Psixo-help: “Düşüncə xətaları”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Psixo-help” layihəsini davam etdirir.

Layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Layihə çərçivəsində növbəti görüş 21.01.2022 tarixində saat 12:00-da baş tutacaq.Qonağımız Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyeva mövzu isə “Düşüncə xətaları” olacaq.

İştirak ödənişsizdir.

İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!

Zoom platformasında 1000 nəfərlik kontingentimiz var və ilk qeydiyyatdan keçən 1000 nəfər iştirak edə biləcək.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 (mobil/ what’s App)