Penitensiar psixoloqların gündəlik fəaliyyətində ayrı-ayrı kateqoriyadan olan məhbusların tipik reaksiya formalarını, uyğunlaşma mexanizmlərini və mühitdə sosial qarşılıqlı təsirinin xarakterini əks etdirən fərdi xüsusiyyətləri haqqında informasiyanın nəzərə alınması mühüm rol oynayır. Həmin informasiya məhbusların davranış variantlarını proqnozlaşdırmaq, onlara nəzarət etmək, eləcə də onlara müvafiq islahedici təsir vasitələrini seçməyə imkan verir. Bu baxımdan hər kateqoriyadan olan məhbuslarının psixoloji xüsusiyyətlərinin ayrılıqda nəzərdən keçirilməsi əhəmiyyətlidir. İlk növbədə zorakı cinayətlər törətmiş məhbsulardan başlayaq. Aparılan çoxsaylı tədqiqatlar göstərir ki, zorakı cinayətkarlara ətraf aləmin qavranılmasında subyektivizm xasdır. Onlar düşdükləri situasiyani potensial təhlükə mən bəyi kimi qavrayır və nəticədə aqressiya nümayiş etdirirlər. Həqiqətdə isə belə bir təhlükə əsassız olur. Bu kateqoriyadan olan cinayətkarlara yüksək həssaslıq xasdır. Zorakı davranışın motivasiyası müxtəlif həyati situasiyalarda onların n-konsepsiyasının və bütün dəyərlər sisteminin stukturunun iflası ilə əlaqəlidir. Bütün bunlar destruktiv əməllərlə nəticələnir. Bu insanlarda cinayi zorakılıq tamahkar, xuliqan təsəvvürlərlə bağlı deyil, yaranmış həyati situasiyanın fərd üçün psixoloji baxımdan dözülməz olması ilə bağlı təzahür edir.
Zorakı cinayətlər törətmiş məhbusların müxtəlif kateqoriyaları üçün hansı psixoloji keyfiyyətlərin xarakterik olması tərəfimizdən MMPI metodikasının köməyi ilə müəyyənləşdirilmişdir.
Məlum olduğu kimi, bu sorğu 3 qiymətləndirmə (L, F, K), 10 əsas şkaladan ibarətdir (1.49):
L şkalası (yalan)-eksperimentatorun gözündə daha yaxşı tərəfdən görünmək cəhdini qiymətləndirmək;
F şkalası (etibarlılıq)-psixi vəziyyəti gərginlik vəziyyətini, adaptasiya səviyyəsini qiymətləndirmǝk:
K şkalası (korreksiya)-sosial təcrübə, sosial normalar haqqında məlumatlılığı müəyyənləşdirir, bu və ya digər xarakter xüsusiyyətlərini gizlətməyə səy edən insanları differensasiya etmək imkanı verir.
Əsas şkalalar: 1-ci şkala-həyəcanın somatizasiyası-öz səhhətinə görə narahat olma vəziyyətini;
2-ci şkala-depressiya-əzginlik, ətrafda baş verənlərə marağın itməsini, həyəcan xarakterli pozuntuları;
3-cü şkala-demonstrativlik, isteroidlik-isterik reaksiyalara, nümayişkar davranışa meyli;
4-cü şkala-impulsivlik-emosiyaların təsiri altında hərəkət etmək meylini;
5-ci şkala-qadınlıq-kişilik-ənənəvi kişi və qadının xarakter xüsusiyyətlərinin ifadə olunma dərəcəsini;
6-cı şkala-rigidlik-affekt vəziyyətində ilişib qalmanı, şübhələnməyə, kin saxlamağa meyili, şəxsiyyətlərarası münasibətlərə yüksək həssaslığı:
7-ci şkala-daim həyəcanlı reaksiyaların yaranmasına hazırlıq vəziyyətini;
8-ci şkala-təcridlik-ətraf aləm ilə psixi məsafə saxlamaq, özünə qapanmaq meylini
9-cu şkala- aktivlik-insanın ǝhvalının, optimizminin, fəallığının ümumi səviyyəsini;
10-cu şkala iso-sosial təmas-ünsiyyətlilik və ya qapalılığı müəyyənləşdirir.
Zorakı cinayətkarlar kateqoriyasından olan qatillərin MMPİ profili böyük maraq doğurur (3.286). Belə ki, qatillərin MMPİ profilinda L, F, K, 3, 5, 6, 7, 8, 9,0 şkalaları üzrə göstəricilər digər kateqoriyadan olan cinayətkarların profilindən kəskin fərqlənir. Onlarda F, 6, 8 şkalaları üzrə pik göstəricilər müşahidə edilir ki, bu da onların davranışının affektivliyindən xəbər verir. Onlar şəxsiyyətlərarası qarşılıqlı təsirin istəni- lan elementinə çox həssasdırlar, çox şübhələnirlər, ətraf aləmi çox ədavətli şəkildə qavrayırlar. Bununla bağlı onlarda situasiyanı düzgün qiymətləndirmə çətinləşir. Bu qiymətləndirmə affektin təsiri ilə asanlıqla dəyişir. Yüksək senzitivlik onunla nəticələnir ki, fərd onun üçün azacıq təhlükə yaradan istənilən sosial təmaslardan asanlıqla özündən çıxır. Onlarda konkret situasiya və ya konkret insanlar haqqında sabit təsəvvürlər mövcuddur ki, bu təsəvvürləri dəyişmək onları bunun əksini düşünməyə vadar etmək çox çətindir. Onlar həyatda qarşılaşdıqları
istənilən çətinlikləri ətrafdakı insanların ədavətli münasibətinin nəticəsi kimi nəzərdən keçirir. Öz uğursuzluqlarında özlərini deyil, başqalarını təqsirləndirməyə meyillidirlər. Onlarda belə yanlış təsəvvürlər mövcuddur ki, digərləri onlardan daha çox hüquqlara malikdir. Bu yanlış təsəvvürlər əsasında onlarda öz hüquqlarını müdafiə etmək tələbatı yaranır ki, onlar «ədalət uğrunda mübarizə aparan şəxs>> rolunu oynamağa başlayırlar.
