Obsessiv kompulsiv pozuntunun klinik-psixoloji təhlili və aradan qaldırılmasında Koqnitiv-bihevioral terapiyanın rolu.

Açar sözlər : Obsessiv-kompulsiv pozuntu, nevroz, kompulsiya, sindrom, düşüncə, simmetriya, epizodik, adekvat,dezadaptasiya

Obsessiv-kompulsiv pozuntu (lat.obsessio-mühasirə edilmiş, örtülmüş, arzuolunmaz fikirlər və lat.compello – məcburi, lat.compulsio-zorlama) – sarışan fikirlərin və ya sarışan hərəkətlərin, kompulsiya daha çox onların hər ikisinin mövcudluğuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur. Nevrozun bu forması insanda təşviş yaradan sayrışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin, öz növbəsində, müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.

Xroniki, mütərəqqi və epizodik xarakterli ola bilər. OKP olduğu zaman xəstə qeyri-ixtiyari obsessiv, narahat və qorxulu düşüncələrə malik olur (bunlar obsessiya adlanır). OKP-nin dilimizdə tam qarşılığı “aludəçilik” pozğunluğu olan, yəni OKP asılılıq xəstəliyi təşviş (anxiety) sindromlu, daima bir tədirginlik, şübhə və narahatlıq hallarının təsadüf olunduğu bir xəstəlikdir.

Obsessiyalar – insanı tərk etməyən arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Kompulsiyalar – obsessiv düşüncələri müvəqqəti olaraq aradan qaldırmaq və narahatlığı azaltmaq üçün kömək edən hərəkətlərdir. Vəziyyətin ağırlaşması, daha çox kompulsiyaların olması xroniki və ya epizodik formada olur. Vaxt keçdikcə tibbi və psixoloji müdaxilə olmazsa, xəstəlik daha da ağırlaşır. Xəstə qorxularını adekvat qiymətləndirmək qabiliyyətini itirir. Ciddi irəliləmiş hallarda dərmanların istifadəsi ilə xəstəxanaya yerləşdirmək nəzərdə tutulur.

Obsessiyalar özündə aşağıdakı xüsusiyyətləri birləşdirir:

“Obsessiya” – “aludəçilik”, insanın səhv düşüncələrinin olduğunu bilməsinə baxmayaraq ağlına gəlməsinə mane ola bilmədiyi fikir, niyyət və ya obrazlar olması, bunların yaratdığı çətinlikdən xilas olmaq üçün kompulsiv – davranışların və ya fikirlərin olmasıdır. Obsessiv-kompulsiv pozuntu olan insanların düşüncələri, ümumiyyətlə, ağıllı və funksional xüsusiyyətlərdən məhrumdur. Bu məhrumluq isə qarışıq hisslərə, davranışlara və fizioloji reaksiyalara gətirib çıxarır. Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir. Hətta düşüncələri və ya davranışları həddindən artıq olduqda düşüncələrinə və davranışlarına nəzarət edə bilmir. Bu düşüncələrə və davranışlara gündə ən azı bir neçə saat vaxt sərf edirlər. Düşüncələrini yerinə yetirərkən zövq almır, ancaq düşüncələrə səbəb olan narahatlıqdan qısa müddətdə sanki azad ola bilirlər.

Bu narahatlıq XBT-10-a (Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı – Onuncu baxışa) əsasən klinik protokolda “F42 Obsessiv-kompulsiv (sarışan-məcburi) pozğunluqlar” adlanır. Belə vəziyyətin əsas xüsusiyyəti təkrar sarışan fikirlərin və ya məcburi hərəkətlərin olmasıdır. Sarışan fikirlər stereotip şəkildə xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, obrazlardan və ya arzulardan ibarətdir. Onlar, demək olar ki, həmişə kədərləndiricidirlər və pasiyent, adətən, səmərəsiz onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu fikirləri nə qədər qeyri-iradi və pis olsalar belə, özününkü sayır.

