Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi

24.11.2022-ci il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.

İnstitutun sədri, fəlsəfə ü.f.d. Elnur Rüstəmov iclasa açılış nitqi ilə başladı, canlı və online iştirak edən şura üzvlərini salamladı və gündəlikdə duran məsələlərlə onları tanış etdi.

Çıxışına davam edərək, Elnur müəllim 2022-ci ildə görülən işlərlə bağlı məlumatlarla iclas iştirakçılarını tanış edərək, birgə əməkdaşlıq çərçivəsində əldə edilmiş nailiyyətlərə xüsusi vurğu etdi.

Sonra Elnur müəllim İnstituta müvafiq şöbələrə işə qəbulla bağlı elan verildiyini və müraciət edənlərin sənədlərinin təhlilindən sonra alınan qərara görə, şöbələrə, müvafiq olaraq, Elmi-metodiki şöbəyə dos. Hökümə Əliyevanın, Nəzəri və eksperimental psixologiya şöbəsinə dos. Məhərrəm Əliyevin, İnkişaf və yaş psixologiyası şöbəsinə Mətanət Əliyevanın, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinə Şahin Şərifovun və Psixoloji xidmət və reabilitasiya mərkəzinə isə Aydan Nəzərovanın rəhbərlik etməsini təklif etdi. Təklif şura üzvləri tərəfindən yekdilliklə qəbul olundu.

Elnur müəllim çıxışına davam edərək, Beyin və Davranış Laboratoriyasının açılışı ilə bağlı tədbirin təşkili haqqında şura üzvlərinə məlumat verdi və bununla əlaqədar müvafiq işlərin görüldüyünü vurğuladı.

Daha sonra dos. Məhərrəm Əliyev çıxış edərək, 22.10.2022-ci il tarixdə keçirilmiş “Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı Respublika elmi-praktik konfransının nəticələri və tezislərin çap vəziyyəti haqqında məlumat verdi. Həmçinin o, Nəzəri və eksperimental şöbənin fəaliyyəti barədə şura üzvlərini məlumatlandırdı.

Şöbə müdirləri Hökümə Əliyeva və Mətanət Əliyeva, mərkəz rəhbəri Aydan Nəzərova görülən işlərlə bağlı çıxış etdilər. Dos. Hökümə Əliyeva nəşri nəzərdə tutulan kitab haqqında məlumat verdi. Həmçinin Mətanət Əliyeva da Yıldız Teknik Universitetinin professor-müəllim heyəti ilə birgə hazırlanması planlanan kitabın detalları haqqında məlumatı iştirakçılarla paylaşdı.

Cari məsələrə toxunuldu. Ən sonda Elnur müəllim iclasda canlı və online iştirak edən hər bir şura üzvünə və iştirakçılara təşəkkür etdi, onlara işlərində uğurlar arzuladı və iclası bağlı elan etdi.

Online Qeydiyyat