Endokrinoloji patologiyaların aşkar edilməsində klinik psixoloqun rolu

Klinik psixologiya və psixoterapiya üzrə diplom sonrası həkimlərin təkmilləşdirilməsi, sağlam şəxsin əmək və təhsil fəaliyyətinə klinik-psixoloji biliklərin yeridilməsi klinik psixologiyanın müasir dövrdə çoxşaxəli inkişafına səbəb olmuşdur. Bunun nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının sağlamlıq anlayışına verdiyi tərifə – “sağlamlıq insanın elə bir halıdır ki, təkcə xəstəlik və fiziki qüsurların olması deyil, həmçinin tam fiziki, ruhi və sosial əmin-amanlığıdır” – daha da yaxın oluruq [1].

Klinik psixologiya insan sağlamlığının təmin olunmasında vacib bir sahəni təşkil edir. Bu istiqamətdə kifayət qədər tədqiqatlar aparılmış, praktik metodikalar əldə edilmişdir. Dünya psixoloji elmində bu istiqamətdə öz
işini həyata keçirənlər sırasında Rusiya da V.M.Bexterev və onun davamçıları A.F.Lazurski, M.Y.Basov, S.L.Frank xəstə insanın psixikasının öyrənilməsinə humanist və vahid yanaşma ənə nələrini yaradaraq, onun həyatının bütün sahələrini müalicədə birləşdirdi. Bununla da müsbət nəticələr əldə edilmişdir [2].

Hal-hazırda bu istiqamətdə geniş praktik və nəzəri işlər aparılır. Məsələn, Almaniyada hər il təxminən 960.000 xəstə psixiatrik və psixosomatik stasionar müalicədə müalicə olunur. 2017-ci ildə xəstəxanalardakı psixi pozuntuların orta müalicə müddəti cəmi 24,2 gün, psixosomatik stasionar yardım 42.9 gün olmuşdur [3]. Psixi adaptasiya mexanizmlərinin, sağlam həyat tərzinin formalaşmasında və onun keyfiyyətinin yaxşılaşdırılmasında psixoloji amillərin, həmçinin xəstələrin və əlillərin müalicəsi və reabilitasiyası üçün psixoloji amillərin öyrənilməsi xüsusi olaraq aktualdır. Bundan əlavə, bu gün atipik, sərhəd vəziyyətdə olan, habelə psixosomatik xəstəliklərin, xəstəlikdən əvvəlki vəziyyətlərin və böhran və ekstremal vəziyyətlərin yaratdığı vəziyyətlərin sayı artır, psixoloqların sahədə psixi amillərin roluna diqqəti də artır [4].
Xroniki somatik xəstəlik ümumilikdə və fərdi psixi krizin yaranmasına əsas təkan verən vəziyyət olması fikri ilk dəfə V.V.Nikolayev tərəfindən təsvir olunmuşdur. L.İ.Bojoviçə görə ağır və təhlükəli somatik xəstəliyin obyektiv halı, vərdiş olunan sosial ətrafdan uzaqlaşma, ehtimal oluna bilən travmatik əməliyyat, əlil olma təhlükəsi insanın sosial mühitdə obyektiv durumunun dəyişməsinə gətirib çıxarır. Xəstəliyin şəxsiyyətə patogen təsiri əsasında massiv, uzunmüddətli
intoksikasiya, maddələr mübadiləsinin pozulması, psixi proseslərin gedişatına təsir edən “üzülməsi” dayanır (V.V.Nikolayev) [6].

Aşağıdakı kriteriyalara görə xroniki və ya uzungedişli xəstəlik
zamanı şəxsiyyət dəyişilmiş qəbul olunur:

