“Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi üzrə təlim baş tutdu

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi üzrə təlim” “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Ağır Cinayətlər Məhkəməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlığı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilib.

Təlimin məqsədi məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin, insan hüquqlarına və azadlıqlarına hörmətin, qadın və kişilər arasında bərabər münasibətlərin qurulmasının təşviqindən ibarət olub.

Tədbirin rəsmi açılışı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə tərəfindən edilib. Tədbirdə ekspert qismində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin psixoloqu Günel Abdullayeva, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Bakı Ağır Cinayətlər Məhkəməsi hakim köməkçisi Aslanov Murad, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq Hüquqlarının Müdafiəsi sektorunun müdiri Nigar Ağayeva çıxış ediblər.
Təlimdə Bakı şəhəri və regionlar üzrə Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin 100-ə yaxın əməkdaşı hibrid formatda iştirak edib.

Son məqalələr

Online Qeydiyyat