–336

26. Miller WR, Hester R. Inpatient alcoholism treatment: Who benefits? American Psychologist. 1986; 41: 794–805.

27. Cosci F, Schruers KR, Abrams K, Griez EJ. Alcohol use disorders and panic disorder: A review of the evidence of a direct relationship. J Clin Psychiatry. 2007;68:874– 880.

28. Cooper ML. Motivations for alcohol use among adolescents: Developmenand validation of a four factor model. Psychological Assessment. 1994;6:117–128.

29. Grant VV, Stewart SH, Mohr CD. Coping-anxiety and coping- depression motives predict different daily mood-drinking relationships. Psychol Addict Behav. 2009; 23: 226–237

30. Otto MW, CM OC, Pollack MH. Attending to emotional cues for drug abuse: Bridging the gap between clinic and home behaviors. Sci Pract Perspect. 2007;3:48–56

31. Monti PM, Rohsenow DJ, Swift RM, Gulliver SB, Colby SM, Mueller TI, Brown RA, Gordon A, Abrams DB, Niaura RS, Asher MK. Naltrexone and cue exposure with coping and communication skills training for alcoholics: Treatment process and 1-year outcomes. Alcohol Clin Exp Res. 2001; 25: 1634–1647.

32. Rohsenow DJ, Monti PM, Rubonis AV, Gulliver SB, Colby SM, Binkoff JA, Abrams DB. Cue exposure with coping skills training and communication skills training for alcohol dependence: 6- and 12-month outcomes. Addiction. 2001; 96:1161–1174

33. Zvolensky MJ, Lejuez CW, Kahler CW, Brown RA. Integrating an interoceptive exposure-based smoking cessation program into the cognitive-behavioral treatment of panic disorder: Theoretical relevance and case demonstration. Cognitive and Behavioral Practice 2003;10:347–357.

34. Zvolensky MJ, Yartz AR, Gregor K, Gonzalez A, Berstein A. Interoceptive exposure-based cessation intervention for smokers high in anxiety sensitivity: A case series. Journal of Cognitive Psychotherapy. 2008; 22: 347– 366.

35.Reynolds B. A review of delay- discounting research with humans: Relations to drug use and gambling. Behav Pharmacol. 2006;17:651–667.

36. Carroll KM, Ball SA, Martino S, Nich C, Babuscio TA, Nuro KF, Gordon MA, Portnoy GA, Rounsaville BJ. Computer-assisted delivery of cognitive-behavioral therapy for addiction: A randomized trial of cbt4cbt. American Journal of Psychiatry. 2008; 165

37. Carroll KM, Ball SA, Martino S, Nich C, Babuscio TA, Rounsaville BJ. Enduring effects of a computer- assisted training program for cognitive behavioral therapy: A 6-month follow-up of cbt4cbt. Drug and Alcohol Dependence. 2009;100:178–181

38. Condon TP, Miner LL, Balmer CW, Pintello D. Blending addiction and research and practice: Strategies for the technology transfer. Journal of Substance Abuse Treatment. 2008; 35:156– 160.

39. Cook JM, Walser RD, Kane V, Ruzek JI, Woody G. Dissemination and feasibility of a cognitivebe- havioral treatment for substance use disorders and posttraumatic stress disorder in the veterans administration. J Psychoactive Drugs. 2006;38:89–92.

40. Squires DD, Gumbley SJ, Storti SA. Training substance abuse treatment organizations to adopt evidence-based practices: The addiction technology transfer center of New England science to service laboratory. J Subst Abuse Treat. 2008; 34:293–301.

Müəlliflər :

Bakı Dövlət Universitetinin fəlsəfə doktoru üzrə dissertantı, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev

Bakı Dövlət Universitetinin fəlsəfə doktoru üzrə doktorantı Kiyan Javadi Tarziloo

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin klinik psixoloqu Xudaverdi Məmmədov

Online Qeydiyyat