  1. Fəaliyyətin aparıcı motivlərinin dəyişilməsi (yeni motivlərin yaranması, məs. anoreksiya zamanı patoloji acqalma fəaliyyəti);
  2. Aparıcı motivin məğzinin daha aşağı qaydalı motivin məğzi ilə əvəz olunması (məs. “özünə qulluq” motivi ipoxondriya zamanı);
  3. Fəaliyyətin vasitəçilik səviyyəsinin aşağı düşməsi (fəaliyyət sadələşir, məqsədli struktur kasadlaşır);
  4. Şəxsin ətraf mühitlə münasibət dairəsinin daralması, maraq dairəsinin kiçilməsi, motivasiya sferasının kasad laşması;
  5. Özünütənqid və özünü idarəetmənin pozulması;
    Somatik xəstəliklərin təyin edil məsi. Pasiyent üçün sağlamlığın daxili təzahürü narahatlıq və ağrı hissiyyatının yaranması mexanizmini dərketmə, bunun gələcək həyata təsirin qiymətləndirilməsi, həmçinin emosional gərginlik kimi xəstəliyə reaksiya və yaranmış yeni şəraitdə insanın davranış və hərəkət seçmək bacarığından formalaşır. Xəstəliyə subyektiv münasibət müxtəlif faktorlar, o cümlədən sosial-konstitusional, fərdi-psixoloji faktorlar üzərində formalaşır. Sosial-konstitusional parametrlər dedikdə cins, yaş və fərdin peşəsi, fərdi-psixoloji parametrlərə isə temperament xüsusiyyəti, xarakterin özəlliyi və şəxsiyyətlər nəzərdə tutulur.
    Şəxsin xəstəliyə qarşı bu və ya digər tip psixi reaksiyanın yaranma və xəstəliyə münasibətin formalaşma qanunauyğunluğunun əsas prinsipləri pasiyentin psixi vəziyyətinin fərdi xüsusiyyətləri ilə sıx əlaqədadır [6]. Demək olar ki, xəstəliyə qarşı yaranan reaksiya həmin xəstəliyin gedişatı, müalicənin effektivliyi və nəticə sinə təsir edir. Xəstəliyə qarşı yaranan reaksiya növü xəstəlik parametrlərindən, həmçinin şəxsin fərdi-psixoloji xüsusiyyətlərindən asılıdır. Hər bir xəstəlik pasiyentin önəmli həyat sferasına toxunan spesifik xüsusiyyətlər yığımı ilə xarakterizə olunur. Bu ba xımdan xəstəliyi qiymətləndirən və psixoloji münasibət formalaşdıran aşağıdakı parametrlər ayırd edilir [6]:
  1. Letallıq ehtimalı;
  2. Əlil olma və xronikiləşmə ehtimalı;
  3. Xəstəliyin ağırlıq xarakteri;
  4. Radikal və ya palliativ müalicə tələbatı;
  5. İnsanlarla əvvəlki münasibətləri saxlama imkanına xəstəliyin təsiri;
  6. Mikrososiumda xəstəliyin sosial mənası və xəstəyə adəti münasibət;
  7. Xəstəliyin ailə və cinsi münasibətə təsiri;
  8. Xəstəliyin əyləncə və maraq dairəsinə təsiri;
    Xəstəliyin proqressivləşməsi zamanı xəstənin bütünlüklə münasibətində dəyişikliklər olur. Belə halda
    yalnız həyatda qalma motivinə mane olmayan hadisələr önəmli olur. Bunun nəticəsində özünəqapanma, özünü kənarlaşdırma, insanlarla ünsiyyətin pisləşməsi, passivlik yaranır. Xəstəlik müxtəlif nozoloji forma psixoloji dəyişikliklərin kliniki təzahürlərinə spesifik xüsusiyyətlərin yaranmasına səbəb olur. Bir qayda olaraq, bu xüsusiyyətlər patoloji prosesin lokalizasiyası, xəstəliyin müddəti, ağrı qıcığın dərəcəsi və digər faktorlara bağlıdır [7]. Endokrin patologiyaların içində daha ağır xəstəlik kimi şəkərli diabet götürülür. Son zamanlar şəkərli diabetin yaranmasında psixoloji parametrlərin (stresin) rolu sübut olunub. Hələ 1674-cü ildə T.Villi ilk dəfə diabetin psixi narahatlıqlarla əlaqəsini göstərmiş, şəkərli diabetin yaranmasına “uzun müddətli bədbinliyin” təsirinin olduğunu demişdir. Psixosomotik təbabətin inkişafı ilə şəkərli diabetin etiologiya və patogenezində emosional təsirin rolundan danışılmışdır. Həkimlərin çoxusu o fikrə gəlmişdirlər ki, emosional travma və ya uzunmüddətli psixoloji stres yalnız latent keçən şəkərli diabeti klinik hala keçirməklə üzə çıxarır [8]. 