Müasir Azərbaycan Psixoloqlar İctimai Birliyi üzvlüyə qəbulu təqdim edir

Müasir Azərbaycan Psixoloqlar İctimai Birliyi üzvlüyə qəbulu təqdim edir.

MAP (Müasir Azərbaycan Psixoloqlar) İctimai Birliyi insanların analitik, yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməklə psixologiyada istifadə olunan əsas tədqiqat metodlarını, o cümlədən, tədqiqatın dizaynını, məlumatların təhlilini və şərhini tətbiq edə bilmələri, təhsil müddətində əldə etdiyi bilik, bacarıq və dəyərləri iş mühitində və həyatlarının digər sahələrində real şəkildə tətbiq edə bilmələri, fərdlər arasındakı sosial-mədəni fərqləri anlamaq və onlara hörmət etmək, psixologiyanın müxtəlif alt qruplarında tətbiq edə biləcək ünsiyyət və müsahibə bacarıqlarına sahib olmaq, şəxslərarası həssaslığa, sosial hadisələrdən və problemlərdən xəbərdar olmaq və onların humanist fəlsəfə mühitində paylaşan, iştirakçı və yüksək özgüvənli psixoloqlar olmalarını təmin etmək məqsədi daşıyır.