Məhkumların yeni mühitə uyğunlaşmasının empirik təhlili

Açar sözlər: uyğunlaşma, sosial-psixoloji adaptasiya, şəxsiyyət, həyati münasibətlər modeli, məhkum, yeni mühit, resosializasiya, dəyərlər

İctimai həyatın dinamikliyi insanlar arasındakı münasibətlərdə, onların davranış və rəftarında da öz əksini göstərir. Eyni zamanda elmi-texniki tərəqqi və müasir ictimai inkişaf bir sıra yeni psixoloji problemlər yaradır. Həssaslıq və emosionallıq zəifləyərək insanlar arasında biganəlik, rəftar və davranışda kobudluq kimi hallar özünü göstərir. Cəmiyyətdə baş verən qanun pozuntularına qarşı qanun çərçivəsində cəza tədbirləri görülür. Cinayət əməlinə görə azadlıqdan məhrum edilən şəxsə hökm oxunduqdan sonra məhkumluq dövrü başlayır və məhkumun həyatında ciddi dəyişiklər baş verir. Məhkumun yeni şəraitə uyğunlaşma müddəti onun psixoloji xüsusiyyətlərindən və düşdüyü mühit- dən aslıdır [1].

Tədqiqatın aktuallığını cəzasını çəkmiş və dəyişmiş həyat şəraitində resosializasiyaya məruz qalan məhkumların sosial-psixoloji uyğunlaşması təşkil edir.

Hüquq psixologiyasında məhkumlar həyati dəyərləri dəyişmiş və yalnız hüquq-mühafizə orqanlarının deyil, həmçinin, cəmiyyətin (sosial işçilərin, psixoloqların, sosioloqların) xüsusi diqqətini tələb edən qeyri-sosial yönümlü insanlardır, çünki onlar bir çox hallarda azadlığa çıxandan sonra belə əvvəlki tək qanuna riayət etməyə və sosial baxımdan xoş rəftara köklənməyiblər.

Sosial-maddi çətinliklər, iş tapma problemi, məhsuldar sosial əlaqələrin bərpasındakı çətinliklər – azadlığa çıxmış məhkumun əhatəsində müxtəlif və çətin həll olunan problemlər formalaşdırır. Bu isə öz növbəsində, onun yenidən tam şəkildə resosializasiyasını çətinləşdirərək, onu yenidən cinayət törətməyə sövq edir. Məhkumlara elmi cəhətdən əsaslanmış hərtərəfli psixoloji müşayiət sisteminin (sosial- psixoloji tyutorinq (ing. tutoring – öyrətmək) tətbiq edilməməsi, onların yenidən cinayət törətmək ehtimalını artırır [3].

Penitensiar sistemdəki iş təcrübəsi göstərir ki, residiv cinayətlərdəki artım əvvəllər məhkum olunmuş şəxslərin dəyişmiş həyat şəraitinə sosial-psixoloji uyğunlaşmasından bilavasitə asılıdır [5]. Bu fakt tədqiqat mövzusuna xüsusi aktuallıq verir.

Mütəxəssislər tərəfindən səmərəli sosial-psixoloji uyğunlaşma cinayətin önlənməsi metafaktoru kimi baxıldıqda, keçmiş məhkumların dəyişmiş həyat şəraitinə uyğunlaşma prosesinin məzmun və struktur-fəaliyyət xüsusiyyətlərinin hərtərəfli öyrənilməsinin vacib praktiki əhəmiyyət kəsb etdiyini iddia etmək olar.

Məhkumların sosial-psixoloji problemlərinin tədqiqi ilə məşğul olan bir çox tədqiqatçılar müxtəlif terminologiyadan istifadə etsələr də, məzmun etibarilə, demək olar ki, eynidir. Belə ki, sosializasiya, resosializasiya, reabilitasiya, sosial adaptasiya eyni məna ifadə edərək, azad edilmiş məhkuma azadlıqda öz davranışının yeni sosial dəyərli motivasiya sistemini qurmağı, dəyişilmiş həyati münasibətlərin qəbul edilə biləcək modelini müəyyənləşdirəcək yeni dəyərləri formalaşdırmağı və itirilmiş sosial statusun bərpasına yardımı nəzərdə tutur [10].