1980-ci ildən bəri şəkərli diabetdən əziyyət çəkən insanların sayı 4 dəfə artmışdır. Bu xəstəliyin yayılması bütünü dünyada, xüsusən orta və aşağı gəlirli ölkələrdə artır. Bunun səbəbi kompleks xarakterlidir, lakin əsas səbəb kimi artıq çəkili insanların sayının artması, piylənmə problemin yayılması və fiziki aktivliyin insanlar arasında azalmasını misal çəkmək olar. Diabetin bütün tipləri müxtəlif orqanlarda ağırlaşmalar yaratmaqla vaxtından əvvəl ölümə gətirə bilər. 2012-ci ildə diabet xəstəliyindən 1.5 mln insan dünyasını dəyişmişdir. Bir çox hallarda diabetin yaranması və onun fəsadlarının düzgün və sağlam qidalanma, daimi fiziki aktivlik, bədən çəkisinin normal saxlanması, siqaretdən imtina ilə qarşısını almaq olar [4]. Sadalanan səbəblərdən başqa müasir elmdə sübut olunmuşdur ki, şəkərli diabetin yaranmasında emosional stresin rolu var. Araşdırmalar göstərib ki, diabeti olan şəxslərin həyatında diaqnoz qoyulmasından 5 il əvvəl stre sə səbəb olan hadisələr və uzun müddətli çətinliklərin olması qeyd olunur. U.Kennon öz elmi tədqiqatlarında müəyyən etmişdir ki, qəzəb və qorxu hissi karbohidrat mübadiləsinə təsir edir. O, imtahan verən şəxslərin, ehtiyatda olan oyunçuların və idman oyunlarına baxan azarkeşlərin sidiyində qlükozanın miqdarının artmasını təyin etmişdir. F.Aleksandr güman etmişdir ki, şəkərli diabetin yaranmasının əsa sında hipertoniya və digər xəstəliklərdə olduğu kimi emosional–vasitəçi bir tərəfli simpatik tonusun qalxması (simpatikotoniya) durur. İrəli sürülən fikirlərdən belə bir sual meydana çıxır ki, niyə bütün emosional stres keçirən şəxslərdə şəkərli diabet yaranmır. Tədqiqatçıların çoxu diabetin yaranmasın da psixotravmaların yalnız təkanverici faktor kimi rolunu qeyd edirlər. M.Suinn psixoloqun dediyinə görə “stresin fərdi profili olur – stresə qarşı spesifik reaksiyalar. Bəzi insanlar stres yaranmasının başlanğıcını vegetativ funksiyalarında dəyişikliklə, digərləri davranış pozuntuları ilə, bəziləri isə koqnitiv sferanın dəyişməsi ilə hiss edirlər. Bir sferada stresin müxtəlif növ əlamətləri olur. Misal üçün, bir şəxs vegetativ sistemdə ürək vurğularının tezləşməsini, digəri yüngül titrəmə, digəri əl və ayaqların soyumasını hiss edə bilər [9]. Şəkərli diabet xəstələrinə klinik-psixoloji yardım. Elmi tədqiqatların nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, eksperimental nevrozlarda visseral pozuntuları generalizə olduğuna baxmayaraq, adətən dayanıqlı funksional dəyişikliklər bir orqan və ya sistem ətrafında olur. Beləliklə, stresdən orqanizmin bütünlükləmi və necə zədələnəcəyi yanaşı faktorlardan asılıdır. Müasir ədəbiyyatda göstərilmişdir ki, şəkərli diabet xəstələrində bəzi psixi xüsusiyyətlər olur, belə ki on larda emosional tənhalıq ilə diqqət, qayğı, narahatlıq hissi, sakitliyə can atma və problemlərdən qaçma (emosional konflikt) və aleksitimiya, asteniya, depressiya, sosial durumda narahatlıq və eqonun zəifliyi, dav ra nışın öz-özünə dağılmasına meyil kimi hallar olur [10].

