Məhkumların cəzaçəkmə müəssisələr mühitinə uyğunlaşmasının psixoloji xüsusiyyətləri.

Açar sözlər: məhbuslar, islahedici koloniya, uyğunlaşma, islah, təcavüz, konformizm,ekspedisiya quduzluğu

İslahedici müəssisədə olmanın başlanğıc dövrü əksər məhbuslar üçün ən çətin və kritik dövr sayılır. Tərbiyəvi məqsədlərlə cəmiyyətdən təcridi ilə bağlı onların dərin həyəcan, günah hissi, ailədən ayrılmaları hisslərindən, bu vəziyyəti doğurmuş səbəblər yaddaşda təzə olan və ilk mərhələdə kəskin qəbul edilən zaman istifadə etmək lazımdır. Bu vaxtı qaçırtmamaq vacibdir, çünki müxtəlif şərait, əsasən qoruyucu mexanizmlər təsiri altında, həyəcan hissinin kütləşməsinə gətirib çıxarır və artıq insanın şüuruna gözə çarpan təsiri göstərmir. Cəzaçəkmənin sonrakı mərhələlərində insanda törədilmiş cinayət üçün peşmançılığ hissini doğurmaq daha çətin olur.Viktor Hüqonun «Səfillər» klassik romanında belə bir nümunə təsvir olunub. Jan Valjan oğurladığı bir parça çörəyə görə həbsxanada on doqquz il keçirdkdən sonra, azadlığda ona səxavətlə qonaqpərvərlik göstərən bir ruhaninin evindən gümüş qaşıqları oğurlayıb evi tərk edir. Amma qanun keşikçiləri onu tapıb yenidən keşişin evinə gətirəndə, alicənab episkop hə- min əşyaları ona hədiyyə etdiyini bildirərək, əlavə öz gümüş şamdanlarını da ona bağışlayır və bu gümüşdən dürüst insan olmaq üçün istifadə etməyi xahiş edir. Yepiskopun ona göstərdiyi bu dərin mərhəməti və inamı Jan Valjanın bütün həyatının dəyişdirir və onun lütfkar bir insan olması yolunda ilk addım olur. Məhbusların tərbiyə prosesini şəxsiyyətin subyektiv marağına əsaslanmış birtərəfli psixoloji-pedaqoji təsir kimi qiymətləndirmək olar. Həbsxana mühiti yalnız məhbusların deyil, həm də onlarla işləyən personala da təsir edir. Məhbuslarda və administrasiyanın nümayəndələrində psixi vəziyyətlər bir çox halda uyğun gəlir. Beləliklə, məhbuslar ümumi, həm də spesifik xüsusiyyətlərə malikdir. Cəzanın ən əhəmiyyətli məsələlərindən biri məhbusların islahı olur ki, bu da onun şəxsiyyəti öyrənilmədən, cinayətin törədilməsinə gətirib çıxaran və mənfi xüsusiyyətlərin üzə çıxardılmadan mümkün deyil. Digər tərəfdən, tərbiyəvi işin keçirilməsinə təkan verən insanın ən yaxşı xüsusiyyətlərini bilmək əhəmiyyətlidir. [2]

