Gənclik yaşının psixoloji xüsusiyyətləri və onlarda milli özünüdərkin təşəkkülü haqqında

Məlumdur ki, insan ömrü müxtəlif yaş mərhələlərindən keçir və hər yaş dövrünün özünün məxsusi xüsusiyyətləri vardır.
Həmin xüsusiyyətlər içərisində fizioloji və psixoloji xüsusiyyətlər önəmli yer tutur. Lakin nəzərdən qaçırmaq olmaz ki, həmin xüsusiyyətlərin özləri də müxtəlif amillərin təsiri ilə hər yaş mərhələsində özünə məxsus tərzdə formalaşır.
Burada bioloji amillərlə yanaşı, sosial və psixoloji amillər də mühüm rol oynayır. Həmin amillərin təsir səviyyəsi hər yaş mərhələsinin xüsusiyyətlərindən asılıdır. Yəni eyni xarakterli sosial və ya psixoloji təsirlər müxtəlif yaş mərhələlərin də müxtəlif reaksiyalar doğurur. Məsələn, eyni təbiət hadisəsinə, yəni qəflətən bərk yağış yağmasına, göy guruldamasına, şimşək çaxmasına məktəbəqədər yaşlı uşaqlar qorxu hissi keçirməklə, evə qaçmaqla, kişik məktəbli yağış altında oyununu davam etdirməklə, yeniyetmə məktəb formasının islanıb xarab olmasından ehtiyat etməklə, gənclər isə həmin yağışın təsərrüfata xeyirli olub-olmaması haqqında düşünə bilər, xeyirli olacağı halda yağışın yağmasından şаd olar, əgər ziyanlı tərəfini müəyyənlyaşdirsə ondan məyus ola bilər.

Deməli, gənclər özlərindən əvvəlki yaş dövrünə aid olan uşaq və yeniyetmələrdən fərqli olaraq hadisələrə müxtəlif tərəfdən yanşa bilir, onların səbəb və nəticələrini, yaxşı və ziyanlı tərəflərini nisbətən asanlıqla müəyyənləşdirə bilirlər. Bu isə psixoloji cəhətdən onu bildirir ki, gənclik yaşı özündən əvvəlki yaş mərhələlərindən yalnız psixoloji xüsusiyyətlərinə görə deyil, həm də sosial yetkinlik səviyyəsinə görə fərqlənir və özünəməxsus yaş xüsusiyyətlərinə malikdir. Bu mənada demək olar ki, gənclik yaşı insanın inkişafında yeniyetməlik yaşından müstəqil həyat tərzinə keçidi, yəni yetkinlik yaşına keçid mərhələsini təşkil edir. Yetkinlik yaşı isə ontogenezdə (yəni fərdin inkaşaf dövründə) ən uzun müddətli inkişaf mərhələsi olub insanın mənəvi, intellektual və fiziki qabiliyyətlərinin yüksək inkişaf səviyyəsinə can atması, ona cəhd etməsi ilə xarakterizə olunur.

Gənclik yaşının hüdudları və ya sərhədləri psixologiya elmində müxtəlif şəkildə müəyyənləşdirilir.
Tədqiqatçılar bir çox hallarda gənclik dövründə bir neçə mərhələni erkən gənclik (yəni, böyük məktəb yaş dövrünü- 15 yaşdan 18 yaşa qədər olan dövrü), bir də yetkin gənclik dövrünü və ya sonrakı gənclik dövrünü (18 yaşdan 23 yaşa qədər olan dövrü) ayırd edirlər. Belə bir bölgü gənclik yaşının inkişaf xüsusiyyətləri ilə şərtlənir. Nəzərə almaq lazımdır ki, gənclik yaşının sonunda insanın fiziki inkişаf prosesləri əsasən sona yetir. Gənclik yaşının həmin mərhələsinin psixoloji məzmunu ilk növbədə gənclərin özünüdərketməsi, özünə ixtisas seçməsi, yaşlılıq, yəni yetkinlik dövrünə çatması, daha çox müstəqilliyə can atması ilə xarakterizə olunur.

Erkən gənclik dövründə idrak və ixtisas maraqları fəal sürətdə təşəkkül edir, əməklə, zəhmətlə məşğul olmağa maraq artır, gələcək həyat planlarının qurulmasına, ictimai fəallığa meyl güclənir.

