Psixoaktiv maddə qəbulunun insanda yaratdığı psixi və fiziki asılılıqların təhlili

Açar sözlər: narkotik, psixi asılılıq, fiziki asılılıq, psixoaktiv maddə

Narkotikaya və istənilən psixotrop maddəyə olan meyil tez bir zamanda narkomaniyanın yaranmasına səbəb olur. Narkotik vasitələr müxtəlif formalarda qəbul olunsa da, onların təsir forması demək olar ki, tamamilə eynidir – onlar şüuru məhdudlaşdırır və şəxsin ağrıya dözməyinə kömək edirlər. Tibbdə nar kotikdənn asılılıq ağır xəstəlik kimi qiymətləndirilir və onun əsas xarakterik göstəricisinin narkotikə patoloji meyil olduğu vurğulanır. Aludəçi şəxs psixi və fizioloji diskomfortdan çıxış yolunu yalnız narkotik qəbulunda görür və onun bütün motivləri narkotik vasitə əldə etməyə yönəlir. Belə asılılıq nəinki şəxsin sağlamlığına zərər vurur, həmçinin, orqanizmin normal fəaliyyətini pozur. (1.20) Psixi asılılıq sindromuna narkotik vasitələrə psixi (obsessiv) meylin olması və intoksikasiya zamanı psixi komfortun əldə olunması aiddir. Psixi meyil daimi narkotik haqqında fikirlər, narkotik qəbulu zamanı əh valruhiyyənin artması, əks halda isə narazıçılıq, əzginlik hissi ilə müşahidə olunur. Narkotik haqqında sarışan fikirlərin olması psixi meyli obsessiv adlandırmağa imkan verir. Kompulsiv meyil xəstənin hərəkətlərini ifadə etdiyi halda, obsessiv meyil isə əhval-ruhiyyəni, emosional fonu təyin edir. (1,s.35) Fiziki (kompulsiv) meyil narkomaniyanın əsas əlamətlərindən biri olub narkotizasiyaya güclü meyil ilə müşahidə olunur. Meyil yüksək intensivlikdə olub, hətta həyati vacib meyillərdən olan susuzluq və aclıq his sini də üstünləyir. Obsessiv meyildən təkcə intensivliyi ilə deyil, həm də hazırkı məqamda narkotizasiyadan başqa fikirlərin olmasına imkan vermir. Kompulsiv meyil nəin ki əhval-ruhiyyəni və affektiv fonu təyin edir, həmçinin davranışı, digər motivlərin aradan qaldırılmasını kontrol edir. Xəstələrin hərəkət və davranışlarını motivasiya edir. Bu zaman bü tün istəklər narkotik vasitə əldə etməyə yönəlir. Əlavə olaraq kompulsiv meyil xarakterik vegetativ pozuntularla – bəbəklərin geniş lən məsi, hiperhidroz, ağızda quruluq, hiperrefleksiya, tremor ilə müşaiət olunur. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, psixi və fiziki asılılığın yaranması riski bəzi şəxsiyyət əlamətlərini özündə ehtiva edən şəxslərdə – daim ekstremal hiss lər axtarışında olan və xarakterində infantillik özünü göstərən insanlarda daha yüksəkdir. (1, s.65) Bir çox ədəbiyyatlarda istər fiziki, istərsə də psixi asılılıq halı “addiksiya” (ing. addiction) termini ilə adlandırılır. Addiksiya – bir növ davranış pozuntusu hesab edilir və reallıqdan uzaqlaşmaq məqsədilə asılılığa yönəliş zamanı özünü göstərir. Addiksiya özünü bir çox formada büruzə verə bilir. Lakin onun hal-hazırda ən çox rast gəlinən formalarından biri narkotik vasitələrdən asılılıqdır. Müxtəlif narkotik vasitələr müxtəlif cür asılılıqlar yaradır. Bəzi ləri güclü psixi asılılıq yaratdığı halda fiziki asılılığa səbəb olmur, digərləri isə əksinə, güclü fiziki asılılğa gətirib çıxarırlar. Bir çox narkotik vasitələr isə eyni anda həm psixi, həm də fiziki asılılıqlar yaradır. Narkotik vasitələrdən asılılığın iki formasını fərqləndirirlər: Pozitiv və neqativ asılılıq. Əgər psixoaktiv mad də xoş effekt əldə etmək üçün istifadə edilirsə, bu pozitiv asılılıq hesab olunur. Pozitiv asılılığa eyforiya halı, əhvalın yüksəlməsi, gümrahlıq və s. aiddir. Neqativ asılılıq zamanı isə şəxs narkotik vasitəni gər ginlikdən və özünü pis hiss etmədən uzaqlaşmaq üçün istifadə edir. Bir müddət keçdikdən sonra maddə qəbulu daimi hal almağa başlayır. Narkotik qəbulunda fasilə yarandığı zaman isə şəxs bu dövrü ağır, hətta əzablı keçirir. (2.45) Müxtəlif elmi ədəbiyyatlarda addiksiyanın iki əsas sindromu fərqləndirilir: Psixi və fiziki asılılıq sindromu. Bu iki asılılıq forması bir-biri ilə qarşılıqlı əlaqəyə girib aludəçi şəxsə daha destruktiv təsir göstərə bilirlər.

