Psixo-help: Uşaqlarda nitqin inkişaf mərhələləri

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Psixo-help” layihəsini davam etdirir.

Layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Layihə çərçivəsində növbəti görüş 13.05.2022 tarixində saat 14:00-da baş tutacaq.

Qonağımız Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, defektoloq-loqoped Tunarə İlqarqızı mövzu isə “Uşaqlarda nitqin inkişaf mərhələləri ” olacaq.

İştirak ödənişsizdir.

İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!

Zoom platformasında 1000 nəfərlik kontingentimiz var və ilk qeydiyyatdan keçən 1000 nəfər iştirak edə biləcək.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 (mobil/ what’s App)