Azerbaijan British College və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində təlim keçirilmişdir

01.06.2022 tarixində Azerbaijan British College və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində təlim keçirilmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin əməkdaşı, psixoloq, Həyat koçu, ABC School and Pre-School Psychologist Roza Mehralıyeva tərəfindən mövzusu “Temperamentlər” olan təlimdə temperament növləri və dəstək yolları haqqında məlumat verildi. Müəllimlərin şagirdlərinin temperamentlərini bilməsi, onlara dərs prosesində çox köməklik edə bilər. Hər bir temperament özünü məktəb şəraitində fərqli ifadə edir. Belə ki, sanqvinik şagirdlər daha sosial (ekstravert) və tez adaptasiya olan, xolerik şagirdlər daha tez qıcıqlanan və impulsiv olanlar, melanxolik şagirdlər daha həssas və həyəcanlı olanlar, fleqmatiklər isə daha özlərinə fokuslanan (introvert) və dəyişiklikləri sevməyənlərdir. Bundan irəli çıxaraq, müəllimlər şagirdlərinin güclü yönlərinə fokuslanıb, onlara dəstək ola bilər, zəif tərəflərini isə addım – addım korreksiya edə bilərlər.

Online Qeydiyyat