“Şəkər Portağalı” kitab müzakirəsi

Bugün Psixologiya Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT Klubun növbəti görüşü keçirildi. Görüşün əsas məqsədi “Şəkər Portağalı” kitabının müzakirəsi idi. Görüş zamanı iştirakçılar kitab barəsində maraqlı fikirlər səsləndirdilər. Əvvəlcə kitabın qısa xülasəsi danışıldı, sonda isə kitabdan bir hissə səsləndirildi. Görüşün sonunda iştirakçılarla birlikdə xatirə fotosu çəkildi. Görüş və maraqlı müzakirə üçün CBT klubun rəhbəri, Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və klub üzvlərinə təşəkkürlərimizi bildiririk.

Online Qeydiyyat