Tədqiqatın nəzəri fərziyyəsi. “Adaptasiya” termini (latın mənşəli adaptation sözündən götürələrək mənası “uyğunlaşma” deməkdir) psixologiyaya təbiət elmlərindən keçib və ümumi şəkildə orqanizmin quruluş və funksiyalarının yaşayış mühitinə uyğunlaşması kimi başa düşülür [14]. Azadlığa çıxmış məhkumun sosial-psixoloji adaptasiyası (uyğunlaşması) deyildikdə isə onun əsas vəzifəsinin sağ qalmaq və dəyişmiş həyat şəraitində cəmiyyətin hüquqi sahəsinə konstruktiv uy- ğunlaşmaqdan ibarət olduğu nəzərdə tutulur.

Buna görə, məhkumun yeni həyat şəraitində sosial mühitə uğurlu adaptasiyasının psixoloji qanunauyğunluqlarının dərki, şəxsin sosiallaşmasının mürəkkəb adaptasiya mexanizmi kontekstində tədqiqini tələb edir. Bu, bir sıra psixoloji məsələlərin həllini nəzərdə tutur. İlk növbədə, bura yeni rolların mənimsənilməsi və motivasiya tələbatlı sosial dəyərli sahənin formalaşdırlıması, daha sonra Mən-konsepsiayasının yenidən qurulması, həyati münasibətlər modelinin transformasiyası və son olaraq, əmək motivasiyasının formalaşması və real işədüzəlmə imkanlarının axtarışı daxildir [1].

Məhkumun dəyişmiş həyat mühitinə sosial-psixoloji uyğunlaşmasının nə dərəcədə uğurlu olması, əsasən, daxili subyektiv (mental) aləmin məzmunu ilə sosial mühitin dəyişmiş mənasının müqayisəsi zamanı meydana çıxan, özünütəyinetmənin əsasında yaranan ictimai iyerarxiya sistemində məhkumun özü tərəfindən müəyyən edilmiş ilkin özünü identifikasiya mövqeyi ilə müəyyən edilir [2]. Bu halda təbii olaraq baş vermiş dəyərləndirici-mənalandırıcı anomiya (parçalanma) effekti psixoloqlar tərə- findən destruktiv sosiallaşma nəticəsində baş vermiş cinayətkar residivin ikinci metafaktor riski kimi qəbul edilir [15]. Məhz bu səbəbdən psixoloqlar hüquqi sahədə həyata keçirilən, məhkumun şəxsiyyətinin uğurlu resosializasiyasının cəmiyyətin sosial, mənəvi və əxlaqi-etik şərtlərilə inkultural olmalı olduğu fikrində yekdildirlər [16]. Bununla bərabər, adaptasiya özü şəxsiyyətdə mövcud olan və yeni şəraitə adekvat yanaşan ehtiyatların psixobiososial sistemi əsasında uyğunlaşma kimi nəzərdən keçirilir. Bu baxımdan, bəzi müəlliflər şəxsiyyətin mental resursu anlayışından istifadəyə meyillidirlər [13]. Bu anlayışdan istifadə işimizdə məhkumun şəxsiyyətinin sosial-psixoloji adaptasiyası probleminə yeni bir aspektdən yanaş mağa imkanı verəcək.

Dəyişmiş mühit şəraitinə fərdin uyğunlaşmasının ən əhatəli dövrlərini müəyyənləşdirən Yan Şepanski, azadlığa çıxandan sonra məhkumun sosiallaşmanın dörd mühüm dövrünü keçirdiyini qeyd edir:

Uyğunlaşma – iş və yaşayışla bağlı həyati vacib problemlərin həllinin ax- tarışı;

  • rollu – azadlığa çıxandan sonra yeni statusun əldə edilməsi, mənəvi və əxlaqi problemlərin doğurduğu səddin keçilməsi;
  • hüquqi – faydalı hüquqi norma və sosial prinsiplərin mənimsənilməsi;
  • assimilyasiya – fərdin ictimai həyat normaları çərçivəsində yeni dəyərləndirmə-mənalandırma sistemini tam şəkildə mənimsəməsi [17].