Gənclik yaşıda əvvəlki yaş mərhələlərinə xas olan bir sıra xüsusiyyətlər, xüsusən də yaşlılardan tam asılılıqdan azad olmağa, müstəqil olmağa, öz şəxsiyyətinin müstəqilliyini təmin etməyə meyl güclənir. Həmin y dövründə gənclərdə öz həmyaşıdları ilə münasibətlər sistemində də ciddi dəyşikliklər baş verir. Yəni həmin dövrdə qrup və kollektiv formada olan ünsiyyyət formalarını hifz etməyə can atmaqla yanaşı, fərdi ünsiyyət və əlaqələrin roluna, rərdi bağlılığa xüsusi səy göstərilir.
Nəzərdən qaçırmaq olmaz ki, gənclik yaşı dövrü əxlaqi şüurun, mənəvi keyfiyyətlərin formalaşmasının və ya təşəkkülünün ən kəskin dövrüdür. Yəni gənclər özlərinin mənəvi ideallarını seçməyə, davamlı dünyagörüşünə malik olmağa, zəruri vətəndaşlıq keyfiyyətələrinə malik olmağa can atırlar.
Lakin bir cəhət nəzərdən qaçırıla bilməz ki, gənclik yaşında olan bu və ya digər fərdin qarşısında duran məsul və mürəkkəb problemlər əlverişsiz olan sosial şəraitdə, yaxud namünasib olan mikrososial mühitdə kəskin psixoloji konfliklərə gətirib çıxara bilər, bu da gənclərin bir çoxunda dərin psixoloji sarsıntılar, uzun müddətli stress vəziyyətləri yarada bilər. Belə bir halətin yaranmasы bəzi gənclərin davranış və rəftarlarının ümumi əxlaq normalarına uyğun gəlməsi ilə, ətraf sosial şəraitlə konflikt vəziyyətində olması ilə nəticələnə bilər.

Ona görə də gənclərlə münasibət sistemi qurulmasında onların ləyaqətinə toxunmamaq, şəxsiyyətinə hörmət prinsipinə ciddi surətdə riayət edilməlidir. Gənclərə belə bir ehtiyatlı yanaşma tərzi yalnız ailədə, məktəbdə deyil, həm də gənclərin daxil olduğu iş qrupunda, ümumən şəxsiyyətlərarası münasibətlər sistemində ciddi sürətdə nəzarətə alınmalıdır.
Bununla bərabər, gənclərin üzərinə böyük məsuliyyət düşür, yəni insan münasibətləri sistemindən yaxşı baş çıxarmaq üçün hər bir gənc nəinki ətraf insanları, həm də özünü yaxşı dərk etməli, özünün şəxsi münasibətlər sistemini adekvat surətdə qurmaq üçün yalnız özünü, ən yaxın adamları dərk etmək kifayət etməz, həm də mövcud sosial münasibətləri, şəxsiyyətlərarasə münasibətlər sistemini, eləcə də özünü kifayət qədər dərindən dərk etməlidir. Çünki gənclik yaşı ümumən hələ yekinlik yaşına çatmış insanın sosial və psixoloji funksiyalarının lazımı səviyyədə yerinə yetirilməsi ilə səciyyələnir. Artıq o, kamil insan səviyyəsinə yüksəlir. İnsanın sosial mövqeyi və funksiyaları isə get dikcə genişlənir. Professor Ə.S.Bayramov bu cəhəti nisbətən obrazlı şəkildə belə ifadə edir: “insan sözü çоx qürurla səslənir. İnsan öz zəkasə ilə elm və texnika sahəsində möcüzələr yaratmış, təbiətin sirlərinə vaqif olm, kosmosu fəth etmiş, bqa planetlərə yol açmışdır. O, müasir bəşər mədəmiyyətini yaratmışdır. Təbiətin (əsasən) heç bir sirri qarşısındа insan indi artıq özünü aciz hiss etmir. Bu gün olmasa da sabah o həmin sirri aşacaq, ona sahib olacaqdır.
Ancaq, bəzən bu qadir insan sanki özünü yaddan çıxarır, özünə nəzər salmağı, özünü, (özünün daxili aləmini) kəşf etməyi unudur. Bəlkə də bu cəhəti nəzərə alaraq qədim dövrün (məşhur) filosofu Sokrat insana meraciətlə deyirdi: “Ey insan özünü dərk et!” Axı bütün canlılar içərisində yalnız insan özünə kənardan baxmağa, başqa obyektlərə nəzər saldığı kimi, özünü də əks etdiməyə (dərk etməyə) qadirdir”.
Məsələyə bu cəhətdən yanaşdıq da gənclik yaşı üçün özünü-dərketmədə bir neçə istiqamət özünü aydın surətdə büruzə verir.
Əvvəla, bir şəxsiyyət kimi fomalaşan gəncin fiziki və psixi simasını, yəni özünü bir şəxsiyyət kimi, fərd kimi əks etdirməsi və ya dərk etməsi prosesi baş verir.
İkinci tərəfdən, hər hansı bir gənc və ya ümumən gənclik özünü müəyyən sosial qrup (tələbə qrupu, işçi qrupu, dost və tanışlar qrupu) üzvü kimi dərk edir, həmin qrupda öz mövqeyini möhkəmləndirməyə və saxlamağa can atır.

