Başqalarına hücum edə bilməyən insanın özünə hücumu- Obsessiv Kompulsiv Pozuntu

İllərdir Obsesiv Kompulsiv Pozuntu (Təmizlik Obsessiyaları) ilə işləyəndə ən çox rastlaşdığım məqamlardan biri hədsiz şiddət görmüş, incidilmiş, qorxudulmuş qadınlarda daha çox təmizliyin kompulsiyası ( yəni bəzi hərəkətlərin dəfələrlə təkrarlanması) ilə bağlı şikayətlər olur. Belə bir qənaətə gəlmək mümkündür ki, illərlə əziyyət görmüş və bu vəziyyətdən heç cürə çıxa bilməyən qadınlar bəzən çarəni özlərinə hücumda görürlər.

Çox maraqlı faktlardan biri də ağırlaşmış kompulsiv davranışları göstərən qadınlara qarşı şiddət durdurulur. Baxdığım ailələrin çoxunda hələ bir qürurla “Əvvəl döyürdüm də döymürəm ki” kimi kişi-kişi etiraflar belə edirlər. Ancaq o qadınların nələr çəkdiyini niyə bu hala düşdüyünü bəzən doğma ailələri belə başa düşmürlər, çünki təməl düşüncə “kişi döyər də, söyər də” budur. Və nəticə etibarilə hər yerdən əlini üzmüş o biçarə qadınlar çıxış yolunu özünə hücumda görürlər.

Diqqətimi çəkən bir məqamda o qadınların əksəriyyətinin sağalmaq istəmədiyi və sağalsa yenə döyülər qorxusundan bir türlü qurtarmaq istəmədikləridir. Və sağalsam yenə döyülər, əziyyət görəcəm qorxusu o qədər böyüyür ki, özlərinə bu cür kompulsiyaları ( yəni təkrarlanan dəfələrlə hərəkətləri) dost seçirlər.

Hər dəfə şiddətə uğrayan və həmin anda öləcəm və yaxud öldürəcək məni düşüncəsindən dolayı özlərini və beyinlərini asta-asta özlərini öldürürlər.

Bəzən belə hallarla belə rastlaşmışam. “ Sağalaram ey Lalə xanım ancaq ərim bilməsin” və bu etirafda o insanın göz bəbəklərindəki o qorxunun hələdə qaldığını görmək çox iç acıdıcıdır.

Əziz kişilər və ümumiyyətlə şiddəti uşağa, qadına, insan övladına göstərən hər kəs bilir ki, bunun sonu xəstəlikdir və sonra da düşüb qapı-qapı həkim axtaracaqsınız.

Obsesiv Kompulsiv pozuntunun el arasında (sofuluq) adlandırılan xəstəliyin müalicəsi var və bu bəladan qurtulmağın mümkün olduğunu illər ərzində baxdığımız pasientlər bizə sübut edib.

Özünüz-özünüzü incitməkdən vazkeçin və bu işin peşəkarlarına müraciət edin. Əvvəl sizi başqaları incidirdi, indi isə özünüz özünüzü.

Sağalın və nəhayətdə xoşbəxt olun, çünki hər insan həyata cəmi bir dəfə gəlir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Lalə Əhmədova

Online Qeydiyyat