Təhsil işçiləri üçün “Uşaq psixologiyasının əsasları” adlı ixtisasartırma təlimlərinə start verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə Təhsil işçiləri üçün “Uşaq psixologiyasının əsasları” adlı ixtisasartırma təlimlərinə start verilib.

Təlimlərin məqsədi məktəblərdə səmərəli müəllim-şagird-valideyn münasibətləri qurmaqla şagirdlərin akademik göstəricilərində yüksək nəticə göstərmələrinə nail olmaqdır.

Əsas vəzifələrinə isə aşağıdaklar daxildir:
1. Müəllimlərin diqqətini qarşılıülı əməkdaşlıq fəaliyyətinə yönləndilməsi və praktiki təcürbə mübadiləsi əsasında bu əməkdaşlığın müsbət tərəflərinin müəllimlərə mənimsədilməsi.
2. Müəllimlərin özgüvənin artması, şagirdə müvafiq psixoloji yanaşmaların izahı, emosional yanma sindromunun qarşısını almaq üçün müəllimlərə praktiki təcürbə mübadiləsinin öyrədilməsi.
3. Müəllimin pedoqoji dəstək almasının, peşə səriştəsinin, bilik və bacarıqların artırılmasının etdiyi müsbət təsirlərin izah edilməsi.
4. Müəllimin şagirdin həyatında rol model olmasına diqqət çəkilməsi.
5. Uğurlu peşə fəaliyyəti üçün düzgün qurulmuş münasibətlərin rolunun psixopedaqoji izahının verilməsi.

İlk təlim 26.11.2021 tarixində baş tutmuşdur və hal – hazırda davam etməkdədir.

Uğurla tədris olunan təlimlər üçün Təlimçilərə təşəkkürümüzü bildirir, layihə iştirakçılarına uğurlar arzu edirik!