Bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin doğum günüdür

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, dəmir yumruq kimi birləşən Azərbaycan xalqının inam yeri, gücü, tarix yazan sərkərdə!

Xəyal olanı gerçəkləşdirdiyinizə görə Sizə nə qədər təşəkkür etsək, azdır. Bu gün 60 yaşını qeyd edən dövlət başçımız ötən illərdə hər kəsə örnək ola biləcək olduqca zəngin və mənalı bir həyat yolu keçmişdir. Dövlət başçısını ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.

Hörmətlə: Psixologiya Elmi-Tədqiqat İnstitutu

Online Qeydiyyat