Sosiallaşmanın uğuru həmişə məhkumun “yeni həyata” başlamağa bir növ subyektiv hazırlığı ilə bağlıdır. Ona görə də, məhkumun faktiki azad olunmasına xeyli müddət qalmış, o, hələ azadlıqdan məhkum olunma yerində olarkən, onunla həyati münasibətlərin yeni modelinin formalaşdırılması istiqamətində psixoloji iş apa- rılmalıdır (sosial-psixoloji tyutorinq) [7]. Belə ki, psixoloji fundamentin əsası qoyulmadan məhkumun azadlığa çıxandan sonra tam resosializasiyası praktiki olaraq qeyri-mümkündür.

Bu cür “yeni” psixoloji fundamentin struktur elementləri qismində məhkumun özünə, başqalarına, əşyalar və sosial hadisələr dünyasına qarşı olan subyektiv münasibətinin məzmun-məna modusları çıxış edir. Bu halda adaptasiyanın uğuru şəxsin sosial əhəmiyyətli zehni ehtiyatının gücü ilə ölçüləcək, bu mental güc isə məhkum cəzaçəkmə müəssisəsində olduğu dövrdə onunla aparılan sosial iş zamanı formalaşır [9].

Məhkumun sosial-psixoloji adaptasiyası həm də onun həyati münasibətlərinin keçmiş modelinin modifikasiyası ilə bağlıdır. Bu zaman şəxsiyyətin “yenidən qurulmasının” “dayaq” nöqtələri qismində həmişə sosial əhəmiyyətli fərdi həyati dəyərlərin qorunub saxlanılmış sistemi çıxış edir [11]. Sistemli-fəaliyyət yanaşması ba- xımından, adaptasiya, insan zehninin fəal iştirakı, refleksiv funksiyaları və ictimai faydalı işə cəlb edilməsi kontekstində aktiv fəaliyyəti zamanı baş verir [7].

Yuxarıda qeyd edilənləri ümumiləşdirsək, deyə bilərik ki, sosial-psixoloji adaptasiya öz formasına görə məhkumun həyat tərzinin onun öz şəxsiyyətinin sosial əhəmiyyətli zehni ehtiyatı əsasında qurulmuş yeni düşünülmüş dəyər-məna modeli vasitəsilə dəyişdirilməsidir. Zehni ehtiyat, məhkumun şaxəli əmək fəaliyyətinə və ictimai faydalı fəaliyyətə cəlb edilməsi şərtilə, saxlanılmış (və ya yenidən qurulmuş) nikbin, vacib həyati dəyərlərin və mənaların baza sistemini təşkil edir. Burada, yerinə yetirilmiş nəzəri tədqiqatın məqsədi sosial-psixoloji adaptasiyanın strukturunu və funksional xüsusiyyətini məhkumun mənfi həyat tərzinin modelinin yeni şəraitə psixoloji uyğunlaşması qismində öyrənməkdir.

Tədqiqatın obyekti cəzaçəkmə müəssisəsindən azadlığa çıxan şəxslərin sosial-psixoloji uyğunlaşması, predmeti isə məhkumun dəyişmiş mühitə sosial-psixoloji uyğunlaşmasının elmi-nəzəri təhlilidir.

Tədqiqatın vəzifələri:

  1. Elmi yanaşmaları sosial-psixoloji adaptasiyası anlayışı fonunda təhlil etmək.
  2. Uğurlu sosial-psixoloji adaptasiya faktorunun, onun struktur komponentlərinin və onların funksional xüsusiyyətlərinin psixoloji texnologiya qismində ayırmaq.
  3. Azadlığa çıxmış məhkumların uğurlu sosial-psixoloji adaptasiyanın əsas psixoloji problemlərin klasterlərini qruplaşdırmaq.

