Çocuk Gelişimi ve Psikolojisi ixtisasartırma təhsili

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Türkiyənin Yıldız Teknik Üniversitesi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən Çocuk Gelişimi ve Psikolojisi  (#ÇocukGelişimivePsikolojisi) ixtisasartırma təhsilinin növbəti dərsi 08.01.2023-cü il tarixində, saat 10:00-18:00-da baş tutacaqdır. Dərs Peşəkar Pedaqogika üzrə fəlsəfə doktoru, Korreksiya pedaqoqu, loqoped, Beynəlxalq ekspert Lalə İmanova tərəfindən Psixologiya Elmi-Tədqiqat İnstitutunda, CANLI şəkildə həyata keçiriləcəkdir.

Ümumilikdə proqram 162 saat-72 saat canlı, 90 saat online nəzərdə tutulmuşdur.

Dərsin mövzularına aşağıdakılar daxildir:

Nitq problemlərini yaradan səbəblər:

Bioloji və sosial amillər

Nitq problemlərinin irsi (genetik) səbəbləri

Nitq problemlərinin perinatal səbəbləri

Nitq problemlərinin natal səbəbləri

Nitq problemlərinin postnatal səbəbləri

Nitq problemlərinin təsnifatı.

Kliniki- pedaqoji təsnifat

Psixoloji- pedaqoji təsnifat

Nitqi pozuntularının simptomatikası

Şifahi nitq qüsurları:

Afoniya, Disfoniya, Fonosteniya,

Dislaliya, Rinolaliya, Dizartriya,

Taxilaliya, Bradilaliya, Kəkələmə,

Alaliya, Afaziya

Yazılı nitqin qüsurları:

Aqrafiya, Disqrafiya,

Aleksiya, Disleksiya

Ödəniş 650 azn, birbaşa ödəsəniz 550 azn, hissə-hissə ödəsəniz ayda 130, tələbəsinizsə ayda 100 azn təşkil edir.

Qeydiyyat keçmək üçün 055 294 27 00 (Mobil/What`s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Online Qeydiyyat