Üçüncüsü, hər bir gənc özünü öz millətinin, xalqının n2mayəndəsi kimi dərk etməyə, həmin sosial funksiyaya yetərincə layiq olmağa, başqa sözlə öz xalqının, öz millətinin layiqli övladı olmağa çalışır, və buna ciddi səy göstərir.
Lakin bu proses bütün gənclərdə eyni tərzdə, eyni səviyyədə özünü büruzə vermir ki, bu da bir sıra amillərin təsirindən asılıdır. Bura ilk növbədə gənclərin yetkinlik dərəcəsi, yəni intellektual və emosional sferalarının inkişaf səviyyəsi, eləcə də sosial mühitin təsir istiqamətləri ciddi surətdə təsir göstərir. Odur ki, gənclərin hamısında milli özünüdərketmənin səviyyəsi eyni olmur. Nəzərə almaq lazımdır ki, gənclərdə milli özünüdərk mexanizm etibarilə ayrı-ayrı fərdlərdə özünüdərkin formalaşması xüsusiyyətlərini xatırladır.
Məlumdur ki, 2-3 yaşlı uşaqlar özünün hələ kim olduğunu aydın dərk etmir, bir çox hallarda məktəbəqədər yaşlı uşaqlarda özü haqqın da təsəvvürləri formal əlamətlərə görə: adım nədir, kimin övladıyam, qardaşım bacım kimdir, harada, hansı evdə oluram və s. səviyyəsində təzahür edir.

Lakin tədricən, yaş artdıqca münasibətlər sistemi genişləndikcə uşaqlarda: mən, ata-ana, baba-nənə, bacı-qardaşla yanaşı, əmi-dayı, xala-bibi, qonşular, ətraf adamlar, kəndimiz, küçəmiz, el-oba, rayon, əyalət və ya bölgə, ümumən xalq təsəvvürü formalaşmağa başlayır.
Bu xətt necə gedir, hansı münasibətlər burada ğsas olur vğ ya hansı amillər də xğttin formaməlaşmasına təsir edir məsələsi istər sosial, istərsə də sosial-psixoloji cəhətdən çox ciddi elmi araşdırmalar tələb edir. Çünki bir sıra hallarda ayrı-ayrı yeniyetmə və gənclərdə yalnız öz ailəsini, yalnız öz qohum-əqrabasını tanımaq, onu yaşayışın və ya dolanışığın mərkəzi hesab etmək, digərlərinə laqeyd münasibət, biganəlik özünü büruzə verir ki, bu da onlarda ümumən xalq, vətən, millət haqqında təsəvvürlərin, ona bağlılığın zəif təzahür etməsini sübut edir.
Yəni bəzi gənclərimizdə milli özünü dərketmənin zəif təzahürü istər bəzi ailələrdə, istərsə də bəzi məktəblərdə təlim-tərbiyə prosesində belə dərin bəşəri hissin gənclərimizdə yetərincə inkişaf etməsi üçün zəruri yol və vasitələrdən lazımi səviyyədə istifadə edilmədiyini aydın surətdə sübut edir. Nəzərə almaq lazımdır ki, gənclərdə milli özünüdərkin formalaşması üçün ölkə daxilində milli düzgün tənzimi zəruridir.
Məlumdur ki, milli məsələ müxtəlif ictimai-iqtisadi formasiyalarda millətlər, milli qruplar və xalqlar arasındakı siyasi, iqtisadi, ərazi, hüquqi, ideoloji və mədəni münasibətlər sisteminin məcmusudur.