Psixi asılılıq sindromu.

Psixoloji və tibbi ədəbiyyatlarda asılılığın bu növü fiziki asılılıqdan daha təhlükəli hesab edilir. Psixi asılılığın yaranmasının əsasında aludəçinin ya narkotik vasitənin köməyi ilə mövcud gərginliyi aradan qaldırmaq, ya da eyforiya vəziyyətinə çatmaq istəyi durur. Amerika Narkotika Problemi üzrə Milli İnstitutunun (NİDA – National Institute on Drug Abuse) ekspertləri psixi asılılığı – narkotik axtarışına və qəbuluna yönəlişin nəzarət altına alına bilməyən forması kimi qiymət – ləndirirlər. Tibbi ədəbiyyatlarda bu hal üçün “Psixi asılılıq sindromu” terminindən istifadə edilir. Narkomaniyada psixi asılılığı araşdırmış İ.N.Piyatnitskaya onun aşağıdakı xüsusiyyətlərini göstərmişdir: – İntoksikasiya (maddə qəbulu) haqqında təsəvvürlərin şəxsdə yeganə rahatladan vasitə kimi formalaşması. Hansı ki, bu, mak simal psixoloji iş qabiliyyətini təmin edir; – Bu komfort vəziyyətinə obsessiv cəzb olunmanın formalaşması. Psixi asılılıq sindromu narkotik haqqında daimi olaraq düşünən zaman meydana gəlir. Bu sindrom narkotik maddənin qəbul vaxtı yaxınlaşdıqca əhvalın yüksəlməsi, və ya əksinə, narkotik qəbul etmədikdə və ya onun əldə edilməsi çətinləşdikdə əhvalın pisləşməsi halları ilə özünü büruzə verir. Bütün həyati fikirlər narkotik maddənin sistematik, getdikcə artan tezlikdə və dozada qəbuluna yönəlmiş olur. Psixoaktiv vasitənin qəbulunda fasilələr yarandıqda isə şəxs özünü diskomfort vəziyyətində hiss edir. Narkotik qəbulu zamanı bu neqativ hiss zəifləyir və ya aradan götürülür.(3, s.26) Şəxsin narkotik vasitə aludəçisi olub olmadığı narkotik maddə haqqında söhbət zamanı və ya hər hansı bir xoş olmayan yaşantılar zamanı üzə çıxır. Narkomaniyanın inkişafı zamanı abstinent sindrom formalaşır. Bundan sonra isə müvəqqəti remissiya dövrü yaranır. O isə öz yerini “sevimli” narkotikə olan psixi attraksiyaya (cəzbetmə) verir. Bu zaman aludəçidə psixi komfort yalnız narkotika qəbulu zamanı mümkün olur. Yuxarıda sadalanmış hallar narkotik vasitəyə psixoloji attraksiya mərhələsinin tərkib hissəsini təşkil edirlər. Bu mərhələni çox zaman nevrostanik mərhələ də adlandırırlar. Bu onunla izah edilir ki, narkotik və ya toksik vasitənin gündəlik qəbul dozasının azaldılması zamanı aludəçi də narahatlıq, zəiflik, müxtəlif növ qıcıqlanmalar (əksər hallarda nevrasteniya), fiziki və zehni yorğunluq, həmçinin, diqqət pozğunluğu yara – nır. (3, s.55) Psixi asılılığın bu mərhələsinin davametmə müddəti müxtəlif narkotik vasitələrin qəbulundan asılı olaraq müxtəlif olur və 2-6 ay (morfin) ilə bir neçə il (marixuana) arasında dəyişir. 

