Overthinking sindromu

Overthinking sindromu insanlarda davamlı olaraq keçmişdə yaşadıqlari natahatlıqlari və gələcəklə bağlı çox düşünmə, qorxu, stress və təşviş əlamətlərinin yaranmasına səbəb olur. Düşüncə davamlı olaraq təkrar oldugu üçün insanın gündəlik həyat tərzinə və işlərinə mənfi təsir edir. Bu düşüncələr uzun müddət davam etsə insan psixologiyasında da müəyyən narahatlıqlar yaranir.
Belə insanlar:
1.Davamlı olaraq keçmişdə yaşadıqlarının peşmançılığı düşünür.
2.Gələcəklə bağlı bir fikir olduqda hər xirda detala fikir verir.
3.Yuxunun pozulması.
4.İştahsızlıq
5.Vacib qərarlar verməkdə çətinlik.
6.Qarşılaşdığı insanın xoşuna gəlməyən hərəkəti olduqda bütün günü bu haqda düşünmək.
7.Öz-özünə danışmaq və.s
Bəs bu sindromu aradan qaldırmaq üçün ne ede bilərik?
İlk növbədə qüsurlarımızı qəbul etməliyik. Mükəmməl olmaq məcburiyyətində deyilik. Həyat tərzində dəyişikliklər etmək: İdmanla məşgul olmaq, sevdimiz məşguliyyətlərə zaman ayırmaq və sosial çevrəmizi genişləndirmək lazımdır. Hər bir insan həyatda nə istədiyini bilmək və özünü tanımaği bacarsa, yaranan bütün narahatlıqların öhdəsindən gələ bilər.

Online Qeydiyyat