Əgər tanıdığınız biri panik atak keçirirsə o anda duyduğu böyük təşvişə görə sağlam düşünə bilmir. Ona necə kömək etməyinizi bilmirsinizsə aşağıdaki məsləhətləri tətbiq edə bilərsəniz.
Güvən verici olun
Panik ataklar olduqca narahat edicidir. Hətta bəzi insanlar bu hissi infarkt keçirtməyə ya da ölüm hissinə bənzədirlər. Atak keçirən birinin, əslındə o an təhlükədə olmadığına dair içini rahatlatmaq olduqca əhəmiyyətlidir.
• Panik atak keçirən insanın yanında durun ve siz sakitliyinizi qoruyun.
• Əgər atakları sırasında istifadə etdiyi bir dərman varsa, ona dərmanını verin.
• Onu sakit ve səssiz bir yerə aparın.
• Onun ehtiyacı olan şeyləri təxmin etməyə çalışmayın. Nəyə ehtiyacı olduğunu soruşun.
• Onunla qısa ve asan cümlələr quraraq danışın.
• Sürprizlərdən qaçının, hərəkətləriniz taxmin edilebilən olsun.
• Ona eynı fiziki hərəkəti təkrarlatdırın və bu hərəkətə fokuslanmasını təmin edin.(məs. Qollarını başının üstünə qaldırıb endirmək.)
• Onun nəfəs alış – verişini yavaşlatmaq üçün onunla birliktə nəfəs alıb verin.
• Nəfəs alıb verərkən yavaşca 10’dan geriye də sayabilərsiniz.
Panik atak keçirən birinə söyləyəcəyiniz bu cümlələr də ona kömək ola bilər:
• Sən bunu aşa bilərsən.
• Çox yaxşı bacarırsan, səninlə qürur duyuram.
• Indi mənə nəyə ehtiyacın olduğunu de.
• Nəfəs alışverişinə fokuslan və sadəcə bu anı düşün.
• Səni narahat edən şey bu an olduğumuz yer deyil, düşüncələrindir.
• Bu an hissetdiyin duyğu qorxuducudur ama sənə zərər verməz.
Sadaladığımız bu sadə maddələri yerinə gətirərək:
• Stresli vəziyyətin stres dərəcəsini azalda bilərsəniz.
• Vəziyyətin daha da pisləşməsinin qarşısını ala bilərsiniz.
• Kontrolu əlinizə alaraq, idarə edə bilərsəniz.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Sevinc Əlizadə