Şəxsiyyətlərarası münasibətlərdə konflikt yaradan amillər

Açar sözlər: münaqişə tərəfdarı, münaqişə, əlaqəli münaqişə, eqoizm, münaqişə dinamikası, obyektiv ziddiyyətlər


Münaqişə iki ziddiyyətli tərəfin maraqlarının toqquşduğu bir vəziyyətdir. Bir qayda olaraq, münaqişələr xoşagəlməz assosiasiyalara səbəb olur: təhdidlər, düşmənçilik, anlamama, öz haqlılığını sübut etmək cəhdləri, incikliklər və s. Bu neqativ fikirlər sosiol mədəni amillərlə gücləndirilir. Nəticədə belə fikir yaranır ki, münaqişə hər bir insan üçün neqativ, arzu edilməyən hadisədir, imkan daxilində onlardan qaçmaq lazımdır [1]. Amerika iqtisadçısı Tomas Ęellinq münaqişədə iki komponentin (psixoloji və davranış komponenti) olduğunu qeyd etmişdir. Psixoloji komponent münaqişəli tərəflərin düşündüyü və hiss etdikləridir. Məsələn, onların hədəfləri nədir, hansı motivlər onları idarə edir, hansı dəyərlər istiqamətləndirir və s. Onların öz maraqlarının necə gördükləri bunlardan asılıdır. Müvafiq olaraq, münaqişənin həllini bəzən tərəflərin psixologiyasının dərin bilik və anlayışı əsasında tapmaq olar. Öz maraqlarının müdafiəsi üçün tərəflər razılıq, danışıqlar, təzyiq, manipulyasiya, şantaj və nəhayət, qüc vasitələridən istifadə edə bilərlər.
Əgər münaqişələr əsaslandırılmış qərarların qəbuluna və münasibətlərin inkişafına imkan yaradırsa, onda onları funksional adlandırırlar (konstruktiv). Effektiv qarşılıqlı təsirə və qərarların qəbul olunmasına mane olan müna- qişələr isə disfunksional (dağıdıcı) adlandırılır. Ona görə bir dəfə və həmişəlik münaqişələrin yaranmasına səbəb olan şəraiti yaratmamaqdan çox, onları düzgün idarə etməyi öyrənmək, bunun üçün isə münaqişələri təhlil edib, onların səbəblərini və mümkün nəticələrini anlamaq lazımdır [3].
Konfliktlərin yaranma səbəbləri və xüsusiyyətləri
Gündəlik ünsiyyətdə münaqişələr (latın dilindən tərcümədə«toqquşma»)80%halda kommunikasiyanın iştirakçılarının arzusundan kənar yaranır. İnsan özünü və öz üstünlüyünü müdafiə etməyə meyllidir, amma o başqalarının hissləri, duyğuları haqda o qədər də düşünmür. Buna görə insanlar bəzən öz fikirlərinə və hərəkətlərinə ciddi yanaşmadan həmsöhbətlərin ünvanına xoşagəlməz sözləri işlədirlər [6].
Bəziləri belə vəziyyətlərdə konfliktoqenlərə məhəl qoymamağa üstünlük verirlər, amma bir çox insanlar daha da güclü konfliktoqenlə reaksiya verməyə çalışırlar. Bu halda kommunikasiya pozulur və bəzi hallarda qeyri- mümkün olur. Konfliktoqenlər ünsiyyətdə gərgin atmosferi yaradan və həmsöhbətə toxunan kommunikasiyanın şifahi və qeyri-şifahi ünsürləridir. Konfliktoqenlərə sözlər və müəyyən bir intonasiya, jestlər, hərəkətlər, hətta fəaliyyətsizlik, ünsiyyətdən qaçma aiddir. Səliqəsizlik (xalçaya tökülmüş qəhvə),məsuliyyətsizlik (gecikmə, vədin yerinə yetirilməməsi), etiketin pozulması (salamlaşmamaq, nəqliyyatda yer verməmək, təbrik etməyi unutmaq) müxtəlif məişət münaqişələrinin mənbəyidir. Konfliktoqenlər ün- siyyətin iştirakçıları tərəfindən asanlıqla hiss olunur, amma onları elmi cəhətdən müəyyən etmək, təbii reaksiyadan ayırmaq və təsnif etmək kifayət qədər çətindir. Problem ondan ibarətdir ki, insan bəzən başqalarına qarşı təh qiredici sözlərdən və hərəkətlərdən istifadəni mümkün və ya lazımi hesab edir, bəzən isə buna fikir vermir. Bu, yanlış davranışın həmişə açıq münaqişəyə gətirməməsi ilə bağlıdır. İnsan bunun rahat həll edəcəyi fikirə alışır, bununla səhv rəftarla bağlı öz-özünə nəzarəti və ayıqlığı azaldır. Ancaq həmsöhbət bu cür hərəkətləri qəbuledilməz sandığı an, reaksiya verir və nəticədə münaqişə yaranır.
