Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

1. Davamlı üzr istəmək

Şübhə yoxdur ki, səhvlərə görə üzr istəmək lazımdır, lakin özgüvəni aşağı olan insanlar günahı olmayanda belə bunu edirlər. Bu, özünə şübhədən qaynaqlanır. Bəzən günahı öz üzərinizə götürmək hətta onları daha yaxşı hiss etdirə bilər.

2. Özünü təcrid etmək

Özgüvəni aşağı olan insanlar özlərini sosial cəhətdən təcrid etməyə meyllidirlər, çünki onlar müəyyən bir cəmiyyətə uyğun gəlmədiklərini düşünürlər. Onlar ətrafdakı hər kəsi özlərindən üstün görürlər və onlar üçün ünsiyyət qurmaq çox çətindir.

3. Köhnə vərdişlərə bağlı qalmaq

Özgüvəni aşağı olan insanlar yenilikləri və ya yeni başlanğıcları çətinliklə qəbul edirlər. Çətinliklərin üstəsindən gəlməklə yeni fürsətlər qazanacaqlarını düşünmürlər, ağıllarına gələn ilk düşüncə uğursuzluq olur. Həyatlarında hər şeyi bir qayda üzrə davam etdirərək özlərinin komfort zonalarında qalmaqla təhlükələrdən uzaq qaldıqlarını düşünürlər.

4. Başqalarından təsdiq gözləmək

Problem ondadır ki, özgüvəni aşağı olan insanlar öz mühakimələrinə etibar etmirlər. Buna görə də, onlara təsir edən qərarları qəbul etmək üçün başqalarının razılığını almağa çalışırlar. Bir şey alarkən, səyahət edərkən, məktəb seçərkən öz düşüncələrinə məhəl qoymurlar. Bu vəziyyət onların gələcəkdə narazıçılıqlarla dolu keçmişin peşmanlığını yaşamasına səbəb olur.

5. Hadisələri həddən artıq şəxsiləşdirmək

Özgüvəni aşağı olan insanlar başqa insanların onların bacarıqlarını görməzdən gəldiyini düşünürlər və adekvat tənqidləri belə aqressiv qarşılaya bilərlər. Beləliklə onlar aqressiv və emosional olurlar. Onlar üçün hər hansısa bir tənqid şəxsiyyəti üçün təhqirdir.

6. Başqalarını günahlandırmaq

Özgüvəni aşağı olan insanlar məsuliyyətdən qaçırlar. Buna görə də günahı adətən başqalarının üstünə atırlar. Özünü müdafiə mexanizmləri güclüdür.

7. Göz kontaktından qaçırlar

Özgüvəni aşağı olan insanlar göz təması qurmaqdan narahatdırlar və danışdıqları şəxsə baxmaq əvəzinə aşağı və ya ətrafa baxmağa meyllidirlər ki, bu da onların maraqsız görünməsinə səbəb ola bilər. Əslində isə onları qorxudan qarşı tərəfin narazı üz ifadəsi və mühakimə edici baxışlarıdır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Emilya Nəsibova

Online Qeydiyyat