Fiziki asılılıq sindromu.

Fiziki asılılıq sindromu özündə eyniadlı mərhələni – fiziki asılılıq mərhələsini ehtiva edir və aşağıdakı əlamətlərlə xarakterizə olunur: Fiziki (kompulsiv) asılılıq; Intoksikasiyada fiziki komfort vəziyyətinə çatmaq qabiliyyəti; Güclü formada özünü göstərən abstinent sindrom. Narkotikdən fiziki asılılıq zamanla qarşısı alınmaz tələbata çevrilir və aclıq, susuzluq kimi həyat üçün ən əhəmiyyətli fizioloji tələbatların belə önünə keçə bilir. Bu asılılıq aludəçinin hərəkət və motivlərini müəyyənləşdirir, onu ətraf mühit şərtlərindən asılı olmayaraq narkotika axtarışına sövq edir. Fiziki asılılıq midrioz, hiperhidroz, hiperrefleksiya, tremor, ağızda quruluq və bu kimi digər vegetativ reaksiyalarla müşahidə olunur. Xəstə özünü yalnız narkotika qəbulu zamanı yaxşı hiss edir. Narkotik vasitə qəbul edə bilmədikdə isə iş qabiliyyəti, dərketmə və əhval pisləşir, qəbul etdikdə isə xəstə həm psixi, həm də eyni zamanda fiziki komfort hiss edir.(4) Fiziki asılılıqdan yalnız aşağıdakı üç əlamət özünü büruzə verdikdə danışmaq mümkündür: Fiziki asılılıq. Bu zaman aludəçi narkotika əldə etmək üçün qarşısı alınmaz bir arzu duyur. Qeyd etdiyimiz kimi, bəzən bu arzu aclıq və susuzluq kimi ən önəmli ibtidai tələbatların belə önünə keçə bilir. O, həmçinin, əhvala təsir göstərir, davranışları yönləndirir, şəxsi psixoaktiv vasitədən (narkotikdən) asılı hala salır. Aludəçi məntiqli düşünmək qabiliyyətini itirir, çünki bütün davranış motivləri narkotik vasitə əldə etməyə yönəlmiş olur.

Abstinent sindrom və ya ləğv sindromu.

Bu hal psixoaktiv vasitənin qə bulunun qəfil dayandırılması za – ma nı orqanizmdə yaranan pozuntularla müşahidə edilir. Müəyyən vasitəyə aludə olmuş orqanizm, həmin vasitənin qəbulunun dayandırılması zamanı beyinə müəyyən dozanın tələb olunduğu haqda siqnal göndərir. Abstinent sindrom müxtəlif növ narkotik vasitələrin qəbulundan asılı olaraq özünü müxtəlif formalarda büruzə verə bilir.

Reaktivliyin dəyişməsi sindromu.