Məhkumların sosial-psixoloji adaptasiya problemlərinin hazırlanıb işlənilməsinin metodoloji təhlili göstərir ki, hüquqi psixologiyada bu problemlərə humanitar və təcrübi-pozitiv paradiqma çərçivəsində bir sıra yanaşma mövcuddur: sistemli dinamik (şəxsiyyəti, alt strukturları həyat şəraitinin təsiri altında bir-birinə bağlı və daima transformasiya edən mürəkkəb iyerarxik formada təşkil olunmuş idrak sistemi kimi təqdim edir); sistemli fəaliyyətli (subyekti həyat fəaliyyətinə aktiv qoşulmuş və onun təsiri altında dəyişən şəxsiyyət kimi təqdim edir); ekzistensial fəlsəfi (resosializasiya və adaptasiya prosesində əsas mövqe kimi insanın ekzistensial dəyərinin, unikal həyati dəyərlər və mənalar daşıyıcısı qismində olduğunu qeyd edir); deskriptiv (təsvir edilən) – məhkumun şəxsiyyəti xüsusi cizgilər və xüsusiyyətlərlə ayrılmış özünəməxsus psixoloji portret-model qismində nəzərdən keçirilir [4].

Qeyd edək ki, məna insanın həyat münasibətləri modelinin universal struktur vahidi qismində nəzərdən keçirilir [8]. Bu zaman şəxsin dəyişilmiş şəraitə sosial-psixoloji adaptasiya texnologiyasının psixoloji forma qismində yaradılmış həyat münasibətlərinin transformasiyası modeli iki yolla mümkündür. Birinci yol eksternal xarakter daşıyır və məhkumun sosial-mədəni, iqtisadi, ərazi və həyat şəraitindəki dəyişikliklərlə bağlıdır. Bunun nəticəsində, şəxs həyat şəraitinin obyektiv dəyişikliklərinə, məsələn,azadlığa çıxma faktına, uyğunlaşmalı olur.

İkinci halda isə şəxsi xüsusiyyəti nəzərdə tutulur. Belə olan halda həyat fəaliyyəti modeli “şüurlu” şəkildə, yeni davranış qaydalarının cəmi kimi həyat planının bəzi müstəqil refleksiv təhlil və tərkib prosesi qismində, dəyişməyə başlayacaq [15].

Sosial-psixoloji adaptasiya, hər iki halda məhkumdan özünütəhlil, öz şəxsiyyətində artıq mövcud olan dəyərlərin sosial və hüquqi əhəmiyyətini subyektiv şəkildə qiymətləndirmək və zərurət olduqda, onların iyerarxiyasının dəyişdirilməsini həyata keçirmək bacarığını tələb edir.

Deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, məhkumun dəyişmiş həyat şəraitinə sosial-psixoloji adaptasiyanın həyata keçirilməsi üçün əsas psixoloji mexanizm vacib həyati dəyər və mənaların əhəmiyyətinin refleksiv təhlilidir. Məhkumun yeni sosial-mədəni şəraitdə həyat tərzi modeli sosial əhəmiyyətli olur və eyni zamanda həyatın subyektiv mənalarından təşkil edilmiş çərçivədə yaradılır. Bu səbəbdən nəzərdən keçirilən adaptasiya və resosializasiya fenomenlərinin meta- sistem təbiətini nəzərə alaraq razılaşmalıyıq ki, həyat dəyişikliklərinin əhəmiyyəti həmişə həyat fəaliyyətinin mövcud əsas dəyər-məna istiqamət və formalarının rekonstruksiyası ilə bağlıdır.

Bu tezis, sərbəst buraxıldıqdan sonra məhkumların (ictimaiyyət və dövlət tərəfindən tənzimlənən) həyat fəaliyyəti mühitinin tənzimləməsi ilə bağlı tələbi irəli sürür. Bu isə öz növbəsində, onların sosiallaşmasının uğuru və dəyişmiş şəraitdə residiv cinayətin profilaktikası üçün əsas zəruri şərt hesab olunur.