1. Həbsxana mühitinin məhbusun psixi vəziyyətinə təsiri

Hökmün gözləmə müddətində məhbus çox ağır vəziyyətdə olur: o gözlənilmədən adət edilmiş mühitdən qoparılır və kifayət qədər təcavüzkar mühitə düşür. O öz gələcəyi, cinayət işinin nə vəziyyətdə olduğu haqda məlumata malik deyil (məsələn, onun günahını subut edən nə kimi dəlillərin olması), o artıq söz deməyə qorxur və eyni zamanda da danışıb güclü emosional gərginlikdən qurtulmağa çalışır. Bu vəziyyət törədilmiş cinayətin həyəcanıyla da ağırlaşa bilər. Lakin azadlıqdan məhrum edilmə yerlərində işləyən psixoloqlarda məhbus həmişə administrasiyanın nümayəndəsini görür, ona görə də psixoloqun məhbusla işinin birinci mərhələsi həbslə bağlı stressin öhdəsindən gəlməsidir. 1955-ci ildə cinayətkarlığın qarşısının alınması və cinayətkarlarla davranışı üzrə Birləşmiş Millətlər Təşkilatının Birinci Konqresində «Məhbuslarla rəftarın minimal standart qaydaları» qəbul edilmişdir. Bu sənəd tövsiyə xarakteri daşıyır. Ona əsasən, həbsxana rejimi «məhbuslarda məsuliyyət hissini və insan ləyaqətini öldürməmək» üçün azadlıqda həyatdan minimal dərəcədə fərqlənməlidir. Fiziki yerləşdirmə özünə kamerada olan sahəni, həm də işıq mənbəyinə və havaya çıxışı daxil edir. Beynəlxalq normalara əsasən, hər bir məhbusa çoxyerli kameralarda ən azı dörd kvadrat metr, məhdud bir kamerada isə 6 kv. metr ayrılmalıdır. Həmcinin, həbsxanalarda istənilən diskriminasiya qadağan edilməlidir. İlk dəfə məhkum olanlar, kişilər və qadınlar, həddi-buluğa çatmamış və yaşca böyük məhbuslar ayrı saxlan- malıdır. Hər məhbusa ayrı «kamera və ya otaq», ümumi kameralarda saxlama vaxtı – ayrı çarpayı düşür. Kameraların işıqlandırılması oxumağa və «görmə üçün təhlükəsiz» işləməyə icazə verməlidir, ventilyasiya sistemi isə sanitar normalara uyğun olmalıdır. Qidalanma müntəzəm və «sağlamlığın saxlanılması üçün kifayət qədər», su – istənilən vaxt əlçatan olmalıdır. Məhbuslar doğmalarıyla ünsiyyət saxlamağ imkanına, KİV-dən və ya «administrasiya tərəfindən nəzarət edilən başqa üsullarla» xəbərləri almaq imkanına malik olmalıdır, hər həbsxanada kitabxana olmalıdır. [9]

Məhbuslar çalışmağ məcburiyyətindədir, amma onların əməyi əzablar gətirməməlidir və onu ədalətlə ödəmək lazımdır. İntizam cəzalarının tətbiqi vaxtı qəddarlıqı, insan ləyaqətinin alçadılmasını, bədən cəzalarını, «qaranlıq kameralara» yerləşdirməni tamamilə istisna etmək lazımdır. Bütün həbsxanalarda ştat həkimi olmalıdır və məhbuslar peşəkar stomatoloji köməyi almalıdır. Vətəndaş geyimini daşımaq hüquqlarına malik olmayan məhbuslara, bu iqlimə uyğun olan və onların sağlamlığını kafi vəziyyətdə saxlayan geyim dəstini vermək lazımdır. Bu geyim nə təhqiredici, nə alçaldıcı xarakterli olmamalıdır.Məhbusun şəxsiyyətinin başqa vətəndaşların şəxsiyyətindən nə qədər fərqləndiyini, konkret insanı cinayət etməyə sövq edən davranışının spesifikasının öyrənilməsi əsas məsələlərdən biridir. Bu sahədə aparılan tədqiqatların təcrübəsinə əsaslanaraq, iddia etmək olmaz ki, cinayətkar davranış yalnız əhatə edən mühitin neqativ təsiri nəticəsidir. Yəni, xarici şərait cinayətkar davranışını birbaşa doğurmur. İnkişaf edərək, şəxsiyyətin özü gec-tez mühitin təsirlərinə seçici reaksiya verə bilən sərbəst və aktiv amilə cevrilir. Yəni insan onun psixoloji təbiətinə uyğun olan stimulları seçməyə və ya mənimsəməyə başlayır. Şəxsiyyət kimi insan–yalnız mühitin deyil, həm də şəxsi inkişafın nəticəsidir. Belə ki, eyni şəraitdə tərbiyə edilmiş iki insan, bir sosial mühitdə ünsiyyətdə, qabiliyyətlərdə, davranışda özünü fərqli göstərir [5] Beləliklə, məhbusların islahının müvəffəqiyyəti yalnız onların şəxsiyyətinə hərtərəfli, kompleks yanaşma zamanı mümkündür. Azadlığa çıxmış şəxslərin yenidən cinayətlər etməsi halları az deyil. Burda insanın təqsirinin sübutu problemindən heş də az aktual olmayan məhbusun islahının mümkünlüyünün sübutu problemi durur. İslah – bir insanın öz inkişafında olan çatışmamazlıqları, qüsur və nöqsanlarını aradan qaldırılması və davranışının normaya salınmasıdır. Həbs cəzası insan davranışının islahı məqsədi ilə tətbiq edilmişdir və istifadə olunur. Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir. Cəza “məhkəmə hökmü ilə təyin edilən cinayət – hüquqi xarakterli tədbirdir. Cinayət törətməkdə təqsirli hesabedilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Qanunu ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından, onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir” [7., 41.1 m.]. Tənbehsiz cəza öz mənasını itirmiş olardı və cinayətkarlıqla mübarizədə məcbur etmə vasitəsi hesab olunmazdı. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqedilir [7].