Deyilənlərdən aydın olur ki, milli məsələ nə dərəcədə mürəkkəb struktura və ya tərkib hissələrinə malikdir, onların hər birisinin yetərincə inkişaf etməsi və Vətən övladlarının şüurunda, hisslərində milli vətənpərvərlik özünə geniş yer tapmış olur.
Bunu sübut edən bir çox faktlar yaddan çıxarıla bilməz.
Burada öz xalqının, millətinin, dövlətinin müstəqilliyini qorumaq xatirinə 20 yanvar hadisələri, eləcə dəmQarabağ torpaqlarının düşmən tapdağından azad olması naminə canlarından keçən yüzlərlə, minlərlə gənclərimizin şəhid olmaları bunu aydın sürətdə göstərir. Əlbəttə müstəqillik əldə etmək üçün, yəni öz müstəqil milli dövlətini yaradıb saxlamaq üçün belə qurbanların verilməsi təsadüfi deyildir. Bütün inkişaf etmiş xalqlarının tarixinə nəzər saldıqda bu qabil hadisələrğ şоx təsadüf etmək olar.
Lakin onu da nəzərdən qaçımaq olmaz ki, yetişməkdə olan gənc nəsil də, xüsusən gənclərimizdə milli özünüdərkin inkişaf etdirilməsi kortəbii proses deyildir, burada hər tərəfli və yaxşı düşünülmüş sosial və sosial-psixoloji təsirlər sistemindən yerində və yetərincə istifadə etmək xüxusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, hər bir xalqın milli birliyini möhkəmləndirən, onu qoruyub saxlayan bir neçə amil xüsusi əhəmiyyət kəsb edir.
Buraya ilk növbədğ ərazi, məkan birliyi, yəni vahid Vətən torpağının olması, onun qorunub saxlanması, onun əziz tutulmasi daxildir.
Hər bir xalqın övladı öz Vətən torpağını özünün ana yurdu adlandırır, onu harada olmasından asılı olmayaraq daim sevir, əziz tutur.
Bu fikri aydın təsəvvür etmək üçün xalqımızın çоx görkəmli və talantlı şairi Sğmğd Vurğunun “Azğrbaycan” şeirini xatırlamaq yerinə düşərdi. Həmin şeirdğ Vətənə dərin məhəbbət, ona bağlılıq, onu həyatda öz canından da artıq sevməsi ecazkar poetik tərzdə ifadə olunmuşdur.
Səməd Vurğun özünün “Azərbaycan” şeirində yazır:
“El bilir ki, sən mənimsən, Yurdum, yuvam məskənimsən
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana
Odur ki, bağlıyam sana
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən
Elim, günüm, obam sənsən.

Həmin şeirdə əks olunan milli vətənpərvərlik, milli qürur hissi şeirin hər bir misrasinda və bəndində o dərəcədə qüvvətli ifadə olunub ki, oxucunu heyran qoyur, onu valeh edir. Lakin qarşıya sual çıxır: görəsən müasir gənclərimizin bir çoxu həmin şeirdə ifadə olunan Vətən, xalq, millət yanğısını kifayət qədər dərindən dərk edirmi və nə dərəcədə özlərində də belə vətən yanğısını, Vətənə bağlılığı nəinki emosiyalarda, həm də əməldə, işdə, münasibətdə hiss edirlər və ya büruzə verirlər? Ən başlıcası, görəsən gənclərimizin müəyyən qismi həmin şerə yaxından bələddirmi, onu ürəkdən sevərək əzbərləmişlərmi, yaxşı yadda saxlamışlarmı?!
Xalq müdrikliyi Vətənə bağlılığın, başqa sözlə insan üçün kəsb etdiyi dərin mənanı ifadə etmək üçün bəzən qəribə simvolikalardan istifadə etmişlər. Rəvayət şəklində ifadə edilən bir simvolikada deyilir ki, günlərin bir günündə bir sərçəni tutub şаhın sarayına aparırlar, ona saray həyatına uyğun olaraq hər cür şərait lakin yaradılır, yaxşı yem verilir, necə lazımdır ona qulluq edilir, lakin sərçənin eyni açılmır, keyfi kökəlmir, əksinə özünü çox pis hiss edir, darıxdığını büruzə verir, hətta bu qədər yem və xidmət əvəzində kökəlmək əvəzinə arıqlamağa, zəifləməyə başlayır.

