Sağlam psixologiyalı insanlar necə olur? Sağlam psixologiyalı olmaq üçün bizcə hər kəs aşağıdakı 13 punktu öyrənərsə, yaxşı olar.

  1. Şəxsi və ictimai maraq. Sağlam psixologiyalı insanlar öz maraqlarını həyata keçirərkən, başqalarına da zərər verməməyə çalışırlar. Bu həm fədakarlıqdan, həm də eqoistlikdən uzaq durmaq mənasına gəlir.
  2. Öz-özünə kifayət etmək. Sosiallaşmaq yaxşıdır, amma həyatınızın məsuliyyətinin hiss etmək daha yaxşıdır. Başqalarından dəstək, diqqət və sevgi gözləmək insanları sıxıntıya salır. Ona görə də, hər kəsin şəxsi mühiti və təkbaşına yerinə yetirəcəyi hobbiləri olarsa, daha yaxşı olar.
  3. Anlayış. Sağlam düşüncəli insanlar özlərinə və digər insanlara səhv etmə haqqı verir. Hər kəs səhv edə bilər və əslində, hər kəs də səhv edir. Bu çox normaldır. Bu həyatın ayrılmaz bir parçasıdır.
  4. Qərəzsizlik. Sağlam psixologiya mütləq və konservativ dəyərləndirməni rədd edir. Konkret olaraq mütləq doğru və yanlış anlayışları yoxdur. Dəyişməz qaydalar insanın həyatını çətinləşdirir. Hər şey insanların düşüncə tərzindən asılı olaraq yaxşı və ya pis şəklində yozula bilər.
  5. Qeyri müəyyənliyin qəbulu. Dünyamız dəyişkəndir. Çox şeydən əmin ola bilmirik. Qeyri müəyyən şeylərlə savaşmaq yox, onları qəbul etmək lazımdır. Hər zaman sığortalanmağa çalışmaq mümkün deyil. Hər zaman qarantiya əldə edə bilmirik. Bəzi şeylər ən azından müəyyən bir müddət qeyri-müəyyən qalır. Biz belə bir dünyada yaşayırıq.
  6. Hobbilər. Sağlam psixologiyalı insanların kitab oxumaq, musiqi dinləmək, idman etmək, dostlarla əylənmək kimi hobbiləri olur. Sadəcə iş-ev, dərs-ev həyatı zərərlidir. Bu şəkildə bir ömür boyu yaşaya bilməzsiniz. Mütləqdir ki, hobbiləriniz və əyləncə iz olsun. Sağlam insanların özlərinə rəva bildikləri budur.
  7. Özünü qəbul etmək. Sağlam insanlar özlərini sınamaq və qınamaq yerinə, özlərini səhvləri və düzləri ilə qəbul edirlər. Bizim edə biləcəklərimizin bir limiti var. Hər şeyi edə bilmərik. Hər şeyə yetişə bilmərik. Hər şeyi bacara bilmərik. Heç bir insan hər şeydə uğurlu ola bilməz.
  8. Risk almaq. Ən böyük risk, risk etməməkdir. İnqanlar məqsədlərinə çatmaq və əylənmək üçün bəzən risk etməlidirlər. İnsanoğlunun risksiz yaşadığı tək bir an belə yoxdur. Hər an gözlənilməz nəsə ola bilər. Bəzən, uğura gedən yol məhz riskdən keçir. Ona görə də, risksiz həyat gözləntisində olmaq irrasionaldı.
  9. Real gözləntilər. İstədiyimiz hər şeyi əldə edə bilmərik. Düzgün düşünən insan mükəmməl bir həyatının olacağını gözləmir. Çünki, həyatda çətinliklər və problemlər hər zaman var. Həyat sizin istədiyiniz kimi olmaq məcburiyyətində deyil.
  10. Stressə qarşı dayanmaq. Sözsüz ki, həyatımızda bir çox stressə səbəb olan məqam var. Bəzi problemlərin həll edə bilirik, bəzilərini yox. Bu bir həqiqətdir və bunu qəbul etmək lazımdır. Sağlam psixologiyalı insanlar stressli situasiyalara qarşı tolerant olurlar.
  11. Məsuliyyət. İnsanlar başlarına gələn pis hadisələrə görə başqalarını günahlandırmaq yerinə, öz düşüncə, hiss və davranışlarına fokuslansalar daha yaxşı olar. Həyatınızda sizin kontrolunuzda olan bir çox şey var. Bir çox hallarda problemlərimizi həll edə bilərsiniz. Dəyişə bilərsiniz. Sağlam düşüncə tərzi bunu anlamağı ehtiva edir.
  12. Əxlaq normaları. Sağlam düşüncə vicdanlı olmağa və digər insanların haqlarını qorumağa səbəb olur. Çünki, bu halda insan daxili hüzura qovuşur. Əks halda, insan günahkarlıq hissinin altında boğulur.
  13. Həllə fokuslanmaq. İnsan problemləri deyil, onların həll yolları üzərində düşünməyi öyrənsə, həyatı daha yaxşı olar. Problemlərin özünü düşünmək insana heç nə qazandırmır.

Sağlam psixologiyanı özünüzdə formalaşdırmağa çalışın.

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov

Online Qeydiyyat