“Konfliktoqen” termini psixoloq
A.P. Egides tərəfindən təqdim edilmiş və hazırda elmi tətqiqatlarda istifadə edilir. Konfliktoqenlərin əksəriyyəti qəsdən təhqir deyillər. Bundan başqa, tez-tez insan özündən asılı olmayaraq konfliktoqenləri işlədir (adət edilmiş sözləri və jestləri). Amma bir çox, hətta qəsdsiz konfliktoqenlər üstünlüyə cəhd, təcavüz kimi şüuraltı səbəblərlən yaranır. Amma kiçik konfliktoqenlərin yığımı zahirən səbəbsiz partlayıcı reaksiyalara səbəb olur (dava, qalmaqal və s.) [4]
Konfliktoqen həmsöhbətdə qıcıqlanma narahatlığ yaradır. O öz psixoloji müvəffəqiyyətsizliyini kompensasiya etməyə, buna görə təcavüzkar şəxsə layiqli cavab verməyə çalışır. Konfliktoqen artır, həmsöhbətlərdə psixoloji müdafiənin verbal mexanizmləri qoşulur. Zəncirvari reak- siyaya bənzər bir fenomen konfliktoqenlərin eskalasiyası adlanır. Bu mərhələdə problemi həll etmək kifayət qədər çətindir, çünki güclü neqativ emosiyalar sağlam düşüncəyə üstün gəlir və həmsöhbətlərin hərəkətlərinə rəhbərlik edir. Özünə nəzarət, ünsiyyətdən qaçmaq, belə vəziyyətdə incikliyi bağışlamaq bacarığı arzu olunandır, amma təcrübədə bu nadir hallarda mümkün olur.
Belə fikir mövcuddur ki, konfliktoqen sosial cəhətdən şərtidir: bir insanların arasında narazılıqa səbəb olan, başqaların arasında tamamilə normal və ya adət hesab edilir. Ęəxsi davranışda konfliktoqenlər həmişə müəyyən olunmurlar. Duygusal insanlar, onları qıcıqlandıran və ya incidiyi şəxslərlə ünsiyyət qurarkən, şüursuz qeyri-etik danışıq və davranışa yol verirlər və ya bunu ədalətli hesab edirlər. Konfliktoqenləri bilərəkdən hazırlanan və qəsdən münaqişəyə səbəb olan provokasiyadan (kobudluq, təhqirlər, ittihamlar, etirazlar, sözünü kəsmə) ayırmaq lazımdır.[3]
Gündəlik həyatda insanlar arasında konfliktoqenlərin müəyyən miqdarı ünsiyyətin təbiiliyi baxımından, kommunikativ münaqişə vəziyyətləri onların təzahürü səbəblərinə görə 5 növə bölünür: 1. təcavüzkarlıq; 2. üstünlüyə
cəhd; 3. eqoizmin təzahürləri; 4. qaydaların pozulması; 5. əlverişsiz vəziyyət.[7]
Təcavüz sosial qarşılıqlı bir çatışmazlıq kimi bir sıra sinir və ruhi xəstəliklərdə müşahidə olunan bir şəxsiyyət xarakteri, habelə mövcud vəziyyət- lərə reaksiya ola bilər. Təbii təcavüzkarlıq bəzi insanlara məxsusdur.
Bir xarakterin xüsusiyyəti kimi, o mühitdə özünü təstiqləmək cəhdindən yaranır yaşıdlar qrupunda, ailədə, əmək idman kollektivində və ya lider mövqeyində olan avtoritar valideyn, müdir, statusa görə üstün olanlara qarşı üsyandır. Situativ təcavüzkarlıq daxili ziddiyyətlərin nəticəsidir və ya o xarici şəraitin təsiri altında (şəxsi, iş problemləri, pis əhval-ruhiyyə) yaranır. Təcavüzkarlığın təzahürü frustrasiya anlayışıyla bağlıdır. Bu vəziyyət insanın real və ya təsəvvür edilən maneələrlə rastlaşdığı, öz arzusunu və ya ehtiyacı təmin edə bilmədiyi halda meydana çıxır. O mənfi emosiyaların kompleksiylə müşayiət olunur: məyusluq, qıcıqlanma, qəzəb, həyəcan və s. Xroniki frustrasiya nevrozlara səbəb olur və natamamlıq kompleksinin inkişafını təhrik edərək, xarakterdə neqativ dəyişikliklərə səbəb olur.[4] Üstünlüyə cəhd.Ęəxsi potensialın inkişafına və çatışmazlıqların öhdəsindən gəlməsinə cəhd insanı aktivləşdirir