Həbsxananın təsiri orada olan hər kəsin dünyagörüşüsünü dəyişdirir, amma hər bir insan cəmiyyətin qanununa tabe olan vətəndaşı ola bilmir. Həbs müddəti cinayətdən və ya qanun pozuntusundan asılıdır, ancaq hər bir halda nəzəri cəhətdən həbsxana müddəti insanı onun törətdiyi əməli haqda düşünməyə vadar etməlidir. Lakin təcrübədə məlum olur ki, bütün insanlar müxtəlifdir və həbs cəzası onlara fərqli təsir göstərir. Bu problemlə məşğul olan mütəxəssislər qeyd edirlər ki, insanın həbsxanada 7 ildən çox qalması onun psixikasını sarsıdıcı dəyişiklərə məruz qoyur. Vəziyyəti dərk etmək və öz həyatını dəyişmək istəyi deyil, həbsxana dəyərlərin və müvafiq həyat tərzinin tam qəbul edilməsi baş verir.

Yəni, həbsxana o qədər aqressiv mühitdir ki, insan şüurunda ciddi iz qoyur. İnsan ilk dəfə həbsxanaya düşərkən, asılılıq vəziyyəti, hərəkət, fəaliyyət və ünsiyyət dairəsinin məhdudlaşdırılması onu çox sıxır. Bundan başqa, istənilən həbsxananın öz qanunları qüvvədə olur, bunları da anlamaq və qəbul etmək lazımdır. İnsanın yeni qaydalara tez uyğunlaşmasından, bəzən yalnız onun sağlamlığı deyil, həm də həyatı asılıdır. Ancaq, bütün narahatlıqlara və məhdudiyyətlərə baxmayaraq, insan zamanla buna alışır. Bir müddətdən sonra artıq onun üçün istənilən başqa mühit yad və qəbuledilməz olur. Həbsxanada ciddi iyerarxiya prinsipi mövcuddur: ya insan digərlərini tabe edir, ya da özü tabe olur. Cəza çəkmədən azad olandan sonra çoxları rolların belə bölgüsünə öyrəşib, həyatda analoji insanları axtarırlar. Hər bir insan fərdidir, bəziləri öz günahını dərk edirlər və onu qəbul edərək yaxşılığa doğru dəyişməyə çalışırlar, amma bəzilərini bu narahat etmir. Onlar düşünürlər ki, həbsdən sonra yenə eyni işlə məşğul olacaqlar, amma artıq ehtiyatlı olacaqlar [3].

Ən uğurlu islah sistemi – məhbusların əməyə cəlb etməsinə əsaslanır. Özüdə o nə qədər müxtəlif məzmunlu olsa, bir o qədər səmərəli olar. Məsələn, görkəmli rus pedaqoqu Anton Makarenkonun müvəffəqiyyətləri ilk növbədə onunla bağlıdır ki, onun islah əmək kommunasında hamı fəal, həm də çox dolğun və məzmunlu çalışırdılar. Onlar özlərini ərzaqla təmin etməsi üçün kənd təsərrüfatından başlamışdılar, amma tədricən sənaye istehsalatıyla məşğul oldular. Xüsusi olaraq: məhz birinci Makarenkonun şagirdləri ölkədə ilk olaraq «Black & Decker» amerika drelinin modelinin elektrik surətlərini yüksək həcmli istehsalını, daha sonra isə məşhur «Leitz Kamera»markanın fotoaparatlarının surətlərini mənimsədilər [4].

İnsanın həbs cəzasında olaraq nəyi itirdiyinin dərki çox böyük əhəmiyyət kəsb edir. Əgər cəza müddəti kiçikdirsə, amma azadlıqda ev, ailə və tanışlar varsa, işə çıxmaq və praktiki olaraq, həbsdən əvvəlki başqa həyat tərzinə qayıtmaq imkanı var. Amma əvvəlki həyat tərzi itirilmişdirsə, bütün tanışlıqlar yalnız eyni keçmiş məhbuslar mühitindəndirsə, işə düzəlmək imkanı çox kiçikdirsə, insan bu həyat tərzində qalır. Həbs müddəti nə qədər çox olarsa, cəmiyyətin tam hüquqlu nümayəndəsi olmaq ehtimalı azalır. Keçmiş məhkumlar azadlıqda, bir qayda olaraq, bir-birini tapır, birləşir və yaşayış üçün bərabər imkanlar axtarırlar.

