Psixologiya Elmi-tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov Yıldız Teknik Üniversitesinin Eğitim fakültəsi dekanı Prof.Dr.Mehmet Engin Denizin qonağı olmuşdur

Psixologiya Elmi-tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova Türkiyənin Yıldız Teknik Üniversitesinin Eğitim fakültəsi dekanı Prof.Dr.Mehmet Engin Denizin qonağı olmuşdurlar.

Görüş zamanı gələcək üçün nəzərdə tutulan yeni layihələr, planlar haqqında müzakirələr aparmış, ixtisasartırma, kadrların hazırlanması, Türkiyə-Azərbaycan arasında Psixologiya sahəsi üzrə birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmış, eyni zamanda Doç.Dr.Seydi Ahmet Satıcı ilə görüşmüşlər.

Online Qeydiyyat