və ona hədəfin nailiyyətində inad və əzm verir. Yarışma ruhu yeni peşələrı və bacarıqlara sahib olmaq, başqalarla müqayisədə daha çox bilik mənim- səmək, bacarıqda əmkarlarını üstələmək arzusunda özünü göstərir. Amma bu meyil şəxsiyyətin mənfi xüsusiyyətlərini də doğurur: karyerizm, şöhrətpərəstlik, hakimiyyətpərəstlik, özünə aid hər şeyin yüksək qiymətləndirildiyi halda, başqalarının əsaslandırılmamış qiymətsizləşdirilməsi, lovğalığa meyl, paxıllıq, öyünmək, həsəd aparmaq və s. Şəxsiyyətlərarası münasibətlərdə bu sahəyə aid olan konfliktoqenlər – əmrlər, təhdidlər, daimi qeydlər, şərhlər şəklində, fikirlərdə tənqidin və mənfi qiymətləndirilmənin üstünlüyü ilə ifadə edilir. Daha ləyaqətli müqavimət göstərə bilməyən şəxslərlə zarafat, qeyri-səmimi xeyirxaqlıqın nümayişi aqressiyanın daha mürəkkəb təzahürdür. Amma artıq qədim zamanlardan acı dil qüsur hesab edilirdi və rişxəndçilər allahsızlarla yanaşı ittiham edilirdilər. [2]
Öz haqlılığına artıq əminlik və özünə güvənmə insanı öz müvəffəqiyyətlərini bəzədərək ətraflı şəkildə danışmaqa, məsləhət kimi təqdim olunan arzu olunan hərəkətləri tətbiq etmək; həmsöhbətin sözünü kəsməyə məcbur edir. Ekstremal təzahürlərə – istehzalar, lağ etmək,sarkazm aiddir.
Eqoizm – insanın şəxsi ehtiyacları- nın başqa insanın və ya bir qrup insanın maraqlarından üstün olduğu dəyərlər sistemidir. Ęəxsi maraqların təmin olunması ən yüksək xeyir kimi qiymətləndirilir. Eqoizmin müxtəlif təzahürləri konfliktoqen sayılır, çünki eqoist digərləri hesabına üstünlük qazanır və bu ədalətsizlik münaqişəyə səbəb olur. Psixoloji və etik nəzəriyyədə, eqoizm, aradan qaldırılmalı bir xüsusiyyətdir. Eqoizmin təzahürlərinə yalan və aldatma cəhdini, məsuliyyətin digərinin üzərinə qoyulması və informasiyanın gizlədilməsi daxildir.[5]
Üstünlüyə cəhd və eqoizmin təzahürləri gizli təcavüz hesab etmək olar, çünki onlar bir şəxsin ləyaqətinə və onun maraqlarına dolayı bir təcavüz edir. Konfliktoqenlərin eskalasiyası qanununa görə, gizli təcavüz açıq və daha güclü təcavüz şəklində cavablandırılır. Ancaq konstruktiv qarşılıqlı təsirlər onların qarşısını alır.
Münaqişənin linqvistik analizi: müxtəlif konfliktə səbəb olan amillərə reaksiya
Konfliktoqenlər verbal və qeyri- verbal davranışda özünü biruzə verirlər. İşgüzar ünsiyyətdə əsas konfliktoqen- sözlərə aiddir:
Həmsöhbətə açıq mənfi münasibət, etibarsızlıq. Replikalar: «Siz məni aldadırsınız», «Mən sizə inanmıram», «Siz bunu anlamırsınız» və s.
İttihamlar: «Siz hər şeyi korladınız», «Hər şeyin günahkarı sənsən» və s.
Danışan şəxsin sözünün kəsilməsi; həmsöhbəti dinləməmək və onun nöqteyi-nəzərini qəbul etməmək.
Ümumi işə partnyor və onun töhfəsinin rolunun aşağı qiymətləndirilməsi; öz nailiyyətlərinin şişirdilməsi.
Özünün və həmsöhbətin aralarında yaş, sosial və başqa fərqlərin qeyd edilməsi. Təhqiredici müqayisələr.
Mərhəmətli münasibət və intonasiya, yəni xeyirxahlıq bəhanəsi ilə alçadılma.