O, davamlı və uğursuz olaraq, düşüncələrə bərabər müdaxilə və zərif hərəkətlər vasitəsilə yaranan narahatlığı aradan qaldırmağa çalışır (kompulsiya). Bəzən ayrı-ayrılıqda obsessiv (daha çox təkrarlanan fikirlər-F42.0) və ayrı-ayrılıqda kompulsiv (daha çox təkrarlanan hərəkətlər F42.1) pozuntulara ayrılır. Obsessiv-kompulsiv pozuntunu müəyyən etmək üçün Yell Braun şkalasından istifadə edilir [1].

Alimlər hələ də psixi xəstəliyin yaranmasına səbəb olan bir çox amillər olduğunu qeyd edirlər. Onlardan bəzi nəzəriyyələrə diqqət yetirək. Bioloji amillər arasında OKP səbəbləri aşağıdakılardır:

–metabolik pozuntular;

–xəsarət və baş yaralanmaları;

–irsi meyillik və yoluxucu xəstəliklərin ağırlaşması;

–vegetativ sinir sistemi səviyyəsindəki pozuntular.

Digər qrup alimlər isə pozuntuların sosial-ictimai səbəblərini qeyd edirlər. Bunlardan tez-tez rast gəlinən: ailədə ciddi dini tərbiyənin olması, iş prosesində yaranan çətin münasibətlər, daim təkrarlanan stres, panik atak və s. halların olmasıdır.

Bu xəstəliyə aid diaqnoz şəxsi təcrübə və cəmiyyət tərəfindən də qoyula bilər. Bu pozuntunun nəticələrinə diqqət çəkən bir nümunəni cinayət xəbərlərinə baxmağı aid edə bilərik. Yaranan qorxuları insan əksini inandıran hərəkətlərlə aradan qaldırmağa çalışır. O, bir neçə dəfə qapalı avtomobili yenidən yoxlaya bilər və bankdakı hesabları yenidən hesablaya bilər.

OKP-nin inkişaf etməsində risk amilləri arasında aşağıdakıları göstərmək olar:

–irsiyyətdə OKP-nun və tik pozuntunun olması (tiklər ani olaraq istəməyərəkdən baş verib, təkrarlanan refleks hərəkətlərindən ibarət olub və eyni zamanda əzələ sıxılması ilə müşahidə olunan psixoloji narahatlıqdır);

–qeyri-kafi həyat şəraiti;

–cinsi, dini və gigiyena sahəsində uyğunlaşa bilməyən mövqenin formalaşması ilə əlaqədar yaranan mədəni-sosial amillər;

–neqativ emosionallıq;

–inkişaf prosesinə davranışın təsiri, uşaqlıqda baş verən fiziki və cinsi zorakılıq;

–infeksiyadan sonra yaranmış autoimmun sindrom (bəzi hallarda uşaqlarda streptokok infeksiyasından sonra OKP və ya OKP simptomlarının inkişafı);

–uşaqlıq dövründə sui-istifadə (fiziki və ya cinsi);

Nələri obsessiya hesab etmək olar?

Obsessiyalar özünü 3 şəkildə biruzə verir:

–Zehninizdən keçən kəlmələr, şübhələr, məsələn:

– “ya…isə?”, “… elədim?”, “… idi?”.

Zehni görüntülər, zehninizdə anidən canlanan bir rəsm kimi.Niyyətlər, ya da bir hadisəni həyata keçirmək üçün ani şiddətli arzu.OKP-yə aid örnəkləri oxuduğumuzda ağlımızda “təmiz, tərtibli və səliqəli olmağın; güvənlik məqsədilə qapıları, pəncərələri yoxlamağın nə zərəri var? Bunlar xəstəlik mi sayılmalıdır?” şəklində düşüncələr keçə bilər. Əlbəttə bu, davranışları günlük həyatımızda edirik və xəstəlik olaraq sayılmamalıdır. Ancaq tibbi baxımdanbu şəkildə düşüncə və davranışların xəstəlik sayıla bilməsi üçün gündəlik işlərimizə təsir edəcək, məhdudlaşdıracaq qədər şiddətli və sıx olması lazımdır.

