Depressiya və təşviş pozuntularının terapiyası

10 və 11 Dekabr 2022ci il tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutu, Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rasional Emosional və Koqnitiv Davranış Terapiyası” kursumuzun növbəti dərsi Albert Ellis İnstitutunun direktoru, Dr.Kristene Doyle və Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran tərəfindən tədris edilib.

“Zoom” platforması üzərindən təşkil olunan dərsdə Dos.Dr.Murat Artıran əvvəlcə öncəki dərslərin qiymətləndirilməsi üçün quiz keçirmiş, növbəti mərhələrdə iştirakçılarla birlikdə ABC modelinin qurulması prosesini iştirakçılarla birgə çalışıb, həmçinin hislər üzrə heykəl oyununu 5 iştirakçı ilə praktik məşq əsasında həyata keçirib.

Daha sonra Dr.Kristene Doyle “Depressiya və təşviş pozuntularının terapiyası” mövzusunu tədris edib.

Zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün Dr.Kristene Doyle və Dos.Dr.Murat Artırana dərin təşəkkürlərimizi bildirir, iştirakçılara uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat