Pozitiv düşüncənin gücü

Bir zamanlar  30 yaşdan yuxarı demək olar ki, hər kəsə yaddaşın zəifləməsi və ya qocalığın digər ümumi xəstəlikləri haqqında zarafat edən bir ad günü kartları alırdılar. İndi bir araşdırma göstərir ki, qocalmanın bu cür mənfi təsvirləri həqiqətən də  yaddaş problemlərinin yaranmasına səbəb edə bilər.

Tədqiqatın bir hissəsində Harvard Universitetinin tədqiqatçısı, Ph.D. Bacca Levy, yaşı 60 və ya daha çox olan tədqiq olunanlardan kompüter monitorunda hər hansı bir söz yanıb-sönəndə klaviaturada yuxarı və ya aşağı oxu basmağı xahiş etdi.  Bəzi iştirakçılara qocalıq və yaddaşsızlıq kimi qocalma ilə bağlı mənfi mənaları olan sözlər göstərildi, digər tədqiq olunanlara isə güclü yaddaş və ya enerjili  kimi daha müsbət mənaları olan sözlər göstərildi.

Hər bir söz o qədər qısa bir müddət ərzində – saniyənin onda birindən iyirmidə birinə kimi olan müddət ərzində hər yerdə görünürdü ki, iştirakçılar əslində onları oxuya bilmirdilər.  Levy Journal of Personality and Social Psychology jurnalında yazırdı ki, mənfi sözlər göstərilən tədqiq olunanlarla aparılan hafizə testlərinin nəticələri müsbət sözlər göstərilən tədqiq olunanların nəticələrindən daha aşağı idi. Beləliklə, mənfi stereotiplər, xüsusən də onlara məruz qaldığımızın fərqində olmadıqda, onlar bizim həyatımıza ciddi surətdə təsir göstərəcəkdir. Levy deyir: “Bu, qocalıq haqqındakı təsəvvürlərimizin nə qədər neqativ olduğunu göstərir”.  Bəlkə də təsadüfi deyil ki, daha əvvəlki mədəniyyətlərarası araşdırmada Levinin qocalma ilə bağlı fikirlərin xüsusilə Çində müsbət olduğunu təsbit etməsi təsadüfi deyil – burada ağsaqqallar yaddaş testlərində amerikalı həmkarlarından xeyli üstündürlər.

Son məqalələr

Online Qeydiyyat