Məsələn, bir evdar xanımın təmiz və səliqəli olmağı təbii olaraq xəstəlik sayılmaz, amma, demək olar ki, hər gün, günün hər saatında təmizlik edir, hər gün paltar yuyur və bu davranışlar səbəbiylə uşaqlarını sağlam bir şəkildə yetişdirmək üçün kifayət qədər vaxt ayıra bilmirsə, xəstəlik olaraq qiymətləndirilməlidir. Bir nəfərin evinin pəncərələrinin qapalı, qapılarının kilidli olduğunu güvənlik üçün yoxlamağı normal haldır. Lakin evindən dəfələrlə çıxaraq, ya da yoldan geriyə dönərək pəncərə və qapıları yoxlamağı qətiyyən diqqət edilməsi vacib olan bir məsələdir.

Obsessiyalar bir anda zehninizə “dəvətsiz” olaraq girirlər və onlar istənməyən, uyğunsuz və əzabvericidirlər. Obsessiyalar bir dəfə ağla gəldiyində bütün diqqətinizi ələ keçirir və bu zaman başqa bir şeyi düşünmək çox çətindir. Diqqətinizi obsessiyadan uzaqlaşdırsanız belə, rahatlamaq sadəcə bir anlıq mümkün olur. Çünki həmin obsessiya yenidən geri qayıdır. Obsessiyalar əxlaqi dəyərlərinizə, ideallarınıza və hədəflərinizə uyğun olmayan fikirləri əmələ gətirir.

Obsessiyalar istənməyən, xoş qarşılanmayan, şəxsin nəzarətindən kənar təkrar olunan və xoş olmayanmövzular haqqında düşüncələrdir. Şəxsin obsessiyalı düşünmə halı həddindən artıq çox olduqda ( yəni obsessiya haqqında düşünməklə gün ərzində 1 saatdan çox vaxt sərf edirsə) və ya neytrallaşdırma cəhdləri bir gün içində bir saatdan çox davam edərsə, bu şəxsdə obsessiv-kompulsiv pozuntu (OKP) olduğunu düşünmək olar.OKP-nin inkişafına və ya xəstəliyin şiddətlənməsinə səbəb olacaq bəzi amillər aşağıdakılardır:

Ailənin tarixi: Birinci dərəcəli qohumlarda (ata-ana, bacı-qardaş, övlad) olan obsessiv-kompulsiv pozuntu bu xəstəliyin inkişaf riskini artırır.

Stresli həyat hadisələri: Travmatik vəstreslihəyat hadisələrinin OKP-yə səbəb ola biləcəyi məlumdur.

Başqa psixoloji problemlər: OKP-nin təşviş pozuntusu, depressiya, maddə bağlılığı, ya da tik pozuntuları kimi fərqli psixoloji problemlərləəlaqədar ola biləcəyi düşünülür.

Obsessiyalar dörd əsas formada gerçəkləşir:

Obsessiv düşüncə (inadçı bir şəkildə zehni məşğul edən, insanı narahat edən düşüncələr)Obsessiv görünüş (insanı narahat edən görüntü, ya da canlı varlıqlar)

Obsessiv təhrik – kompulsiv davranışlar (insanı istənilməyən davranışa məcbur edən hərəkətlər)

Müvəqqəti rahatlıq – kompulsiv davranışlar narahatlıqları müvəqqətiolaraq aradan qaldırır, amma obsessiya və narahatlıq tezliklə qayıdır, bu da dövrü olaraq yenidən başlamağa səbəb olur.Belə hallarda bu insanlar (məktəbdə) cəmiyyət içində xəstəliklərini gizləyə bilirlər. Ęiddət artdıqca xəstəlik insanların günlük yaşamında çətinlik törətməyə başladığı üçün asılılıqları istiqamətində həyatlarına davam edirlər və beləcə cəmiyyət içində olmaqdan çətinlik çəkirlər.