D. A. Leontyevə görə, mənəvi psixologiya kontekstində, bu vəziyyətdə sosial-psixoloji adaptasiyanın emosional sərfiyyatı şəxsdəki etnik, dini, cinsi və sosial mentalitet kontekstində özünü göstərən dəyərləndirici-mənalandırıcı sahənin dərin layları ilə izah olunur və böyük fəaliyyətsizliklə xarakterizə edilir [8]. Məhkumun şəxsiyyətinin sosiallaşmasının erkən dövründə (uşaqlıq, yeniyetməlik, gənclik) formalaşan dərin dəyərli- mənalı laylar (şüurun zehni strukturları) məhkumun vərdişlərində və həyat tərzində dərin kök salmış, avtomatlaşmış və qüsurlu dünya xəritəsinin və Mən – konsepsiyasının formalaşması üçün əsas olmuşdur [3].

Beləliklə, ümumi variantda şəxsiyyətin həyati münasibətlərinin istənilən modelinin korreksiyasının əsasında onun davranışının hüquqi statusundan asılı olmayaraq formalaşmış ekzistensial münasibətlərə refleksiv olaraq yenidən baxılması zərurəti durur [13]. Bunun nəticəsində şüurun mental strukturlarının dəyişməsinə («daxildən» məcburetmə) qeyri-ixtiyari özünə-nəzarətə əsaslanan həyat stereotiplərinin xaricdən dağıdılmasını (zorakı-iradi) və ya həyat fəaliyyətinin əsas şərtlərinin kökündən dəyişməsi zamanı adət edilmiş həyat şəraitinin pozulmasına («kənardan» məcbur etmə) məh- kumun həyat ekzistensiyalarının transformasiya forması kimi baxmaq olar [3]. Belə bir qənaətə gəlmək olar ki, məhbusun həyati münasibətlər modeli ixtiyari (refleksiv), çoxölçülü psixoloji xarakter daşıyır və şüurun mental strukturlarının dəyər və məna əhəmiyyətinin iyerarxiyaları kimi iradi dəyişiklik nöqteyi-nəzərindən dəyişəcək, çünki məhbusdan onun gündəlik fəaliyyətinə xidmət edən subyektiv operativ dəyər-məna istiqamətləri sisteminə yenidən baxılmasını tələb edəcək.

Sosial-psixoloji adaptasiya şəxsiyyətin həyati münasibətlərinin bütün formatının yenidən qurulmasına yönələn mürəkkəb və çətin proses olmaqla yanaşı, həm də müəyyən mənada məna yaratma işinə xidmət edir. Bu prose- sin reallaşdırılması eyni zamanda, həm xaricdən müəyyən edilmiş həyat şərtləri, həm də şəxsiyyətin daxili məna sahəsinin məzmunu, yəni «kənar» həyati mənalarla müəyyən edilir [16].

Mənəvi və ya maddi fəaliyyət prosesində mənaların formalaşdırılması qabiliyyəti kimi «əşyaların dərk edilməsi» və öz ideyalarını əşyavi mühitin yaradılmasında təcəssüm etdirmək qabiliyyəti kimi «mənanın əşyaviliyi» məhkumun dəyişən həyat şəraitində həyati dayanıqlılığının psixoloji əsası olmaqla yanaşı, həm də uğurlu sosial adaptasiya kontekstində onun şəxsi həyati münasibətlər modelinə transformasiya etmək qabiliyyətinin psixoloji deskriptorlarıdır.

Qeyd edək ki, bir halda ki, məna məhsuldarlığı ölçüsü şəxsiyyət tərəfindən onu əhatə edən maddi mühit məhsullarının yaradılma intensivliyi və dərk edilmə dərəcəsində ifadə olunur, mənəvi və ya maddi fəaliyyət prosesində məna formalaşdırmaq qabiliyyəti kimi «əşyaların dərk edilməsi»ni və öz ideyalarını əşyavi mühitin yaradılmasında təcəssüm etdirmək qabiliyyəti kimi «mənanın əşyaviliyi»ni məhkumun həyati dayanıqlılığının psixoloji əsası və onun uğurlu sosial-psixoloji adaptasiyaya hazırlığının psixi diaqnostik indikatoru hesab etmək olar [3].