2. Məhkumlarin islah edilməsində mümkün uğursuzluqların səbəbi

Həbs yerlərində məhkumların islah edilməsində uğursuzluğlar əsasən aşağıdakı səbəblərlə şərtlənir.

1.Məhkumlar saxlanılan mühit qondarmadır və təcrid edilmişdir. Onlarrejim müəssisəsində yaşayırlar, fəaliyyətləri tamamilə tənzimlənmişdir, ailəsi ilə əlaqə zəifləyir, bəzən hətta dayandırılır. Onlar sosial cəhətdən də təcrid edilmiş olurlar. Onların rolu yalnız bir icraçı funksiyası ilə məhdudlaşdırılıb. Məhkumlar öz iradəsi ilə çox şey edə bilməzlər, başlıcası isə sərbəstlik, təşəbbüskarlıqdan mərhum olurlar, bu da onların tədricən desosializasiyasına gətirir.

2.Həbsxanaya uyğunlaşma – bu toplumun xasiyyətlərinin, adətlərinin, vərdişlərinin dərin və ya xarici mənimsənilməsi prosesidir, həmçinin həbs- xana dünyasına oriyentasiyadır. Bu mənfi «həbsxana» sosializasiya prosesidir, onun gedişatında məhbuslar həbsxana submədəniyyətinin qərarlaşmış norma və dəyərləri ilə tanış olurlar, nəticədə onların şəxsiyyəti daha çox kriminallaşdırılmış olur.

3. Tərbiyəvi təsirin zəif effektivliyi həbsxana müəssisəsinin daxili nizam- intizamın sərt qaydaları ilə bağlıdır. Əsl psixoloji-terapevtik təsiri göstərmək tez-tez müxtəlif səbəblər üzündən çətinləşir:a.Məhkum, bir qayda olaraq, kriminal mühitin pressinqini hiss edir, bu da əlavə olaraq sıxlıq, həbsxana ideologiyasının hökmranlığı, asudə vaxtın nəzarətsizliyi, əhəmiyyətinə görə administrasiyanın tələblərindən üstün olan həbsxana ənənələri və adətlərinə uyğun davranışa məcburiyyətlər güclənir və əxlaqı pozucu təsir göstərirb.Administrasiyanın passivliyi, onun yaranmış balansı pozmaq istəməməsi və daha «sərt» təbəqələşmənin keçirilməsi.

4.İstehsal fəaliyyətinin məhdudluğu, axşam məktəblərinin bağlanması, cəzaçəkmə müəssisələrində məhkumların öz fəaliyyət təşkilatlarının formallıqı, müsbət adət və ənənələrin formalaşdırılması üzrə işlərin dayandırılması mənfi nəticələrə gətirib çıxarır.Beləliklə, psixoloji islah xidmətinin nəzəriyyəsi və praktikası lazımi tərbiyəvi konsepsiyaya malik olmalıdır və nəzərə almalıdır ki, özlüyündə azadlıqdan məhrumetmə artıq şəxsiyyətə dağıdıcı təsir göstərir və yenidən tərbiyə şəxsi məsuliyyət olmadan mümkün deyil. Məhkumların islahının kon- kret məsələləri uyğun olan strukturların əməkdaşları tərəfindən, qanunvericilikdə olmuş dəyişiklikləri və əvvəlki dövr üçün fəaliyyətin bu növündə əldə edilmiş nəticələri, aşkar edilmiş problemləri və vəziyyətin analizini nəzərə alaraq həll olunmalıdır.Sosial təcridetmə şəraitində insanın şəxsiyyətinə müxtəlif növ psixogen amillər təsir edir, hansılar ki, nevroz reaksiyalarına, intihar cəhdlərinə, psixiki pozuntulara və s. gətirir. SSRİ-in kosmonavtlarının birinci dəstəsini hazırlamış həkimlər qrupunda çalışan tibbi psixoloq V.İ.Lebedev ekstremal şəraitin psixogen amillərinin analizinə həsr edilmiş tədqiqatında ekstremal şəraitdəinsanın psixikasına mənfi təsir edən amillərin 7 qrupunu müəyyən etmşdir:

-qrup təcrid etməsi;

-monotonluq;

-məkan qavrayışının dəyişilməsi;

-yalqızlıq;

-məlumatların tükənməsi;

-həyat və sağlamlıq üçün təhlükə;

-yuxu və ayıqlıq ritmlərinin desinxronizasiyası [4].