Əhali arasında depressiv hallar 5-10% təşkil etdiyi halda diabet xəstələri arasında 33%-dir. Beləliklə, diabet zamanı depressiyanın yaranma riski işemik xəstəliklər, onkoloji və dəri xəstəliklər zamanı depressiyanın yaranması riskindən daha yüksəkdir. Tədqiqatlar göstərmişdir ki, diabet xəstələri daha çox nozoloji depressiyadan (xəstəliklə əlaqəli olan mənfi fikirlərin kompleksi) əziyyət çəkirlər. II tip diabet xəstələrində distemiya – uzunsürən depressiya halı olur. Bu hal digər xəstəliklərə oxşar somatovegetativ simptomlarla xarakterizə olunur. I tip diabet xəstələrində distemiya olmur [11].
Təbii ki, depressiya diabetin müalicəsinə mənfi təsir edir. Həkimin təyinatları nə qədər düzgün olsa da, xəstənin davranışından asılı olaraq təsir effekti olmaya bilər. Xroniki xəstəliklər arasında özünə qulluq baxımdan ən çox prosedurları olan xəstəlik diabetdir. Belə ki bura bir sıra prosedurlar: diyeta, fiziki aktivlik, qlikemiyaya nəzarət, insulinoterapiya və digərləri aiddir. Bunların hamısına əməl etmək üçün xəstədə yalnız vaxt və vəsait yox, həmçinin böyük həvəs olmalıdır. Özü və gələcəyi haqda neqativ düşünən xəstələr həkimin tövsiyələrinə daha laqeyd yanaşırlar. Depressiv diabet xəstələrin qlikemiya göstəriciləri pis olur, ağırlaşmaların yayılması yeknəsəq olur, ölüm və digər tibbi-sosial göstəriciləri (əlillik, hospitalizasiya müddəti və s.) yüksək olur. Müasir tibdə sağlamlıq və xəstəliyin biopsixososial modelinin təsiri geniş yayılmaqdadır. Bu modelin əsasında xəstə öz narahatlıq, qorxu, arzu və ümidləri ilə birgə bir şəxsiyyət kimi durur. Xroniki xəstəlikdən əziyyət çəkən insan üçün ilk növbədə onun xəstəliyinin fiziki, emosional və sosial həyatdan məmnun qalmağına, yəni həyat keyfiyyətinə nə dərəcədə təsir edəcəyi maraqlıdır. Qeyd etmək lazımdır ki, ümumi qəbul olunmuş “həyat keyfiyyəti” təyini anlayışı yoxdur. Həyat keyfiyyətinin strukturunda əsas kimi sağlamlıq durumu qəbul olunur. Sağlamlıq durumu insanın öz sağlamlığının nə dərəcədə yaxşı və ya pis olduğunu hiss etməsi, yəni subyektiv qiymətləndirmə kimi izah olunur. ÜST-ə görə həyat keyfiyyəti dedikdə şəxsin yaşadığı mühitdə mədəniyyət və dəyərləri ilə birgə həyatda öz duru mu və eyni zamanda həyatda olan məqsəd, standart və qayğıları nəzərə alaraq qiymətləndirmə başa düşülür. Hal-hazırda həyat keyfiyyətinin qiymətləndirilməsi şəkərli diabeti olan şəxslərdə geniş məna alır. Şəkərli diabet zamanı həyat keyfiyyətinə təsir edən faktorlara: yeməkdə məhdudiyyət, müalicə və özünə nəzarətin tələbat, depressiyaya gətirən xəstəliyin ağırlaşmalarının yaranma təhlükəsi, hipoqlikemiyadan qorxu hissi, münasibətlərdə çətinlikləri misal göstərmək olar. Şəkərli diabet zamanı həyat keyfiyyətinə mənfi təsir edən depressiv semioti kadır. Həyat keyfiyyətinin qiymətləndirilməsi əsas üç sfera – fiziki, psixoloji və sosial sferada insanın həyat tərzinin öyrənilməsi istiqamətində aparılmalıdır. Xəstəliyin hələ aşkarlanmasından qabaq diabet xəstələrinin şəxsiyyət xüsusiyyətlərinin analizinə həsr olunmuş çoxlu elmi işlər mövcuddur. V.S.Meningea psixosomatik məktəbinə görə “spesifik şəxsiyyət” konsepsiyası belə xəstələri xarakterizə edən ifadədir. Bu konsepsiya tərəf daşlarının göstərdiyi
faktlara görə, şə kərli diabet xəstələrinin xüsusi özü nəməxsus şəxsiyyət strukturları olur, hansılar ki, həm digər xroniki xəstəlikləri olan, həm də sağlam şəxslərdən fərqlənir. R.Aleksandr hesab edirdi ki, şəkərli diabet şəxsiyyət tipi ilə xarakterizə olunmur. Şəkərli diabeti xaraketrizə edən emosional konfliktin əsasında konflikt vəziyyət durur. Şəkərli diabet xəstə lərində tez-tez rast gəlinən xüsusiyyətlər olan – eqosentrizm, əsəbilik, səbirsizlik təsvir olunmuşdur. Həmçinin göstərilmişdir ki, şəkərli diabet xəstələrinin arasında mədəni və aktiv insanlara daha çox rast gəlinir. Sindromların təzahürünə görə, bir qayda olaraq, astenik, astenoipoxondrik, asteno-depressiv, obsessiv və isteriya bənzər sindromlara ayrılır (E.V.Elfimov) [6]. Psixi pozuntuların formalaşması şəkərli diabetin hansı yaşda yaranmasından asılıdır. I tip şəkərli diabet (insulin asılı) zamanı asteno-depressiv və isteriyabənzər sindromlar və şəxsiy yətin isterika tipli inkişaf variantı olur. II tip (insulin asılı olmayan) şəkərli diabet zamanı daha çox astenik və astenoipoxondrik sindrom, həmçinin şəxsiyyətin obsessiv, eksplaziv və psixosomatik tipdə patoloji inkişafı qeyd olunur. Şəkərli diabet zaman psixi pozuntulardan əsas yer tutan pozuntulardan biri də anoreksiya bulemiya tipli qida qəbulunda “davranışın pozuntusu”dur.
Nəticə:
Şəkərli diabet olan pasiyentlərə aid psixoloji cəhətlərin təbiətinin və emosional pozuntular (stres, iztirab, narahatlıq, şəkərli diabet ilə bağlı iztirablar və depressiya) ilə qıcıqlanma arasında əlaqənin aydınlaşdırılması klinik psixologiyanın məqsədlərindən biridir. Müsbət emosional sağlamlıq uzun müddət xəstələri emosional pozuntuların neqativ nəticələrindən, xəs təliyi qavramasından qoruyur və bu, şəkərli diabeti olanların özünü idarə davranışını asanlaşdırır və fiziki sağlamlığını yaxşılaşdırır. Əlavə olaraq fərdi imkanlarda möhkəmlik kimi key fiyyətin əmələ gəlməsi idrakın daha yaxşı inkişafına, həmçinin güclü iradə, həyat keyfiyyətin yaxşılaşmasına, şəkərli diabet olanların xəstəliyinə nəzarət olunmasına təsir edir. Bir sıra ümum dünya təşkilatları şəkərli diabet olan şəxslərin qayğı ilə təmin olunması barədə aparılan işlərə maraq göstərir. Şəkərli diabet xəstələrin də depressiya, narahatlıq və üzvi psixoloji dəyişik lik lər kimi psixi pozuntuların yayılma dərəcəsinin qiymətləndirilməsi onların xəstəliyin gedişatı və proqnozuna təsir etməsi səbəbindən
aktualdır. Azər bay canda da bu istiqamətdə müəyyən işlər aparılır: psixoloji mərkəzlərdə, xəstəxanalarda klinik psixoloqlar əhaliyə lazımi yardım göstərir, bu sahədə mütəxəssis hazırlığı da aparılır.