Saray əyanları bu cəhətə təəccüb edirlər, nəhayət qərara gəlirlər ki, onu azad buraxsınlar. Sərçəni azad edirlər, o çox böyük sevinclə uçub qonur qaratikan kolunun üstünə və sevinə-sevinə, cəh-cəh vura-vura deyir: “Vətənə gəldim, imana gəldim, dinə gəldim”. Əlbəttə, burada söhbət real sərçədən getmir əsas məsələ həmin misaldakı həyat fəlsəfəsidir. Əgər qaratikan kolunu sərçə özü üçün Vətən sayırsa ondan ayrı düşmək, “şah sarayənda müəyyən müddət qalmaq yəni Vətən həsrəti amili onu dərin iztiraba düçar edir, azad olunub Vətən saydığı qaratikan koluna qonarkяn onun iztirablarına son qoyulur. Demək olar ki, müəyyən zərurət üzündən Vətəndən müəyyən müddəy ayeı düşmüş bir səra gənclərimiz də, heç şübhəsiz, dərin istirab keçirirlər, Vətənə gəlməklə, ona qovuşmaqla nəinki həmin iztirablara son qoyulur, həm də həmin gənclərə əsl xoşbəxtlik, böyük sevinc qismət olur. Təsadüfi deyildir ki, Vətən həsrəti kimi müqəddəs hisslərin tərənnümü bədii ədəbiyyatımızda öz əksini çox geniş miqyasda tapmışdır.

Nəzərdən qaçırmaq olmaz ki, milli özünüdərketmə prosesi çox mürəkkəb və çoxcəhətli sosial-psixoloji hadisə olub bir sıra amillərin təsirindən asılıdır. Həmin sosial-psixoloji amillər içərisində müəyyən yaş hяddinə çatmış fərdin və ya ümumən öz əhatəsində olan şəxslərlə ünsiyyət saxlaması üçün onlarla dil birliyi, yəni öz xalqın dilində, başqa sözlə ana dilində danışması, fikir və hisslərini bölüşməsi çox ciddi əhəmiyyət kəsb edir. Təsadüfən deyilmir ki, bu və ya digər bir xalqın ana dilinin ölməsi, sıradan çıxması, yəni milli dilin tələf olmas həmin xalqın, millətin tələf olması, bir xalq və millət kimi aradan çıxması kimi qiymətləndirilir. Poetik dildə həmin məsələni Rəsul Həmzətov “Mənim Dağıstanım” kitabında “Mənim ana dilim” adlı şerində, həm də dərin fəlsəfi mənada əks etdirmişdir:

Şirin röyalara inanmasam da
Bu gecə gördüm ki, ölmüşəm birdən
Dağıstan, Başqadı. Düşmüşəm oda
Qurğuşun parçası dəyib sinəmdən
Ölürəm xəbərsiz, ölürəm yalqız
Bir kimsə bilməyir nə ins, nə cins
Qartallar zirvədə çağrışır yalnız,
Dərdimdən inləyir yazıq marallar

Beləcə uzanıb sakit ölürdüm,
Birdən qulağıma dəydi bir səda.
Adamlar avarca deyib-gülürdü
Unudub hər şeyi bizim dünyada.
Dağıstan vadisi od yağır göydən,
Adamlar danışır-eşidirəm mən
Hansı Həsəninsğ tülkülüyündən,
Hansı Əlininsə bəd əməlindən.
Qulaq kəsilmişdim doğma sözlərə,
Hiss etdim tükənməz gücüm var mənim.
Nə təbib gərəkdir, nə türkəçarə,
Yalnız avar dili sağaldar məni.
Ayrı dil kimisə sağalda bilər,
Fəqət mən o dildə nəğmə yazmaram.
Bilsəm doğma dilim sabahdan ölər,
Bu gündən ölməyə özüm hazıram (8.,səh. 96)

Bu ibrətamiz misal müasir gənclərimizdə milli özünüdərk üçün xüsusi əhəmiyyət kəsb edir.
Çünki bəzi gənclərimiz öz xalqının dilini, yəni öz ana dilini kifayət qədər dərindən mənimsəməyə bəzən nisbətən laqeyd yanaşırlar, halbuki Azərnaycan dili həm özünün zərifliyinə, həm də zənginliyinə görə xüsusi olaraq seçilir. Təsadüfi deyildir ki, bizim ana dilimiz ən poetik dil, yəni səs tərkibinə, sözlərin tələffüz xüsusiyyətlərinə (yəni onun asanlığı və cəlb ediciliyinə) görə bir sıra dillərdən seçilir.

