Klinik Psixologiya Kursunun 6-cı modulu baş tutdu

15.01.2022 tarixində institutumuzda Klinik Psixologiya Kursunun 6-cı modulu baş tutdu.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının proqramına əsaslanaraq hazırlanmışdır.

Kursun ümumi proqramı əhatə edir
1. Klinik psixologiyanın tarixi
2. Faktorlar və yanaşmalar
3. Klinik dəyərləndirmə, diaqnozun qoyulması və korreksiya
4. Nevrotik pozuntular
5. Affektiv pozuntular
6. Psixotik pozuntular
7. Somatoform pozuntular
8. Şəxsiyyət tipləri və pozuntuları
9. Maddə asılılığı
10. Cinsi pozuntular
11. Koqnitiv pozuntular
12. Uşaqlıq və yeniyetməlik dövründə müşahidə olunan pozuntular

Nərmin xanıma uğurlu başlayan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

Ətraflı məlumat və qeydiyyat: 070 268 27 08 ( mobil/ what’s App)