OKP daha çox erkən yaşlarda, 7-12 yaş arasında başlayır. Əslində, OKP-li yetkinlərin çoxunun simptomları elə uşaq yaşlarında özünü göstərmiş olur. OKP oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha geniş olaraq görülür, ancaq yetkin insanlardan qadınlarda

OKP-yə daha çox rast gəlinir.OKP-yə uşaqların və yetkinlərin 2-3%-də rast gəlinir.Başqalarından işlərinin yaxşı olacağına və ya rituallarının “doğru” olaraq tamamlandığına dair təsdiq almaq OKP-li uşaqlarda və gənclərdə geniş yayılıb. Bunun nəticəsində, valideynlərdən, digər yaxınlarından da ritualları etməyi tələb edə bilərlər. Hər bir şəxsə məxsus obsessiyalar müxtəlifdir, lakin onların çoxu eyni baş- lıq altında toplana bilər. Rasmussen və Eisen OKP diaqnozu qoyulan 1000-dən çox şəxsdə obsessiyaları araşdırmışdılar. Onlar çirklənmə ilə bağlı narahatçılıqlar və hərəkətlər, ya da qərar qəbuletmə ilə bağlı şübhələri ən çox rast gəlinən obsessiyalar olduğunu qeyd etmişdilər. Halbuki, iştirak- çıların 31%-i zərərvermə, nifrət obsessiyalarını, 24%-i cinsi obsessiyaları və 10%-i dini obsessiyaları bildirmişdilər. Digər obsessiya tipləri isə simmetriya, ya da qüsursuzluq ehtiyacını ehtiva edən obsessiyalar və sağlamlıq ilə bağlı olan obsessiyalardır.OKP-li şəxslərdə ən çox rast gəlinən narahatçılıqlardan biri obsessiyalı düşüncələrin gerçəkləşməsidir. Onlar düşüncələrinin həyata keçməsindən qorxurlar. Əgər hərəkətə keçmiş olsaydılar, həbsxanalar düşüncələrinə təslim olmuş, OKP-dən əziyyət çəkən insanlarla dolu olardı. Bu bir reallıqdır ki, çox az sayda OKP-li şəxs qanunlara qarşı çıxmış, ya da obsessiyaların gerçəkləşdirmişlər. Klinik təcrübələrə dayanaraq OKP-li şəxslərin daha az cinayət törətdiklərinə inanırıq.

Şiddət, ya da təcavüzkar bir davranışı gerçəkləşdirmək, bu davranışlarla bağlı düşüncələrə sahib olmaq qədər asan deyil. OKP-si olan şəxslərlə aparılan təcrübələr göstərir ki, onların beyni davamlı olaraq başqalarına zərər vermək yollarını tapmaqla deyil, əksinə, zehinləri davamlı olaraq başqalarının güvənliyi, sağlamlığı və xoşbəxtliyini qorumaqla məşğuldur. Buna görə də obsessiyanın nəzərdə tutduğu şəkildə davranmaq, asanlıqla dəyişməyən şəxsiyyət xüsusiyyətlərinin, əxlaqi dəyərlərin və ideal standartların çeynənilib keçilməsini tələb edir ki, bu da öz-özlüyündə olacaq bir şey deyil.Şüurlu olaraq düşüncələrin basdırılması və nəzarətetmə səylərinin təsirləri haqqında çoxlu araşdırmalar var. Bu OKP-si olan insanlar və hər hansı bir psixoloji problemi olmayan insanlar üzərində də aparılmışdır. Bu araşdırmaların bəzilərinin sonunda belə bir nəticə əldə olunmuşdur ki, insanlar bir düşüncəni qısa vaxt ərzində basdırmağa (gizlətməyə ) müvəffəq olsalar da, həmin düşüncəni basdırmaq üçün göstərdikləri səylər bitdikdən sonra, həmin düşüncə daha qüvvətli bir şəkildə geri qayıdır.