Yekun olaraq belə qənaətə gəlmək olar ki, məqsədqoyma qabiliyyətinin olmaması məhkumun şəxsiyyətinin psixoloji xüsusiyyətlərində bir sıra vacib keyfiyyətlərin olmamasının göstəricisidir və bu keyfiyyətlər təkrar sosiallaşma dövründə şəxsi həyat tərzi modelinə transformasiyaya subyektiv hazırsızlığın diaqnostik referentləri hesab oluna bilər.

Belə ki, fərdi-psixoloji xarakteristikalarda («individ» klasteri) bu: zəif refleksiya, özünü məhdudlaşdırma vərdişinin olmaması, inkişaf etməmiş iradə, sinir sisteminin mümkün konstitusional natamamlığıdır ki, bu da emosional-iradi dayanıqsızlıq, affektiv qıcıqlanma, sinir sisteminin tənzimləyici funksiyalarının zəifləməsi, sinir proseslərinin astenizasiyası kimi təza- hür edir [5].

Subyektiv – şəxsi xüsusiyyətlər («subyekt» klasteri) sahəsində dəyər- məna iyerarxiyasının diffuzluğu və məzmun primitivliyi, «kənar» həyati mənalar kontekstində nail oluna bilən və sosial dəyərli və əhəmiyyətli perspektiv məqsədləri seçmə bacarıqsızlığı və nəticə etibarilə hüquqi və sosial normalar çərçivəsində şəxsi həyatın geniş mənalı müvəqqəti perspektivini formalaşdırmaq qabiliyyətinin olma- ması kimi cəhətlər qeyd olunur [6].

Başqasına münasibətdə «mübadilə» mövqeyi, «mübadilə» əsaslı sosial qarşılıqlı əlaqələrin (eqosentrizm və başqasına qarşı manipulyativ istehlakçı münasibətə əsaslanan) üstünlük təşkil etdiyi həyat tərzi kimi mənəvi və eyni zamanda, konstruktiv ola, yəni şəxsiyyətin mənəvi, əxlaqi, yaradıcı potensialının müvəffəqiyyətlə reallaşdırılmasına istiqamətlənə bilməz.

Beləliklə, «mübadilə» münasibətləri kollektiv mentallıq və ictimai mahiyyətlə ziddiyyət təşkil edir, sosial cəhətdən təqdir edilən dəyərlərdən və davranışın hüquqi normalarından subyektiv uzaqlaşma hissi doğurur ki, bu da hər zaman subyektiv olaraq özünə qarşı neqativ emosional münasibət və həyatdan kəskin narazılıq hissi ilə əlaqəlidir.

Çünki «başqası»nın dəyərinin təməli mental məna strukturunda dərin qoyulub, «mübadilə» münasibətləri belə fərdin cəmiyyət tərəfindən mütləq şəkildə uzaqlaşdırılmasına və məcburi qaydada təcrid olunmasına səbəb olur [12]. Əxlaqi uzaqlaşma insan həyatının enerji potensialının aşağı düşməsinə və həyati böhran hissinin yüksəlməsinə gətirib çıxarır. Bu, fərdi və ictimai mənaların, mənəvi və fərdiyyətçilik, istehlakçı və qanunazidd istiqamətlərin, insanın həyati dəyərlərindəki uyğunsuzluğun diaqnostik indikatoru hesab oluna bilər ki, bu da öz növbəsində, dəyişmiş şəraitdə məhkumun şəxsiyyətinin sosial-psixoloji tyutorluğunun həyata keçirilməsi prosesində onun üçün həyati münasibətlərin yeni, sosial cəhətdən qiymətli modelinin psixoloji markerlərinin axtarış istiqamətini müəyyən edir.

