Süni mayalanma müalicəsində psixoloji dəstəyin əhəmiyyəti

Stress hamilə qalmağı əngəlləyirmi?

Bu gün sizlərə süni mayalanma dövründə cütlüklərin yaşadığı problemlər və onlara psixoloji dəstəyin əhəmiyyətindən danışmaq istəyirəm.

Övlad sahibi olmaq bir çox cütlüyün xəyalıdır. Bu məsələdə uğur əldə etməyən bir çox sayda cütlüklərimiz var. Süni mayalanma müalicəsi günümüzdə yayqın olan və tibbin inkişafınıda nəzərə alsaq, çox zaman müsbət nəticələr verdiyinidə görürük. Əvvəllər süni mayalanmada sadəcə bioloji təməlli müalicə tətbiq olunurdu. Amma son zamanlar aparılan araşdırmalar sübut edib ki, süni mayalanma zamanı psixoloji dəstək alan insanlar daha xoşbəxt, motivasiyalı və hüzurlu olurlar, bu da onların müalicəsinin uğurlu olma dərəcəsini artırır. Çünki biz artıq bilirik ki, hamilə qalmaq bioloji bir dönəm olmaqdan ziyadə duyğu və düşüncədən təsirlənən və bunların dəyişdirilməsilə də asanlaşdırılan bir dönəmdir.

Süni mayalanma müalicəsinə qərar verildiyi andan pasiyent psixoloji terapiyaya başlaması tövsiyə olunur. Çünki uzun müddət hamilə qalmağa çalışan amma müxtəlif səbəblərdən dolayı hamilə qala bilməyən insan necə bir ruh halında ola bilər təxmin edirik. İçində soyuq bir kədər, cavabsız suallar, problem həll olunacaqmı, nə qədər davam edəcək? Nəticənin də nə olacağını bilmək imkansızdır və bu qeyri müəyyənliklərlə mübarizə aparmaq, bütün bunların üstünə birdə çox vaxt ailə təzyiqi və çevrəsəl faktorlar, cütlüklər arasında yaşanan gərginliklər də əlavə olunarsa ruh halı təbii ki depressiv və gərgin olacaq. Bu dönəmdə alınan hormonal müalicədə insan psixologiyasına çox təsir göstərir. Bilirik ki, orqanizm hormonlar tərəfindən idarə olunur. Belə olduğu halda stress altında ifraz olunan hormonlar bir çox xəstəliklərə yol aça bilər. Süni mayalanma müalicəsi stressli bir yoldur. Bu dönəmdə qadınlarımızda çox sayda psixoloji problemləri də görürük. Bu periodda qadınlarda tükənmişlik, ümüdsizlik, depressiya kimi hallar baş qaldıra bilər. Bilirik ki, ruh və bədən arasında güclü bir rabitə bağı var. Neqativ duyqular qadınların hamiləlik müalicəsinə mənfi təsir göstərən əhəmiyyətli faktorlardan biridir. Gərgin ruh halı çox vaxt orqanizmi bloklayır və hamilə qalmağı əngəlləyir. Övlad sahibi ola bilməyən qadınlar bu məsələdə bütün yükün öz üzərində hiss edə bilir, və buda özlərini dəyərsiz, yetərsiz hiss etmələrinə yol aça bilər. Bu hisslər çox basqın olarsa hamiləlikdən sonra, doğum sonrası depressiyalarda başlaya bilər. Həm övlad sahibi ola bilməmək, həm müalicələrin verdiyi ağırlıq bədəni yorur və bununla bərabər ruhsal yorğunluq və səbirsizlik psixologiyasıda müşahidə olunur. Gərgin olmamalıyam düşüncəsi belə daha çox stressə səbəb olur və çox vaxt insan özü ilə başara bilmir. Bütün bunlar günlük həyatımıza təsir göstərdiyi kimi hamiləliyədə böyük təsiri var. Stress altında olan şəxslər uğurlu hamiləlik başlatmağı çox çətindir. Gərgin ruh halı və stress yumurta mayalanmasına hətta embrion keyfiyyətinə belə təsir göstərən ünsürlar arasındadır.

Süni mayalanma müalicəsi, hamiləlik və psixoloji dəstək ayrı-ayrı düşünülməməlidir. Çünki bu period qadınlar üzərində böyük bir imtahan periodudur. Burda psixoloqların üzərinə düşən vəzifələri;

Neqativ düşüncələri aradan qaldırmaq; qayğını azaltmaq; dəyərsizlik hissiylə mübarizə; cütlüklər arasında ünsiyyəti formalaşdırmaq; pozitiv düşüncələrin inkişafı; uğursuzluq və ümûdsizlik duyqusunu azaltmaq; depressiya və stresslə mübarizə aparmaq.

Terapiyalarımızda hər ehtimalın üzərində duraraq çalışmalar aparırıq. Nəticə uğursuz olsa belə pasiyent ümüdsizliyə qapılmayıb təkrar müalicəyə başlamağa ruhən hazır olurlar. Nəticə uğurlu olarsa da sağlam ruhda və sağlam orqanizmdə hüzurlu hamiləlik keçirdərək xoşbəxt və sağlam evladlar dünyaya gətirməyin sevincini dadarlar. Stress və həyacanı düzgün idarə etməklə onun verə biləcəyi xəsarlardan xilas olmağı özümüzə hədəf olaraq qoymalıyıq.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Sevinc Əlizadə

Online Qeydiyyat