Digər araşdırmalar nəticəsində məlum olmuşdur ki, düşüncənin yenidən beyində canlanmasında artıma səbəb olur. Düşüncənin basdırılması ilə həmin düşüncənin yenidən meydanaçıxma tezliyi psixoloqlar arasında mübahisə yaratsa da, onlarca aparılan araşdırmalar nəticəsində bir şey ortaya çıxmışdır bir neçə dəqiqə belə olsa istənməyən bir düşüncənin, görüntünün və ya da hissin tamamilə basdırılması mümkün deyil. Ona görə də belə insanlara bu vəziyyətdən çıxmaları üçün terapiya metodlarından istifadə edilməlidir.

Məlumdur ki, obsessiv-kompulsiv (sarışan hallar pozuntusu) pozuntunun aradan qaldırılması üçün bir çox terapiya metodlarından istifadə edilir.Onlardan ən effektli və uğurlu metodlardan biri də koqnitiv-bihevioral terapiyadır. Koqnitiv davranış terapiyasının obsessiya və çətinliklər üçün başlıca komponenti “reaksiya verməyin qarşısını alan üzləşmə” olaraq bilinir. Bu üsul bir yandan çətinlikləri, neytrallaşdırmaları, yayınmağı, düşüncəyə nəzarət, strategiyaların qarşısını alarkən bir yandan da obsessiyaya məruz qalmağı (obsesiya ilə üzləşməyi) ehtiva edir. Bu da müalicənin ən güclü təsiridir.Belə ki, biz bəzi şeylərlə əlaqəli hisslərimizi dəyişdirməməyimizə baxmayaraq, onlarla əlaqəli düşüncələrimizi dəyişə bilər və müvazinətli bir perspektiv inkişaf etdirə bilərik.KDT obsessiyalı düşüncənin sizə nə məna (düşüncə ilə əlaqəli elmi dəyərləndirmənizə/inancınıza) verəcəyinə və sizin o düşüncəyə olan davranış reaksiyanıza (yayınma davranışınıza, çətinliklərinizə,neytrallaşdırıcı hərəkətlərinizə, ya da düşüncəyə nəzarət yöntəmlərinizə) yönəlir.

İnancınızın düşündüyünüz mənaya gəlməyəcəyini qavramağa başladıqda, obsessiyanıza hissi reaksiyanız da eynən çətinlik, neytrallaşdırma, yayınma və ya düşüncə nəzarətietmə ehtiyacınız kimi daha az sıx hala gəlir. Obsessiyanızı təcrübə edərkən özünüzü bir şəkildə pis hiss edərsiniz və arxasından çətinlikləriniz, neytrallaşdırma səyləriniz, ya da qarşılaşdığınız vəziyyətlərin sizi pis hiss etdirəcək tərəflərindən yayınma səyləriniz ortaya çıxarkən özünüzü daha yaxşı hiss edərsiniz. Bu edilənlər bütün olaraq mənalı görünür, amma obsessiyanızı sonlandırmağa çalışmaq bir çox mümkün olmayan təsiri də bərabərində gətirir.OKP- li insanların obsessiyalardan qorxmalarına bənzər şəkildə hörümçəkdən qorxan Stefan nümunəsini yada salaq. Stefanın hörümçək dolu bir otaqda qaldığını və bayıra çıxmadığını var sayaq. Belə bir vəziyyətdə Stefanın narahatçılığı sürətlə ən pik nöqtəyə yüksələcəkdir.Məsələn, maşınınız qatar relslərinin üstündə durubsa və sizə doğru yaxınlaşan bir qatar varsa, sizin bütün diqqətiniz güvənliyiniz və ya o vəziyyətdən qurtuluşunuz üçün məlumat toplayacaqdır. Məsələn, qoruyucu kəməri açmaq, qapını açmaq və qaçmaq və s. kimi. O an həyatda qalmağınızla əlaqəsi olmayan məlumatlara diqqətinizi verməyiniz önəmli deyildir: məsələn, radioda hansı mahnının oxunduğu kimi. Əgər bu süzgəc sisteminə sahib olmasaydıq, insan növü olaraq həyatda qalmağımız mümkün olmazdı.Cəsur bir addım atmaq, üzləşmək çətinliklərinizi neytrallaşdırmalarınızı və uzaqdurma cəhdlərinizi pilləli olaraq azaldaraq sizi mümkün risklər almağa hazırlamağa kömək edəcəkdir.