Replikalar: «Küsməyin»,«Sakitləşin» “Bu yaşınızda bunları bilməmək olar?” Hamının yanında verilən məsləhətlər, adətən, danlaq, tənə kimi qəbul edilir, onlara riayət etməmək arzusuna səbəb olurlar.
Öz səhvlərini və kiminsə haqlı olduğunu qəbul etməmək. Təhdidli sözlər : «biz hələ görüşəcəyik», «mən bunu sənin yadına salacam», «sən hələ peşman olacaqsan» və s.
Öz fikirinin davamlı tətbiq edil- məsi və yeridilməsi. Replika-zəruriliklər: «siz bunu etməlisiz», «bu sənin borcundur»; kateqorik ifadələr: «həmişə», «heç vaxt», «hamı (hər şey)», «heç kəs» və s.
Fikirlərdə qeyri-səmimilik; hərə- kətlərdə ikiqat standartlar.
Danışığın gözlənilməz dayandırılması.
Təhqirlər, istehzalar və ləqəblər:»səfeh», «nadan», «distrofik»; müqa- yisəli sözlər: «tutuquşu kimi təkrarla- yırsan» və s.;
Həmsöhbətin adının təhrif edilməsi və onun haqqında başqa insanların mənfi fikirlərinə istinadlar: «əbəs deyil mənə demirdilər ki, siz münaqişəli insansınız» «deyirlər ki, keçmişdə siz…» və s.
Lovğalıq, yəni öz müvəffəqiyyətləri haqqında həqiqi və ya xəyali şad hekayə qıcıqlanmaya səbəb olur. Qətilik, kateqorik ifadələr öz haqlılığında artıq əminliyin, özünə güvənmənin təzahürüdür və həmsöhbətin tabe edilməsini güman edir. Bura qəti tonla deyilən istənilən fikirlər aiddir: «Mən hesab edirəm», «Mən əminəm ki», «Mən həmişə öz sözümün üstündə dururam» və ya «Mən həmişə həqiqəti deyirəm». Onların yerinə daha kiçik təzyiqlə fərqlənən fikirlərdən istifadə etmək olar: «Mən düşünürəm», «Mənə elə gəlir ki», «Məndə təəssürat yarandı ki…». Təcrübə göstərir ki, «həmişə» və ya «heç vaxt» kimi kateqoriyalara aid ifadələr ünsiyyətdə inamlı əlaqələr əvəzinə, qarşıdurma yaradır, deyilən- lərə şübhələri doğurur və bütovlükdə insanları bir-birində uzaqlaşdırır. [7] İfadələrdə gərəksiz qətililik: «bəli –» xeyr», «pis – yaxşı», «qara – ağ», «dost – düşmən», bir qayda olaraq, dar təfəkkür barədə xəbər verir, belə insan dünyanı yalnız bir-birinə qarşı, zidd kateqoriyalarda görür. Bundan başqa, qətililik çox zaman yalan formalarından biri kimi çıxış edir. Ehtiyaclarla bağlı konfliktoqenlər: məlumata tələb. Hər bir insan yaranan vəziiyyət haqqında informasiya çatışmazlığı olanda özünü narahat hiss edir. Ən aşkar konfliktoqen informasiyanın gizlədilməsidir və ya yalan məlumatın verlməsidir. Əgər danışıqda bir tərəf digər tərəfin məlumatı olmadığı terminlərdən istifadə edirsə, həmçinin müəmmalı baxışlar, başqaları ilə pıçıltılar onda natamamlıq kom- pleksi yarada bilər. Diqqətə ehtiyac müxtəlif insanlarda fərqli şəkildə görünür. Bəzilərində bu ətrafındakıların diqqətini özündə cəmləşdirmək arzusu, başqalarında, əksinə, kölgədə olmaq və özünə diqqətdən yayınmaq; ünsiyyətə ehtiyac və ünsiyyətdən qaçmaq ehtiyacı formasında özünü göstərir.[4]