Bu sindrom özündə aşağıdakı halları ehtiva edir: İstifadə formasının dəyişməsi (məsələn, şəxs yuxunun normalizasi – yası məqsədilə müəyyən preparatlar qəbul edirdisə, sonradan bu maddəni intoksiyasiya – sərxoşluq halına çatmaq üçün qəbul etməyə başlayır); Tolerantlığın dəyişməsi. Belə ki, intensiv olaraq psixoaktiv maddənin istifadə olunması orqanizmin həmin maddəyə olan tələbatını yüksəldir. Adət olunmuş doza lazım olan effekti – eyforiya vəziyyətini yaratmır və bu zaman aludəçi narkotik vasitənin dozasını günü-gündən daha da artır – mağa başlayır. Dozanın yüksək həddə çatması (peredozirovka) zamanı müdafiə reaksiyalarının yoxa çıxması. Müdafiə reaksiyaları (ürək bulanması, qaytarma, dəri qaşınmaları, tərləmə, hıçqırıq, ağız suyunun ifrazı, gözlərdə ağrı) – orqanizmin həyəcan siqnallarıdır və dozanın təhlükəsizlik limiti aşıldığı zaman ortaya çıxırlar. Lakin narkotik vasitənin doza limitinin aşılması ilə qəbulunun davam etdirilməsi zamanla orqanizmin bu təbii reaksiyalarının yoxa çıxmasına səbəb olur. İntoksikasiyanın gözlənilənlə müqayisədə formasının dəyişməsi (məsələn, yuxu həbləri yuxu gətirmək əvəzinə ehtiras yaradır). Qeyd olunan hər üç fenomen özün – də fiziki asılılıq sindromunun əla – mət lərini ehtiva edirlər. (5) Öz-özlüyündə narkotikanın qəbulu aludəçi üçün – həyatın gündəlik problemlərindən qaçış, sıxıcı, monoton həyatı rəngləndirmək imkanıdır, yeni təəssüratlar əldə etmək, aktivliyi yüksəltmək üçün bir vasitədir. Bu, həyatın qayda-qanunlarına etiraz, həyatda nəyisə dəyişmək tələbatı, onun mənasının axtarışıdır. Aludəçi yə hər zaman elə gəlir ki, o daha güclüdür. Məhz buna görə narkotik vasitə aludəçilərinin psixi asılılığı cəmiyyətə hər hansı bir epidemiyanın vurduğu zərbədən daha ağır zərbə vurur, ona daha baha başa gəlir.(6) Narkotik vasitəyə olan asılılıq aludəçinin öz həyatına, sağlamlığına, ailə üzvlərinə ayıracağı vaxtı ondan qoparıb alır, şəxsi inkişafı dayandırır və qarşıya qoyulmuş gələcək məqsədlərə çatmağa tamamilə mane olur. O, şəxsdən həyatın özünü oğurlayır. Özlüyündə asılılıq – ruhun xəstəliyidir. Aludəçi özünü könüllü surətdə arzularının qəfəsinə salır. Şəxs narkotik vasitə, alkoqol qəbulunu, elə cə də onda addiksiya yaradan digər vərdişləri dayandıra bilmədiyinə görə mənəvi əziyyət çəkir, lakin müstəqil olaraq öz əlləri ilə özünü saldığı bu qəfəsdən çıxmaq qərarını verə bilmir. Prosesin bu gedişində onun ehiyacı olan ən önəmli şey ailə üzvlərinin, yaxın dostlarının və cəmiyyətin dəstəyi, ən əsası isə mütəxəssislərin köməyidir. 

Ədəbiyyat:

1. Сирота Н.А, Ялтонский В.М. Профилактика наркомании и алкоголизма. М. Изд. Академия., 2003, 234 c.

2. Джонсон В. Как заставить наркомана или алкоголика лечиться. М., 2000, 358 c.

3. Богданчиков В., Болдырев О., Сурайкин А. Энциклопедия не – зависимости., 2006, 147 c.

4. Даулинг С. (ред.). Психология и лечение зависимого поведения. М., 2000, 458 c.

5. www.narkom.ru

6. http://okeydoc.ru/narkomaniyarazvitie-psixicheskoj-i-fizicheskoj-zavisimosti

7. http://addiction.eurodoctor.ru/ narcoticpsychologicaldependence

Müəllif:

BDU-nun sosial və pedaqoji psixologiya kafedrsının doktorantı Ramin Allahverdiyev

Mənbə: http://psixologiyajurnali.az

Online Qeydiyyat