3. Azadlıqdan məhrumedilmə müəssisələri – ekstremal şəraitin nümunəsi kimi

Azadlıqdan məhrumedilmə müəssisələrini ekstremal şəraitin nümunələrindən biri hesab etmək olar. Məhbusun psixikasına təsir edən birinci amil qrup təcrid etməsi olur. Məhbus özü kimi eyni cəfakeş insanların nisbətən kiçik kollektivindədir. Onlar daim bir-biri ilə ünsiyyət saxlamağa məcbur olurlar. Qrup təcridi daimi açıqlıqla və tənha qalmağın qeyri-mümkünlüyü ilə müşayiət olunur, buna görə bir müddətdən sonra insanda Cənub Qütbünü kəşf edən norveç səyyahı R.Amundsenin «ekspedisiya quduzluğu» adlandırdığı vəziyyət inkişaf edir. Əsaslandırılmamış zorakılığa və ya əksinə ruh düşkünlüyünə gətirən bu reaksiya azsaylı ekspedisiyalarda, sualtı gəmilərdə uzunmüddətli reyslər zamanı, həbs cəzasında və başqa belə vəziyyətlərdə müşahıdə olunur. Nümunə kimi, 1898-ci ildə kiçik «Belji- ka» gəmisi yaranmış əlverişsiz buz vəziyyətinə görə Antraktida sahillərində 186 gün davam edənsaxlamağa məcbur olurlar. Qrup təcridi daimi açıqlıqla və tənha qalmağın qeyri-mümkünlüyü ilə müşayiət olunur, buna görə bir müddətdən sonra insanda Cənub Qütbünü kəşf edən norveç səyyahı R.Amundsenin «ekspedisiya quduzluğu» adlandırdığı vəziyyət inkişaf edir. Əsaslandırılmamış zorakılığa və ya əksinə – ruh düşkünlüyünə gətirən bu reaksiya azsaylı ekspedisiyalarda, sualtı gəmilərdə uzunmüddətli reyslər zamanı, həbs cəzasında və başqa belə vəziyyətlərdə müşahıdə olunur. Nümunə kimi, 1898-ci ildə kiçik «Belji- ka» gəmisi yaranmış əlverişsiz buz vəziyyətinə görə Antraktida sahillərində 186 gün davam edən qışlamaya qalmışdı. Neft lampalarının zəif işıq verən, hisə verilmiş kayutlarında, narazılıq, depressiya, qıcıqlanma məskunlaşmışdı. Matroslardan biri, psixoz vəziyyətində gəmini tərk edib qar tufanına qaçıb qeyb olmuşdu; digəri bu gəmidə şturman olan R.Amundsenə baltayla hucum etmişdi. Ruh düşkünlüyü insanları qarşılıqlı etibardan məhrum edir. «Ekspedisiya quduzluğu», başqa cür «qütb xəstəliyi» adlandırılan bu hadisə əsasən kiçik qruplarda müşahidə olunur. Bu o vaxt müşahidə olunur ki, onlar şəraitə görə, yalnız bir-biri ilə ünsiyyət saxlamağa məhkum edilirlər və yad, onların yoldaşlığına daxil olmayanlarla mübahisə etmək imkanından məhrum edilirlər. Nə qədər bu qrupun üzvləri bir-bi- rini yaxşı tanıyırlar, anlayırlar, bir o qədər də aqressiyanın yığılması daha təhlükəli olur. Belə vəziyyətdə təcavüzə və növdaxili mübarizəyə səbəb olan bütün stimulların dözüm həddi kəskin aşağı düşür. Subyektiv bu belə ifadə edilir insan öz ən yaxın dostunun ən xırda jestlərinə hətta öskürəyə belə kəskin reaksiyayla cavab verir. [8]

