Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki,autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər.
Müasir tədqiqatlara əsasən Autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər.Bu isə bir sira səbəblərlə əlaqədar ola bilər:Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs; qızılça,məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.
Autizmin Spektr pozuntuları:
1.Autizm
2 .Asperger sindromu
3.Rett sindromu
4.Uşaqlıq dezinteqrativ pozuntusu
5.Atipik autizm
Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir, əsas simptomları ümumi xarakter daşıyır:
Sosial münasibətlərdə pozğunluq
1.Nitq və ünsiyyətdə pozğunluq
2.Тəxəyyüldə pozğunluq
Autizmli uşaqlarin xüsusiyyətləri:
1.Başqalarına qarşı maraqsızdır
2.Göz təmasından qaçır
3.Başqaları ilə ünsiyyət qurmur
4.İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir
4.Digər uşaqlarla oynamır
5.Uzun müddət ərzində eyni mövzu üzərində danışır
6.Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir
7.Mənasız sözləri ardıcıl təkrarlayır
8.Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir
9.Yaradıcılıq tələb edən oyunları oynaya bilmir
10.Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
11.Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur.
12.Davamlı olaraq eyni oyunları oynayır
13.Ağrıya qarşı laqeyddir
14.Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir
15.Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
16.Tək qalmağı xoşlayir
17.Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
18.Predmetlərə bağlanır
19.Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
20.Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur
Əgər uşağınızda bu xüsusiyyətlərin bir necəsini müşahidə edirsinizsə vaxt keçirmədən bir psixoloqa müraciət edin . Çünki ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi bəzi problemləri erkən fərq edə bilmələri baxımından çox əhəmiyyətlidir. Onu da qeyd edək ki, körpədə autizmin olmasını hamiləlik dövründə müəyyən etmək mümkün deyil.
Autizmin diaqnozu uşaq psixoloqları tərəfindən də qoyula bilər. Önce uşağın inkişaf pillələrini, oyun şəkillərini, yaşıd əlaqəsini, maraq sahələrini, şifahi və emosional ünsiyyətini müayinə etməli, valideynləri ilə musahibə apararaq,uşagin inkişafında əsas diqqəti çəkən problemləri öyrənmək , dogus və sonraki dövrləri usagin özünemexsus xüsusiyyetleri haqqinda herterefli informasiya almaq,daha sonra lazım olan bütün testlər edilməlidir.
Autistik uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki,onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə,bəziləri isə geriləyə bilər.
Məsələn, bəzi uşaqlar rəngləri çox böyük dəqiqliklə seçib ,mürəkkəb naxışları qura bildikləri halda, özünəxidmət vərdişlərinin öhdəsindən gəlməkdə böyüklərin göstəriş və tapşırıqlarını yerinə yetirməkdə böyük çətinlik çəkirlər. Autistik uşaqların zəkalarına gəldikdə onların bəziləri cox üstün riyaziyyat bacarıqları və əzbərləmək kimi xüsusi qabiliyyətlərə sahib ola bilər.
Valideynlərə bir neçə tövsiyyələr:
Autizmli uşaq, hər bir digər uşaq kimi, şəxsiyyətdir, buna görə də ümumi tövsiyyələr istifadə edərkən, uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır və uşaqla işləyən zaman onları nəzərə almaq lazımdır.
Digər uşaqlar ilə ünsiyyətdən qaçmaq lazım deyil,yaxşı olardı ki, belə uşaq uşaq bağçasına getsin. Uşaq bağçasına gün ərzində 2-3 saatlıq da gedə bilər;
uşağı mənasız, stereotip hərəkətlərdən yayındırmaq lazımdır;
Uşaq ilə mümkün qədər çox söhbət etmək, yadda saxlamaq lazımdır ki, autist uşaq digər uşaqlardanda çox ünsiyyət ehtiyacı var; insanlar bəzən tək qalmaq istəyirlər və autist uşaqlar buna istisna deyil. Uşağa “gizli” guşə yaratmaq lazımdır. Bu bele bir yer olmalıdır ki, uşaq burda öz fikirləri ilə təkbətək qala bilsin və ona heç kim mane olmasın;
autizmi olan uşaqlar adətən yelləncəyi xoşlayırlar, bu marağı həvəsləndirərək, vestibulyar aparatın inkişafına nail olmaq olar;
uşağın ev heyvanları ilə ünsiyyətinə ehtiyat ilə yanaşın,cünki autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər.
Ev heyvanını evdə saxlamağdan əvvəl, uşağa ev heyvanı yumşaq oyuncaq hədiyyə etmək olar.
Ən əsası – uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşaq hansısa bir uşaqdan nə pis, nədəki yaxşıdır, o sadəcə fərqlidir. Eləcə də , unutmayin ki tarixdə iz qoymuş dahi səxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar.
İnklüziv təhsilçi, Psixoloq, Jalə Mirsaab