Psixologiya Elmi-Tədqiqat İnstitutu Könüllü Fəaliyyət Proqramı üzrə qəbul elan edir

Psixologiya Elmi-Tədqiqat İnstitutu çoxsaylı müraciətləri nəzərə alaraq artıq 6-cı dəfə Könüllü Fəaliyyət Proqramı üzrə qəbul elan edir.

Könüllü Fəaliyyət Proqramına qəbul olmaq üçün namizədə verilən tələblər bunlardır:

Kompyuter bacarıqları;

Azərbaycan dilində səlis danışıq;

Xarici dil biliyi;

Yaş məhdudiyyəti: 18-25 yaş.

Qəbul 2 mərhələdən ibarətdir: 1. Online qeydiyyat;2. Müsahibə.

Online qeydiyyat üçün CV lərinizi [email protected] ünvanına göndərin.

Qeydiyyat bitdikdən sonra müsahibə mərhələsi baş tutacaq, müsahibədən uğurla keçənlər Könüllü Fəaliyyət Proqramına qəbul olacaqlar.

Könüllü Fəaliyyət Proqramı 6 ay müddətində davam edəcək və 6 ayın sonunda hər bir könüllüyə Könüllü Fəaliyyət Proqramı ilə bağlı institutun rəsmi sənədi təqdim ediləcək.

Son müraciət tarixi: 07.04.2022

Bizimlə əlaqə: 070 268 27 08 ( mob/what’s App)

Online Qeydiyyat