VI Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu

07.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi VI Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu.

Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri Şahin Şərifov, şöbənin əməkdaşları, koordinatorlar Ayşən Qəribova və Nigar Əsgərova çıxış edərək institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər, onların əsas fəaliyyət istiqamətləri haqqında könüllülərə məlumat verdi, qarşıda görüləcək işlərlə bağlı prioritetləri qeyd etdi və başladıqları yeni yolda könüllülərin hər birinə uğurlar arzu etdi.

Nigar xanım və Ayşən xanım çıxış edərək Könüllü Fəaliyyət Proqramı haqqında ətraflı məlumat verdilər, proqram çərçivəsində həyata keçiriləcək planları qeyd etdilər, könüllülərə fəaliyyətlərində uğurlar arzu etdilər. Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq qarşıdakı 6 ay müddətində yeni könüllü qrupumuzla bir çox uğurlu işlər görəcəyimizə inanır, qrupun hər bir üzvünə uğurlar diləyirik!