Uşaq Psixologiyası və İnkişafı rəsmi ixtsasartırma təhsilinin növbəti dərsi baş tutacaqdır

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Türkiyənin Yıldız Teknik Üniversitesi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən Uşaq Psixologiyası və İnkişafı (#ÇocukGelişimivePsikolojisi) rəsmi ixtisasartırma təhsilinin II qrupu üçün növbəti dərsi 28-29.01.2023-cü il tarixində, saat 10:00-17:00-da baş tutacaqdır. Dərs Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin kiçik elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova tərəfindən canlı şəkildə həyata keçiriləcəkdir.

Proqrama aşağıdakı mövzular daxildir:

Montessori yanaşması

İnkişaf psixopatologiyası

Cinsi inkişaf və cinsi təhsil

Uşaq inkişafında klinik texnikaların tətbiqi

Üstün zəkalı uşaqların inkişafı və təhsili

Digər kurs və təlimlərimiz haqqında məlumat almaq üçün 055 294 27 00 (Mobil/What`s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Online Qeydiyyat