Beck yönəlişli Koqnitiv Davranış Terapiyası

05.11.2022 və 06.11.2022 tarixlərində Albert Ellis İnstitutu, Rasional Psixologiya İnstitutu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində keçirilən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun növbəti dərsi online şəkildə Zoom platforması üzərindən həyata keçirilmişdir.
Təlimçi Prof.Dr.Zeynep Karataş “Bilişsel Terapi ve Bilişsel Davranışçı Terapi” mövzusunda çıxış etmişdir.
Prof.Dr.Zeynep Karataş Aaron Beck, CBT-də avtomatik düşüncələr, Ara inanclar və təməl inanclar barədə ətraflı məlumat vermiş, iştirakçılarla fikir mübadiləsi aparmışdır. Eyni zamanda düşüncə xətalarının rollu oyun vasitəsilə praktiki izahını vermişdir.
Öz təcrübəsini və biliklərini bölüşdüyünə görə Prof.Dr.Zeynep Karataşa təşəkkürlərimizi bildirir, iştirakçılara uğurlar arzu edirik!

Online Qeydiyyat