NƏTİCƏ.
Ünsiyyətdə konfliktoqenlərə yol verilirsə, münasibətlər gərgin olur və münaqişələr davamlı olur. Prinsip etibarilə canlı ünsiyyət problemsiz ola bilməz, insanlar arasında hər hansı bir qarşıdurma bəzi hallarda onların ara- sında inam göstəricisidir, lakin konfliktoqenlərdən özünü tərgitdirmək əsas istiqamət kimi qalır.Konfliktoqen bir anda bir neçə münaqişəyə yol ve- rəcək əsas ola bilər. Bu münaqişənin çoxölçülülüyündən xəbər verir.

Konfliktoqenlərlə işin əsas qaydaları.

1. Konfliktoqenı bilmək lazımdır.

2. İnsanın ehtiyacları ünsiyyətdə əsasdır, buna görə onları anlamaq, duymaq vacibdir.

3.Onlar vaxtında aşkar edilsə, təsirini məhdudlaşdırmaq daha asan olar.
4.Ünsiyyətdə bu prinsip üzrə hərəkət etmək lazımdır «mən etməsəm, onda kim edəcək?» Belə davranış dağıdıcı konfliktoqenlərin təsirinin məhdudiy- yətinə imkan yaradacaq.

5. Danışıq vaxtı aydın, birmənalı və informativ fikir bildirməyə çalışmaq lazımdır. Münaqişənin qarşısının alınması yolları:
konfliktoqelərdən çəkinmək, həmsöhbəti sözlərlə və ya davranışla incitməmək; konfliktoqenlərlə qarşılıqlı mübadiləni dayandırmağa cəhd. Əgər bu dərhal edilmirsə, sonra, praktiki olaraq, mümkün olmayacaqdır, çünki münaqişənin gücü artır; həmsöhbətin vəziyyətini anlamaq; xeyirxah münasibət göstərmək, həmsöhbəti dəstəkləmək vacibdir. Münaqi- şənin sadalanan mənbələri və ya səbəbləri onun yaranması ehtimalını artırır. Amma tərəflər münaqişədən imtina edə bilər. Bu qarşıdurmada iştirakdan əldə olunan fayda sərf edilən səylərə dəymirsə baş verir. Amma tərəflər münaqişəyə daxil olurlarsa, onda hər kəs məhz onun nöqteyi-nəzərinin qəbul edilməsi üçün hər şey edir.[8]


Ədəbiyyat:

Анцупов, А.Я., Шипилов А.И. Конфликтология: Учебник для вузов. – 3-е изд. перераб. и доп.– М.: ЮНИТИ-ДАНА, 2012. – 591 с.
Шейнов В.П. Искусство управ- лять людьми— Минск: Харвест, 2008. 444 стр. Глава 5. Управле- ние конфликтными ситуациями
Томас Шеллинг «Стратегия конфликта» ИРИСЭН. Москва, AHO «Институт распространения информации по социальным и экономическим наукам», 2007. 376 с.
Конфликтогены или как вести себя в конфликтеhttp://www.top personal.ru/issue.html?1772
Конфликтогены – катализаторы конфликтов. Как их избегать https: //reklamaster.com/useful materials/ konfliktogeny-katalizatory-konfliktov- kak-ih-izbegat/

Müəllif:

AMEA-nın Fəlsəfə institutunun Sosial Psixologiya şöbəsinin kiçik elmi işçisi Gültəkin İsmayılova

Son məqalələr

Online Qeydiyyat