Sağlam və sağlam olmayan hisslər

Dünyanın ən böyük fizika alimlərindən olan Faradey gəncliyində kitab cildləmə sexində işləyirdi. Bu iş onun üçün o qədər sıxıcı idi ki, böyük çətinliklər hesabına da olsa fizikaya yönəldi və neçə-neçə kəşflər edərək insanların həyatını asanlaşdırdı. Kitab cildləmə sexində işləyən zaman hiss etdiyi sıxıntı neqativ olsa da, sağlam hiss idi. Əgər, o dövrdə Faradey psixoloqa getsəydi və psixoloqu ona bu sıxıntı hissini azaltmağı öyrətsəydi, insanlıq üçün daha yaxşı olacaqdı?

Yəni, bütün neqativ hislərin dəyişdirilməsi lazım deyil. Bu hislərin bəziləri normal və faydalıdır. Dəyişdirilməsi lazım olan hislər irrasional düşüncələr əsasında yaranan sağlam olmayan hisslərdir. Sağlam olmayan hislərə təşviş, depressiv, əsəb, günahkarlıq, utancaqlıq və s. aiddir…

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Fuad Əsədov

Online Qeydiyyat