VII Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi

19.11.2022-ci il tarixində İnstitutumuzda VII Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.

Təlim “Özgüvən texnikaları” mövzusuna həsr olundu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətovanın təqdimatında baş tutdu.

Təlimdə “Özgüvən əskikliyinin yaranmasında tənqid və müqayisənin rolu”, “Özgüvən əskikliyinin yaranmasına səbəb olan düşüncə xətaları” kimi məsələlərə toxunuldu.

Ülviyyə xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.

Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Ülviyyə xanıma dərin təşəkkürümüzü bildirir, VII Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.

Online Qeydiyyat