Bunu kənar müşahidəçilər də ayrıca qeyd edirlər. Bəlkə elə buna görədir ki, Azərbaycan poeziyası tarix boyu özünün nəhəng simalarını yetirmiş, onların poetik yaradıcılığını yalnız insanların idrakına, zəkasına təsir etməklə qalmır, daha çox insanların daxili aləminə hisslər dünyasına təsir edir, insan qəlbini asanlıqla ehtizaza gətirir, ona sevinc və fərəh bəxş edir. Ana dilimiz, yəni Azərbaycan dili milli qürurun mühüm mənbələrindən biri olmaqla yanaşı gənclərimizin milli özünüdərki üçün də çox böyük əhəmiyyət kəsb edir.
Nəzərdən qaçırmaq olmaz ki, ana dilinin yaxşı mənimsənilməsi milli indentikliyin yetərincə formalaşması, yəni milli şüurun, milli həmrəyliyin, milli özünüdərkin formalaşmasını şərtləndirən ən vacib sosial-psixoloji amildir. Həmin sosial-psixoloji amil milli özünüdərk üçün şərt olan digər alimlərlə çulğaşaraq, xüsusən də xalqımıza məxsus adət-ənənələrin, stereotip və yönümlərin yetərincə mənimsənilməsi vя onlara riayət edilməsi sayəsində yetişməkdə olan gənc nəsildə, xüsusən də gənclərimizdə milli özünüdərki, Vətənə bağlılığı şərtləndirən mühüm sosial-psixoloji amil olur. Çünki dil birliyi şəxsiyyətlərarası, qruplararası identikləşdirmə və ya identifikasiya üçün də çox vacib amildir. Bir cəhəti də nəzərdən qaçırmaq olmaz ki, 90-cu illərdə Respublikanın sosial şəraitində baş verən proseslər, müəyyən dəyişikliklər gənc nəsildə, xüsusən gənclərimizdə bir tərəfdən milli vətənpərvərliyi, milli özünüdərki gücləndirdisə, digər tərəfdən ayrı-ayrı gənclərdə yaranmış mürəkkəb vəziyyətdən düzgün baş çıxarmaq, sosial proseslərdə baş verən dəyişiklikləri adekvat qiymətləndirmək çətinlik törədirdi. Həmin sosial proseslərə sovet sisteminin dağılması, etnik münaqişələrə rəvac verilməsi: Respublikanın təklənməsi, qonşu etnosa yaxından köməklik (Xocalı soyqırımı, Dağləq Qarabağın və ətraf rayonların zəbt edilməsi, milyondan artıq qaçqın və köçkünlərin yaranması, onların öz el-obasını, ana yurdunu, ev-eşiyini tərk etməsi, xilas üçün əsasən Bakıya axışıb gəlməsi, ölkədə daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, xalqın, ümumən millətin bölgələrə parçalanması, müəyyən quruplara daxil olan gənclərə münasibətdə ayrı-seçkilik, yaşayış tərzində sosial şəraitdə qeyri-bərabərlik, daxili parçalanma (özümüzünkülər, bizimkilər, onlar-bizdən olmayanlar meylinin güclənməsi müəyyən qrup gənclərdə milli özümüdərkə, çox ciddi xələl gətirdi. Hətta bir sıra Vətən övladları, o cümlədən gənclər dolanışıq naminə başqa ölkələrə üz tutdular.