Norveç arxeoloqu, səyahətçisi T.Xeyerdal isə bunu «kəskin ekspedi- sionizm» adlandıraraq belə təsvir vermişdi: «Bu belə bir psixoloji vəziyyətdir ki, ən mülayim insan belə deyinir, acıqlanır, hirslənir, nəhayət qəzəblənir, çünki onun görmə dairəsi tədricən o qədər daralır ki, o yalnız öz yoldaşlarının çatışmazlıqlarını görür, onların üstünlükləri artıq qəbul edilmir». Eyni də məhbuslar kollektivində münasibətlərdə münaqişələrin sayı artır, davranış- da açıq düşmənçilik güclənir və bütün bunların nəticəsi kimi, qrupun təcrid edilmiş və rədd edilən üzvləri meydana çıxırlar. Onların yaranması «oğru qanunu» adlandırılan qaydalarla möhkəmlənir və, bir qayda olaraq, cinayət iyerarxiyasında öz statusunu yüksəltməyə onların gücləri çatmır. [1]

Məhbuslara təsir edən üçüncü əhəmiyyətli amil məkan strukturunun qavrayışının dəyişikliyidir. Məhbusun ətrafında obyektlərin sayı məhdudlaş- dırılmışdır. Onların çoxunda, bağlı yerdə (həbsxana rejimi və ya istintaq təcridxanası) olanların, xüsusilə uzun vaxt qapalı kameralarda olan məhbus- larda, hətta kameradan çıxışı qorxusu meydana çıxır açıq sahənin fobiyası (“aqorafobiya”). Belə məkan məh- dudiyyətləri məhbuslarda laqeydliyi və ya yüksək təcavüzkarlığı formalaşdırır. Bu asteniyaya, əzələ zəifliyinə, hətta ayrıca əhəmiyyətli vəziyyətlərdə hər hansı iradəli səyləri qoymaq qabiliyyətsizlikliyinə gətirir. [5]

İstənilən məhbus üçün informasiya əhəmiyyətlidir. Onlar saxlama rejiminin pozulmasına yol verərək infor- masiya mübadiləsini qaydaya salmağa çalışırlar. Evdən, doğmalardan və ya dostlardan xəbərlərin yoxluğu, baxımsızlıq, tərk edilmə hissi yaradır və bəzən həqiqi intihar cəhdlərinə gətirir.

Evdən uzun müddət xəbər olmadığı halda, məhbuslarda yuxu pozuntusu, narahatşılıq hissi, depressiya müşahidə olunur, artıq bu zaman tibbi yardım tələb oluna bilər. Fransız səyyahətçisi və etnoqrafı Erik de Bişop bunu “reaktiv-nevroz vəziyyəti” adlandırıb. Lakin zəruri məlumatların verilməsi zamanı, bir qayda olaraq, bütün nevroz halları, aşkar psixi patologiyası halları istisna olmaqla, yox olurdu.Tənhalıq duyğusu güclü qorxu və özünə mərhəmət hissi ilə müşayiət olunur. Yalqızlıq olduqca ağır psixotik vəziyyətləri formalaşdırır. Yaddaşda ailə üzvlərinin,dostların parlaq obrazları yaranır. Personal tərəfindən sərt rejimə və müşahidəyə baxmayaraq, həyat və sağlamlıq üçün daimi təhlükə (təhdid) məhbusun psixikasını dəyişdirən ən güclü amillərdən biridir. Bir qayda olaraq, belə təhlükə şəxslərarası münasibətlər problemləri, ciddi iyerarxiya, «həbsxana cəmiyyəti»nin kastalara bölünməsi ilə bağlıdır. [3]

Xəstəlik, zəif tibbi xidmət və ya bədən tərbiyəsi ilə məşğul olmalarının mümkünsüzlüyü astenik vəziyyətlərin inkişafına gətirir. Yuxu və ayıqlıq bioritmlərinin desinxronizasiyası məhbus vəziyyətinin anlaması üçün vacib andır. İctimai-faydalı əməyin və təhsilin qeyri-mümkünlüyü məhbusların əksəriyyətinin çox vaxtını yuxuda keçirmələrinə gətirir. Onlar yalnız gecə deyil, həm də gündüz çox yatırlar, demək olar ki, onlar daim yuxu və ayıqlıq arasında vəziyyətdə olurlar. Ehtimal olunur ki, bu ətraf mühitin psixogen amillərinin daimi təsirinə orqanizmin qoruyucu reaksiyalarından biridir.

