Dos. Dr.Murat Artıran və elmi tədqiqat qrupunun görüşü keçirildi

19.12.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov, Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və tədqiqat qrupunun üzvləri “Zoom” platforması üzərindən görüş keçirib.
 Əvvəlcə Dos.Dr. Murat Artıran həyata keçiriləcək tədqiqatlar, istifadə ediləcək test metodları, hədəf kütlə barədə məlumat verib.
Daha sonra institutun sədri Elnur Rüstəmov komanda işinin təşkili, tədqiqatların aparılması üsulları barədə fikirlərini bölüşüb.
Görüşün növbəti hissəsində Dos.Dr.Murat Artıran psixoloqların praktik fəaliyyəti üçün yazılmış “Rasional emosional davranış terapiyası üzrə mütəxəssis üçün təlimat” ( A practitioner’s guide to rational emotive behavior therapy) kitabının tərcüməsi barədə vacib məlumatları və tapşırıqları diqqətə çatdırıb. Bununla da, artıq adaptasiya olunan test metodları dəqiqləşdirilib və işlərə başlanılıb.
 Görüşdə, həmçinin 2023-cü ilin fəaliyyət planı müzakirə olunub, tədqiqat qrupunun iclasının hər həftə keçirilməsi qərara alınıb.

Online Qeydiyyat