Əlbəttə, belə güman etmək olmaz ki, dolanışıq, iş tapmaq üçün başqa ölkələrə üz tutan gənclərimizdə milli özünü-dərk hissi zəifləyir və ya aradan çıxır, əksinə qəriblikdə ömür sürməyə məcbur olmaq bir çoxlarında vətənpərvərlik, milli özünüdərk hisslərini daha da gücləndirir, onlarda Vətənə qovuşmaq, onun dərdi-sərinə şərik olmaq arzu və istəyini daha da artırır. Əlbəttə, gənclərimizdə milli özünüdərk və milli Vətənpərvərlik hislərini gücləndirmək, yəni onları Vətənpərvərlik ruhunda daha yaxşı tərbiyə etmək üçün istər ailədə, istərsə də orta və ali məktəbdə, eləcə də istehsalatda yaxşı düşünülmüş tədbirlər sistemi həyata keçirilməlidir. Bunun üçün ilk növbədə gяnclərimizin öz xalqının tarixi keçmişinə, ədəbiyyatına, incəsənətinə, xalq musiqisinə, xalqımızın adət-ənələrinə yaxından bələd olmalarına xüsusi diqqət yetirilməlidir.
Millətin, xalqın mövcudluğunun, yaşamasının ən mühüm əlamətlərindən biri onun tarixi hafizəsidir, yəni ulu babaların, ataların sözləri -deyimləridir, yəni öz xalqının, millətinin tarixi keçmişinə, mənəvi sərvətlərinə bələdlikdir. Bu da hər bir xalqın atalar sözlərində, zərbi-məsəllərində, deyimlərində öz əksini tapır, buraya şifahi xalq yaradıcıllığı, nağıllar, dastanlar və s. daxildir. Bu və ya digər xalqın və ya millətin nümayəndəsi özünün kim olduğunu bilmək üçün öz əcdadlarının kimliyini, necəliyini yaxşı bilməlidir. Bu da onun milli şürunun, milli özünüdərketməsinin formalaşması səviyyəsini müəyyən edir. Gənclərdə milli özünüdərkin formalaşmasına xalq musiqisinə, incəsənətə yaxından bələdlik çox mühüm rol oynayır.
Yalnız bir faktı xatırlatmaq yerinə düşərdi. Hər bir gənc üçün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu”operasının uverturasını dinləmək, orada əks olunan əzəmətin, qürurun, musiqinin ecazkar qüvvəsini dərindən duymaq və hiss etmək milli özünüdərk üçün xüsusi əhəmiyyət kəsb edir, yəni həmin musiqi xalqımızın övladı olan hər bir gəncdə qürur hissi milli özünüdərk üçün də çox yaxşı zəmin yaradır. Bunula yanaşı, Respublikamızın hər bir gəncində milli özünədərkin intensiv təşəkkülü üçün onların zəngin Azərbaycan ədəbiyyatı xəzinəsinə, incəsənətimizə xalqımıza məxsus adət-ənənələrimizə dərindən bələdlik çox ciddi əhəmiyyət kəsb edir, bunun üçün də hər bir gəncin daxili fəallığı, xalqımızın zəngin ədəbi irsinə, tarixi təkamülünə vaxtında və yetərincə vaqif olması zəruridir.

Nəzərdən qaçırmaq olmaz ki, hər bir xalq öznцn milli şüuruna malikdir. Həmin milli şüur sosial, siyasi, iqtisadi, mənəvi, esetetik, fəlsəfi, dini, psixoloji və başqa görüş və etiqadların məcmusundan asılıdır və bunların hamısı millətin, xalqın mənəvi təkamülünü, inkişaf səviyyəsini xarakterizə edir və ya onu təyin edir, elə xalqın, millətin də özünüdərk səviyyəsi həmin amillərlə şərtlənir. Ümumən nəzərə almaq lazımdər ki, xalqın, millətin özünüdərkinin formalaşması üçün yetşməkdə olan gənc nəslin, xüsusən gənclərimizin milli özünü dərkinə həm ailədə, həm məktəb də, həm də istehsalatda xüsusi fikir verilməlidir.
Lakin burada gənclərin özlərinin həm intellektual, həm də emosional fəallığı, yəni onların özlərini təkmilləşdirmə cəhdi, özünütərbiyə meyli yetərincə olmalıdır. Professor Ə.S.Bayramov maraqlı bir müqayisə və ya bənzətmədən istifadə edir. O, yazır:
“Bəzən bir çox həkimlər ümumən xəstəliyi sağaltmağa, onun yollarını tapmağa çalışaraq şəxsiyyəti, onun daxili və fərdi xüsusiyyətlərini unudurlar. Olsun ki, bəsit xəstəliklərdə bu mümkündür. Lakin, mürəkkəb, çətin, bəzən bir neçə xəstəliyə tutulmuş şəxsləri bu cür ümumi şəkildə müalicə etmək mümkun deyil. Bax, insanı da ümumən tərbiyə etmək, düzəltmək, ümumi axına qoşmaq beləcə çətindir. Əlbəttə bu qoшulma zahirən həyata keçirilə bilər, lakin bu axın içərisində gedərkən, o şəxsin hansı fikir, hansı düşüncə ilə ayaq atması həll edici və əsas məsələdir.
Bəzən biz insanın bütün varlığı, öz istəyi, öz ciddi cəhdi ilə axına qoşulub-qoşulmadığının fərqinə varmırıq. Buna görə də insanın özünün özdavranış və rəftarını , fikir və əməlini necə qiymətləndirməsini, ona hansı qiymət meyarı ilə yanaşmasını, özünün bütün fəaliyyətinə tənqidi yanaşıb-yanaşmadığını nəzərdən qaçıra bilərik. Əsl məsələ insanın daxilində belə bir qiymət manometrinin yaradılmasıdır. Bu xüsusən də Respublikamızda müasir gənclər üçün zəruridir. Çünki müasir dövrdə Respublikamыzdakı sosial-psixoloji şərait, iqtisadi, elmin və mədəni tərəqqi üçün zəruri dir.
Çünki müasir şəraitdə Respublikamızın hər bir gəncinin Vətən qarşısında, öz xalqı və milləti qarşısında vətəndaşlıq borcunu necə yerinə yetirməsindən asılıdır.