Nəticə

Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq, belə nəticəyə gəlmək olar ki, bütün bu amillər məhbusun şəxsiyyətinin deformasiyasına gətirir. Rəsmi hakimiyyətin amansız, cəzalandıran, eyni zamanda da qeyri-formal liderlərin hakimiyyətinin fiziki mövcudluğuna təhlükəli olması, və, nəhayət, məhbusun özündə hər hansı bir səlahiyyətlərin olmaması ona mənfi təsir göstərir. Bununla əlaqədar olaraq bəzən məhbuslar heç olmasa seçmək və qərarlar qəbul etmək qabiliyyətinin təzahürü üçün formal səbəbi verən hər hansı həvəskar təşkilatlarda iştiraka razılıq verirlər. Həbsxana mühitinin depersonalizasiyası məhbusun dərin şəxsi deformasiyasına imkan yaradır. İnsan bu şəraitində ya həddindən artıq təcavüzkar olmalıdır, ya daim özündə təcavüzkarlığın yüksək səviyyəsini dəstəkləməlidir və ya görünməz olmalıdır. Belə alternativ seçim həbsxanada həyat qaydalarının qeyri-müəyyənliyiylə birbaşa bağlıdır. Bir qayda olaraq, davranış normaları, xüsusilə qeyri-rəsmi normalar, məhbusa onların pozulması vaxtı nəzərdə tutulan sanksiyalarla eyni vaxtda çatdırılır. [4]

Nəhayət, məhbusda vaxtın gedişatı əhəmiyyətli deformasiyaya məruz qalır. O, praktiki olaraq, öz vaxtına malik deyil. Onu istənilən vaxt şəxsi əhəmiyyətli fəaliyyətdən idarə heyətinin nümayəndələri və qeyri-rəsmi strukturun rəhbərləri ayıra bilərlər.

Sözsüz ki, həbsdə olma müəyyən psixi vəziyyətləri, ilk növbədə gözləmə vəziyyətini formalaşdırır. Məhbuslar daim nəyisə gözləyirlər: istintaqın, hökmün sonunu, vəkillə və ya qohumlarla görüşləri və s. Burada insan tez-tez məhz psixotik vəziyyətə düşür. Bu vəziyyətdə yaddaş kəskinləşir, assosiasiyalar canlanır. Mövcud psixoloji əlaqələrin qırılması nəticəsində, təcridetmə şəraitində fərdin xarakteri, ünsiyyətinin məzmunu, diapazonu, dərinliyi dəyişir, hansıları ki, qismən yalnız ünsiyyət defisiti ilə izah etmək olar. Gündəlik məcburi ünsiyyət antipatiyalara səbəb olur, əlaqələrin gərginliyini doğurur. Bu emosional – iradəli sferaya son dərəcə mənfi təsir edir, ətrafdakılarla təsirli ünsiyyət qura bilməyən qüsurlu bir şəxsiyyət meydana gətirir. Bu vəziyyətdə onun təbii istəyi bu gərginliyi özünəməxsus üsulla yüngülləşdirməkdir, məsələn, saxlanma rejiminin pozulması və ya özünə zərər verməklə. Bundan başqa, məhbusların şüursuz səviyyədə baş verən fəaliyyətdən çəkinməsini nəzərə almaq lazımdır. [5]

Gözləmə vəziyyəti, beləliklə, yüksək gərginliklə, psixi fəaliyyətin aktivləşməsiylə və ya onun sönməsiylə, orqanizmin fizioloji funksiyalarının sönməsiylə səciyyələnir. Gözlənilmə vəziyyəti, bir qayda olaraq, səbirsizliklə müşayiət olunur. Səbirsizlik – insanda qarşıda gözlənilən və onu həyəcanlandıran, amma nəticəsi hələ ona məlum olmayan əhəmiyyətli hadisələrdən qabaq yaranan xüsusi psixi vəziyyətdir. Məhbus bu hadisələrin baş verməsini tezliklə istəyir, amma bu ondan asılı olmadığından, hətta dəfələrlə həbsdə olan şəxslərdə acizlik və asılılığ hissi yaşanılır.

Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən asılı olaraq səbirsizlik vəziyyəti affektiv reaksiyalardan tutmuş (nə vaxt ki, məhbuslar əməkdaşlara hucum edirlər), affektiv-tormoz reaksiyalarına qədər özünü biruzə verə bilər. Gözləmə vəziyyətlərinə çox ağır yaşanan həyəcan emosiyası məx- susdur. O informasiyanın qeyri-müəyyənliyiyindən yaranır və həmişə gələcəyə neqativ yönəlişlə yaşanır. Məhbus qabaqcadan özünə məhkəmədə, koloniyada və ya azadlıqda həyatı ilə bağlı ən acı perspektivləri görür [2]. Konformizmə müxtəlif insanların münasibəti eyni deyil. Belə ki, bəziləri ciddi davranış normalarını qeyri-şərtsiz qəbul edirlər və onları icra etməyə cəhd edirlər, digərləri isə yalnız kollektivin rəğbətini saxlamaq üçün onları icra edirlər, üçüncülər onları daxili səviyyədə qəbul edirlər, amma zahirən onlara əməl etmirlər, dördüncülər daxilən onları həm qəbul etmirlər, həm onları təcrübədə istifadə etmirlər (onları fərdiyyətçilər adlandırırlar) [2].

Sosial kontrol sistemi konformizmi bütovlükdə lazımi səviyyədə dəstəkləyir. Həmin sistemə belə təsir tədbirləri daxildir: təlimatlar, qadağalar, xidmətlərin tanınması və s. Bu ölçülərin sayəsində cəmiyyətin üzvlərinin davranışı ümumi qəbul edilmiş uyğunluğa gətirilir. Bu mövzuyla bağlı müxtəlif təbliğata əsasən elə hiss yaranır ki, hər bir cinayətkarın islahına nail olmaq mümkün deyil və əgər islah əsas məqsəd kimi elan olunursa, statistikanın təhrifi daxil olmaqla, bütün mümkün üsullarla onun sadəcə imitasiyası riski böyükdür. Statistikanı birbaşa açıq- aşkar yoxlamaq imkanı yoxdursa, o həmişə təhrif olunur. Amma məhz hansısa bir ölçüdə cinayətkarların yüzfaizli islahını hədəf kimi qoymaq olmaz, eyni zamanda da həbsdən çıxandan sonra onların həyatının necə qurulacağını heç düşünməmək də tamamilə yolverilməzdir. Bununla birlikdə çox kriminoloqlar islahedici müəssisədə məhbusun şəxsiyyətinin«sındırılması» ideyasının əleyhinədilər. Bu uğursuzluqlara və cinayətlərin təkrarına, yəni residivə aparır. Üzgün psixikalı insan kriminal nəfsə artıq müqa- vimət göstərmir. Müasir sənaye cəmiyyəti ciddi transformasiya vəziyyətindədir, buna görə dinamik ictimailəşdirməyə nail olmaq lazımdır. Hakim olan dəyərlərə və davranış nümunələrinə zahiri uyğunlaşma kifayət etmir, inam yolu ilə dünyagörüşünün dəyişdirilməsi məhkumun şəxsiyyətinə daha güclü təsir göstərir. Bu zaman yaxşı olardı ki, o, onun üçün hansısa yeni sosial-konform roluna öyrəşməyə cəhd etsin və yeni həyat planlarını əldə etsin.

Ədəbiyyat:

1.Проблема экспедиционного бешенства в малых группах. – Вы- живание в мало-благоприятных ситуациях https://after-living.livejournal.com/35423.html

2.Васильев В.Л. Психологичес- кая характеристика адаптации освобожденного к условиям жизни на свободе / Юридическая психоло- гия / Сост. и общ. ред. Т.Н.Курбато- вой. СПб.: Питер, 2001. С. 321-331

3.Сухов А.Н. Конфликты в пер- вичных коллективах осужденных.- Рязань, 1978.

4.Исправительно–трудовая пси- хология / Под редакцией К.К.Пла- тонова, А.Д.Глоточкина. – Рязань, 1985

5.Психологические эффекты зак- лючения в местах лишения свободы https://infopedia.su/6×6006.html

6.Влияние заключения на пси- хику заключенного https://poisk- ru.ru/s71233t1.html

7.Azərbaycan Respublikasinin Ci- nayət Məcəlləsi (CM41.2.- ci mad- dəsi). http://e-qanun.az/code/11

8.Конрад Лоренц. Агрессия. Жанр: Научная литература. Изда- тельский дом: Издательская группа«Прогресс» Год издания: 1994.

9.Международные стандарты прав заключенных. Минимальные

Müəllif:

AMEA-nın Fəlsəfə institutunun Sosial psixologiya şöbəsinin kiçik elmi işçisi Gültəkin İsmayılova

Online Qeydiyyat