İndi məntiqli və hesablanmış riskləri tamamilə alabiləcək vəziyyətdə, ya da almağa istəkli ola bilərsiniz və məruz qalmağa hazır ola bilərsiniz. Əgər elədirsə, davam edin! Bəzi risklərin ağıllıca, ya da hesablanmış olması mövzusunda şübhələriniz olsa belə, məruz qalmağa başlamanız görünür. Nəticədə bir şey haqqında təkrar- təkrar danışa bilərsiniz və bu işə yaramaz, amma hərəkətə keçmək işə yarayacaq.Obsessiya ilə bağlı simptomlar gəlib keçici də ola bilər, vaxt keçdikcə azala və ya pisləşə də bilər. Ona görə də obsessiv-kompulsiv pozuntusu olan insanların vaxtında müayinəsi və müalicəsi həyata keçirilməlidir.NəticəMəqalədə obsessiv-kompulsiv pozuntu olan insanların düşüncələri, ümumiyyətlə, ağıllı və funksional xüsusiyyətlərdən məhrum olmaları xüsusi olaraq qeyd edilmişdir. Bu məhrumluğun isə qarışıq hisslərə, davranışlara və fizioloji reaksiyalara gətirib çıxarmaları göstərilmişdir. Eyni zamanda məqalədə OKP-nin yaranmasının bioloji və risk amilləri geniş təhlil edilmişdir. İnsanların həyatda tez-tez rastlaşdıqları obsessiyaların öyrənilməsi də məqalədə öz əksini tapır. Məqalədə obsessiyaların aradan qaldırılmasında psixoterapiya metodlarından istifadə edilməsi də öz əksini tapmışdır.

Ədəbiyyat:

1.Obsessiv-Kompulsiv Pozuntuların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Res- publikasının Səhiyyə Nazirliyi. Bakı, 2015, 36 s.

2.İsmayılov N.V. Psixatriya. Bakı: Maarif, 2013, 371 s.

3.Christine Purdon, David A.Clark, Takıntılarla başaçıkma – Obsesif Kompulsif Bozukluğunuzu Kont- rol Altına Almanın Yolları – Başakşehir-İstanbul 15.basım: Mayıs 2018

4.Майнрада Перре, УрсаБауман- на. Клиническая психология. 2-е международное издание, Санк- Петербург, Москва-Харьков- Минск, 2002.

5.Diagnostic and Statistical Manual of Mental Disorders: DSM-5. – 5th ed./American Psychiatric Association.- Washington. – 2013. – 970 p.

6.Toates, Frederick. Obsessive Compulsive Disorder. Class Publishing. 2002,. 88–89 p.

7.Black DW. A review of compulsive buying disorder. World Psychiatry. 2013, 6: 14–8 p.

8.Bostrom, Robert N.; Grant Har- rington, Nancy . “An Exploratory Investigation Of Characteristics Of Compulsive Talkers”. Communi- cation Education. 1999, 48.1: 73- 80 p.

9.Washing and Cleaning Compulsions”. OCD Types. Retrieved, 2013, 11- 29.

10.Practice parameter for the assessment and treatment of children and adolescents with obsessive-compulsive disorder [Electronic resource] // J Am Acad Child Adolesc Psychiatry. – 2012. – 51(1). 98-113p.

11.McCroskey, James C.; Richmond, Virginia P. “Identifying Compulsive Communicators: The Talkaholic Scale”. Communication http://healthnet.umassmed.edu/

Müəllif :

Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının baş müəllimi, dosent Yamən Vəliyeva

Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi Kamilə Kazımova

Online Qeydiyyat