“Akvatipiya- Art terapiya” Terapevtik təlimi

Dəyərli izləyicilərimiz Psixologiya Elmi Tədqiqat İnstitutu sizə 2 saatlıq “Akvatipiya- Art terapiya” Terapevtik təlimini təqdim edir.

Akvatipiya- spontan rəsm çəkməklə, emosional vəziyyəti və əhvalı qeyri-adi predmetlər və materiallar vasitəsilə meydana çıxarmağa imkan verir.

Təlimin praktik hissəsində yüngül relaksasiya və sakitlik atmosferində sizə çəkdiyiniz şəkil vasitəsilə xarakteriniz, orqanizminizin resursları sizin şüurunuzda gizlənməsi mümkün olan potensialınız haqqında məlumat veriləcək.

2 saatlıq təlim 17.06.2022 tarixində 15:00- da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq.

Təlimçi: Psixologiya Elmi-Tədqiqat İnstitutu Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, doktorant, psixoloq Mətanət Əliyeva.

 İştirak ödənişlidir.
Öncədən qeydiyyat mütləqdir.

İştirak edən hər kəsə materiallar və Sertifikat təqdim ediləcək.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)

Online Qeydiyyat