Ümumiyyətlə, əgər uğurlu sosiallaşmanın əsasını hər bir fərdin öz kökünə mənsubluğu hissi təşkil edirsə (M.K.Mamardaşvili və B.Porşnevə görə, bu hiss fəlsəfi dünyagörüş səviyyəsində əhəmiyyətli başqasına şərtsiz aşkar dəyər kimi subyektiv münasibət olaraq təqdim edilib), o zaman «mübadilə» münasibəti kriminal həyat tərzi kimi şəxsiyyətin əxlaq və yaradıcı potensialının müvəffəqiyyətlə reallaşdırılmasına yönəlmiş mənəvi münasibət ola bilməz [9]. Şəxsiyyətlərarası qarşılıqlı təsir sistemində «mübadilə» münasibətlərinin üstünlük təşkil etməsi yeni şəraitdə həyati münasibətlərin zərərli modelinin qurulmasını qaçılmaz edir, əhəmiyyətli başqasına münasibətdə onun özünü qiymətləndirmə mövqelərinə əsaslanaraq davranmağa hazırlıq isə, əksinə, məhkumların gələcəkdə dəyişən şəraitə sosial-psixoloji cəhətdən müvəffəqiyyətlə uyğunlaşmasının indikatoru hesab oluna bilər.

Nəticə

Məhkumların sosial-psixoloji adaptasiyası onların hələ azadlıqdan məhrumetmə yerlərində həyata mənəvi, psixoloji və praktiki hazırlıqla bağlı məsələləri əhatə edən prosesdir. Dəyişən şəraitdə adaptasiya və təkrar sosiallaşma məhkumun şəxsiyyətinin dərin mental korreksiyasını tələb edir. Bu korreksiya məhkumun şəxsiyyətinin sosial cəhətdən səmərəli mental resursunun dəyər-məna törəmələri və keçilmiş həyat yolunun və sosiallaşmanın erkən mərhələlərinin psixoloqla birgə refleksiv təhlili əsasında və həyati münasibətlər modelinin psixoloji transformasiyası formasında həyata keçirilməlidir.

Sosial-psixoloji adaptasiyanın psixoloji zəmini – məhkumun şəxsiyyətinin həyati münasibətlər modelinin dəyişməsidir. Sosial-psixoloji adaptasiyanın baş vermə dinamikası hələ cəzaçəkmə şəraitində qazanılmış özünü-nizamlama vərdişlərindən asılıdır. Bu halda sosial tyutorluq məhkumun azadlığa çıxmasından sonra təkrar adaptasiyasının zəruri şərti və uğurunun təminatıdır.

Mental korreksiya sosial-psixoloji tyutorluğun zəruri və vacib tərkib elementi, sosial-psixoloji tyutorluq isə öz növbəsində, məhkumun dəyişən şəraitdə effektiv sosial adaptasiyasının mühüm şərti hesab olunur və onun həyati münasibətlər modelinin dəyişməsini nəzərdə tutur. Mental korreksiya məhkumun icbari qaydada sosial dəyərli fəaliyyət növlərinə (sosial qarşılıqlı təsir və əmək) aktiv şəkildə qoşulmasını nəzərdə tutur.

Məhkumun həyati münasibətlər modelinin dəyişməsinin əsasında hər zaman şəxsi dəyər-məna prioritetlərinin iyerarxiyasına yenidən baxış durur və nəticə etibarilə sosial-psixoloji adaptasiya mənayaradıcı və emosional sərfiyyat tələb edən proses olmaqla şəxsiyyətin ən dərin, inert və emosional baxımdan son dərəcə əhəmiyyətli həyati mənalarının yenidən təşkilinin vacibliyini önə çıxarır.

Sosial-psixoloji adaptasiya prosesinin müstəqil psixoloji texnologiya kimi təhlilinin universal struktur vahidi “məna” kateqoriyasıdır, mənəvi davranış-seçim isə məhkumun həyati münasibətlər modelinin korreksiyasında psixoloji alət kimi çıxış edir.