Professor Ə.S. Bayramov “Şəxsiyyətin özünətənqidi münasibəti və yeni insan tərbiyəsi” adlı əsərində çox ibrətamiz bir fikri iqtibas edir və yazır: “Andre Morua sanki belələrini (başqa sözlə belə gəncləri) nəzərdə tutaraq “Ədəbi portretlər” əsərində yazır: “Həyat tufandır, qasırğadır, həyat cəngəllikdir.
Əgər insan dağlarla qarşılaşmırsa, əgər o sıx dolaşıq sarmaşıqlarla əlləşib-vuruşmursa, özünü məhvə məhkum edir. Təkcə maddi nemətlər üçün çalışmaq?! Bu nə qədər əcaib, insan (xüsusən gənclər üçün) nə qədər amansız alçaqlıqdır, insafsızlıqdır, özünü aldatmaqdır? İnsan (yəni gənclərimiz) bu yolla ancaq fani şeylər – toz və kül əldə edə bilər. İnsafdırmı (insan ömrü, xüsusən gənclərimizin ömrü) kül və toz üçün sərf olunsun?”
Əlbəttə, müasir cəmiyyətimizdə gənclərimizin “sıx, dolaşıq sarmaşıqlarla əlləşib-vuruşmağa əsla ehtiyacı yoxdur. Əsl məsələ odur ki, hər kəs (yəni hər bir gənc) öz əməyi ilə, səyi ilə, əməli ilə xalqımızın sosial, elmi və mədəni tərəqqisi üçün əlindən gələni əsirgəməsin, özündə yüksək mənəvi keyfiyyətlər, ilk növbədə dərin vətənpərvərlik hisləri inkişaf etdirsin, öz nöqsan və çatışmamazlıqlarına qarşı amansız olsun; Romen Rollanın dediyi kimi, “qəhrəman o adamdır ki, hər gün (öz xalqının, Vətəninin tərəqqisi naminə) nə bacarırsa, onu edir”. Biz müasir dövrdə gəncləri tərbiyə edərkən məhz özünü hər gün nəyi bacarırsa (xalqının, Vətəninin tərəqqisi naminə) onu yerinə yetirməyə məcbur etməyə qabil olan vətəndaşlar, qurucular yetirməliyik. Bu halda müasir gənclərdə milli özünüdərk yaxşı təşəkkül etmiş olar, yəni gənclərimiz dərin milli qeyrət hissinə, əsl vətənpərlik hissinə malik olarlar və öz xalqının, Vətəninin tərəqqisi naminə qüvvə və enerjilərini əsirgəməzlər.

  Ədəbiyyat siyahısı:

  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə.
    Etnik psixologiya məsələləri. Bakı, 1996.
  2. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı, 1981.
  3. Bayramov Ə.S., Əlizadə Ə
    Ə.
    Sosial psixologiya. Bakı, 2003.
  4. Qədirova R.H. Tarix, şəxsi məna və identiklik. Bakı, 1998.
  5. Qədirova R.H. Azərbaycanlı uşaq və yeniyetmələrin milli identikliyinin inkişafının sosial-psixoloji problemləri. Psixologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2008.
  6. Əlizadə Ə.Ə. Azərbaycanın güzəran psixologiyası. Bakı, 1994.
  7. Əlizadə Ə.Ə. Azərbaycanın etnopsixologiyasına giriş: problemlər, ilkin araşdırmalar, Bakı, 2003
    in araşdırmalar. Bakı, 2003.
    8.Əliyev B.H. Siyasi psixologiyada ümummilli lider problemi.
    Psixologiya jurnalı, 2004, №1.
    9.Həmzətov Rəsul “Mənim Dağıstanım”, Bakı, “Gənclik”, 1974

Müəllif: BDU-nun psixologiya kafedrasının aspirantı Nəsirova N.R.

Online Qeydiyyat