Necə xoşbəxtola bilərik?!

Əksər insanlar həmişə nəysə əldə etdiyi zaman xoşbəxt olacağına inanır. İstədiyi işə girsə, istədiyi maşını alsa ya da istədiyi insanla evlənərsə və s.
Buna baxmayaraq, maddi və mənəvi cəhətdən bütün istəklərinə sahib olduğu halda yenə də özlərini bədbəxt hiss edən bir çox insan vardır.
Bəs buna səbəb nədir?
Bunun səbəblərindən ən önəmlisi xoşbəxtliyi kənarda axtarmaq, anı yaşaya bilməmək, sadəcə hədəflərə köklənməklə əlaqədardır.
Digər tərəfdən isə dilimizdə “xoşbəxtlik” sözünün kökündə “bəxt” sözünün olması ilə əlaqədar bu anlayışı insan beynində şüuraltı sırf bəxtlə əlaqədar olduğunu kodlaması ola bilər.
Bəzi insanlar isə xoşbəxtliyi zamanla əlaqələndirir. Onun ya keçmişdə – uşaqlıq və ya gənclik yaşantılarında qaldığını və ya gələcəkdə – arzu və hədəflərə çatmaqda olduğunu. Əslində isə xoşbəxtlik anı yaşaya bilənlərə nəsib olur.
Xoşbəxtlikdə nə başlanğıcda, nə də sonda, xoşbəxtlik həyatın özündə, sənin özünə olan sevgində, yaşama baxışında, dünya ilə bağlı düşüncələrində, bir sözlə xoşbəxtlik bizim daxilimizdən gələn, olduğumuz yerdə yaratdığımız ruh halımızdır. Onda xoşbəxtlik axtarırsansa, onu kənarda yox, öz daxilində axtar. Gör səni bədbəxt hiss elətdirən düşüncə, duyğu və davranışların nələrdir. Onları dəyişməyə çalış. Çünki məsələ situasiyada deyil, situasiya ilə bağlı yaratdığımız düşüncə şəkildədir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Ülviyyə Nəhmətova

Online Qeydiyyat