“Məktəblinin dostu” layihəsi çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilmişdir

“Məktəblinin dostu” layihəsi çərçivəsində 01.12.2021 – 30.12.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda məktəb psixoloqları üçün 2-ci dəfə “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimlər keçirilmişdir.

Sonuncu təlimdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov da iştirak etmiş, iştirakçılara uğurlar arzu etmişdir.

Qeyd edək ki, təlimlərin keçirilməsinin əsas məqsədi təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.

Online Qeydiyyat