Psixodiaqnostik reprezentasiya səviyyəsində məhkumun sosial-psixoloji adaptasiyasının təhlilinin əsas məzmun modusları subyektiv dəyər-məna istiqamətləri sistemini təşkil edir. Bura özünə, başqasına, əşya və sosial hadisələr aləminə münasibət daxildir. Məhkumun şəxsiyyətinin uğurlu adaptasiyaya və təkrar sosiallaşmaya subyektiv hazırlıq meyarı həyat fəaliyyəti prosesindən kəskin şəkildə dərk edilən emosional narazılıq, müvəffəqiyyət meyarı isə mənayaratma qabiliyyətinin olması, inkişaf etmiş refleksiya və cəmiyyətdə sosial cəhətdən yeni və dəyərli davranış modellərinə istiqamətlənmədən ibarətdir.

Başqasına “mübadilə” və ya istehlakçı münasibəti təkrar sosiallaşma və adaptasiyanın səmərəsizliyinin protofaktoru hesab olunur və məhkumun penitensiar sistemdə psixoloji müşayiəti çərçivəsində onun azadlığa buraxıl- masına və gələcəkdə müvəffəqiyyətlə təkrar sosiallaşmaya subyektiv hazır- lığının indikatoru kimi istifadə oluna bilər.

Ədəbiyyat:

  1. Bayramov Ə., Əliyev B. Hüquq psixologiyası (dərslik). Bakı, “Təhsil”, 2012, 656 səh.
  2. Психология личности и образ жизни: [сб. статей АН СССР Ин- та психологии/ Отв. ред. Шорохова Е.В. и др.]. – М.: Наука, 1987.- 219 с.
  3. Братусь Б.С. Аномалии лич- ности. – М.: Мысль, 1988. – 301 с.
  4. Васильев В. Л. Юридическая психология. Учебник для вузов. – М: «Юнис», 1997 г. – 600 с.
  5. Воробьев А.М., Дубовцев В.А. О некоторых причинах рецидивной преступности.//Социологические исследования. 1991. № 5. – С.13-17
  6. Климова М.В. Педагогическое взаимодействие: возможности гу- манизации/ М.В. Климова // Изве- стия высших учебных заведений. Поволжский регион. – 2009. – №.4.– С. 131–137.
  7. Лаврентьева З.И. Педагогика социальной реабилитации: Учебное пособие. – Новосибирск: Изд. НГПУ, 2003. – 156с.
  8. Леонтьев Д.А. Психология смысла: природа, строение и дина- мика смысловой реальності. 2-е, испр. Узд. – М.: Смисл, 2003. – 487 с.
  9. Мамардашвили М.К. Как я понимаю философию. – М.:Про- гресс, 2005. – С.240-258, 345-355.
  10. Мудрик А.В. Социальная пе- дагогика: Учеб. для студ. пед. вузов/ Под ред. В.А. Сластенина, 2003–200 с.
  11. Некрасова И.Н. Ментальные детерминанты межэтнических взаи- модействий / И.Н.Некрасова // Про- блеми політичної психології та її роль у становленні громадянина Української держави: зб. наук. праць / [авт. – упоряд. В.О.Васютинський та ін. ]. – Київ: Міленіум, 2008. – Вип.8. – С.365-376.
  12. Поршнев Б.Ф. О начале че- ловеческой истории (проблемы па- леопсихологии) / Б.Ф. Поршнев . – М.: Изд-во «Мысль». – 1974 г. – 256 с.
  13. Ромм М.В. Адаптация лич- ности в социуме. – Новосибирск, 2002. – С.40-57.
  14. Сеченов И.М. Рефлексы го- ловного мозга. – М.: Изд. АМН СССР, 1961. – 100 с.
  15. Тайбаков А.А. Профессио- нальный преступник (опыт социо- логического исследования) //Со- циологические исследования. 1993. № 8. – С.34-37
  16. Шурухнов Н.Г. Личность пе- нитенциарного преступника. //Со- циологические исследования, 1993. № 8. – С.34-39
  17. Jan Szepanski: Elelmentarne pojecia socjologii, 1963. Wroclaw, Osso Lineum. P. 201-213.

Müəllif : AMEA-nın Fəlsəfə İnstitutunun Sosial psixologiya şöbəsinin kiçik elmi işçisi, dissertantı Xalidə Xəlilova

Mənbə : Psixologiya Jurnalı , 2019, No.-1

Son məqalələr

Online Qeydiyyat