Ədəbiyyat:

  1. Абрамова Г.С., Юдчиц Ю.А. Психология в медицине. М.: 1998, 45 c.
  2. Щелкова О.Ю. Основные направ ления научных исследований в Санкт-Петербургской школе медицинской (клинической) психологии. Вестник СПбГУ. Сер. 16. 2012. Вып. 1, с.53-90.
  3. Nikolaus Melcop, Thomas von Werder, Nina Sarubin, Andrea Benecke. The Role of Psychotherapy in the German Health Care System: Training Requirements for Psychological Psychotherapists and Child and Adolescent Psychotherapists, Legal Aspects, and Health Care Implementation //Clinical Psychology in Europe, 1(4), 2019.
  4. Tara L. Lauriat and Jacqueline A. Samson. Endocrine Disorders Associated with Psychological / Behavioral Problems. The Oxford Handbook of Behavioral Emergencies and Crises Edited by Phillip M. Kleespies
  5. Гройсман А.Л. Клиническая психология, психосоматика и психо -профилактика. М.: Изд-во Магистр-пресс, 2002, 346 c.
  6. Research Report/Journal of affective disorders. The effects of temperament, character, and defense mechanisms on grief severity among the elderly. Kamel Gana, Pascaline K`Delant, Department of Psychology, University of Bordeaux 2, France
  7. Эпидемиология наиболее частых психических расстройств у больных сахарным диабетом. Е.Г.Старостина, Е.Н.Мошняга, М.Н.Володина, Т.С.Малахова. Альманах клинической медицины, № 32, 2014.
  8. Цветкова И.В. Проблема психологического изучения внутренней картины здоровья. Психологические исследования, 2012, (No. 1(21), 11. http://psystudy.ru. 0421200116/0011).
  9. Clinical Psychology in the twentyfirst centry,the wheel remains round.www.ncbi.nlm.nih.gov/pub med/ 15Q65916, J.Clin Psychol. 2005sep; 61(9):1083-6.Kendall PC(1)

Müəllif:

Bakı Dövlət Universiteti Psixologiya kafedrasının doktorantı Aynur İmanova

Mənbə: http://psixologiyajurnali.az/

Online Qeydiyyat