F və 8-ci şkalalar üzrə yüksək göstəricilar qatillərdə emosional pozuntulardan, sosial təcridlikdən, hüquqi və əxlaqi normaları mənimsəmədə ciddi çətinliklərin olmasından xəbər verir. Bu kateqoriyadan olan qatillər çox vaxt bu və ya digər insana va ya situasiyaya münasibətdə toplanmış affekt nəticəsində cinayət törədir və yaranmış konfliktdən başqa çıxış yolu görə bilmir. Özünə xas olan fikir, duyğu və əməlləri başqalarına şamil etmələri nəticəsində məhz digərlərini ədavətli və aqressiv qavrayırlar. Bunun nəticəsində zorakılıq aktları törədən qatil hesab edir ki, bu yolla o, öz həyatını, namusunu qoruyur, «pozulmuş ədaləti»>, bəzən isə başqalarının maraqların mühafizə edir.
Göründüyü kimi, qatilləri digər cinayətkarlar kateqoriyasından ilk
növbədə affektin dayanıqlığı, yüksək interpersonal senzitivlik, «qısa qapanma» reaksiyasının təzahürü fərqlandirir (3-cü şkala üzrə pik göstəricilər).
Qatillərin göstəricilərinə yaxın göstəricilər tamahkar-zorakı cinayətkarlarda müşahidə edilir. Bu kateqoriyadan olan cinayətkarlarda F,4,6,8,9-cu şkalalar üzrə pik göstəriciləri görmək mümkündür. Burada 4-cü şkala xüsusilə diqqəti cəlb edir. Müvafiq olaraq bu tamahkar-zorakı cinayətkarlar üçün impulsiv davranışın, sosial normalara etinasız münasibətin, aqressivliyin xarakterik olmasını göstərir. 6-cı şkala üzrə pik göstəricilər onlarda aqressiv davranışın affektin davamlılığı və ümumi rigidlik hesabına gücləndiyinə dəlalət edir. 8-ci şkala üzrə pik göstəricilər sosial mühitdən təcridləşməni göstərir ki, bunun da nəticəsində situasiyanı adekvat qiymətləndirmək imkanı aşağı düşür. 9-cu şkala üzrə göstə ricilarin 70 T-bala qadar yüksəlməsi, yani ümumi aktivlik saviyyəsinin artması onunla nəticələnir ki, bu kateqoriyadan olan cinayətkarların davranışının impulsivliyi onlar üçün səciyyəvi bir keyfiyyətə çevrilir ki, bu da noticə etibarilə qafil aqressiv əməllərlə nəticələnir. Tamahkar-zorakı cinayətkarların MMPI profilinin psixoloji təhlili göstərir ki,
onlara ətrafdakı insanlara qarşı yüksək ədavətlilik xasdır. Bu tip cinayətkarların asosial əməlləri onların davranışının daimi xətti kimi çıxış edir. Bu kateqoriyadan olan cinayətkarların profilində əxlaqi və hüquqi normaların mənimsənilməsində çətinliklər özünü göstərir. Onlar yaranmış tələbat və arzuların dərhal təmin edilməsinə can atırlar. Onlarda davranışın ümumi normativ tənzimi, intellektual və iradi nəzarǝt pozulub. Tamahkar-zorakı cinayətkarlar digər cinayətkar kateqoriyasından davranışlarının idarə oluna bilməməsi və asosial davranışlarının qəfilliyi ilə fərqlənir.
Qeyd edilənlərlə yanaşı qatillərin və tamahkar-zorakı tip cinayətkarların müqayisəsi həm də onu göstərir ki, qatillərdə ən yüksək nəticələr 3, 5, 0-cı şkalalar üzrədir. Yəni qatillərdə özlərini yaxşı tərəfdən göstərmək meyli güclü ifadə olunub. Onlar üçün ətrafdakıların onlar haqqında fikirləri çox əhəmiyyətlidir. Qatillər akkumulyativ affekt fonunda «qısa qapanma>>> impulsiv reaksiyasına meyillidirlər. Eyni zamanda qatillər şəxsiyyətlərarası münasibətlərin müxtəlif aspektlərinə çox həssasdırlar və bu münasibətlərdən çox asılıdırlar (5-ci şkala üzrə yüksək nəticələr buna dəlalət edir). Qatillər ünsiyyətə girməkdə çox çətinlik çəkirlər. Onlar qapalıdırlar. Bütün bunlar onların şəxsiyyətlərarası münasibətlərini daha da çətinləşdirir və konfliktlərin təzahürü ilə nəticələnir (0 şkalası üzrə yüksək nəticələr).
Tamahkar-zorakı cinayətkarlarda isə 4-cü və 9-cu şkalalar üzrə daha yüksək nəticələr müşahidə edilir. Müvafiq olaraq bu kateqoriyadan olan cinayətkarlarda özünütəsdiq tələbatı, impulsivlik və sosial normalara etinasız münasibət güclü ifadə olunub. Onlara zəif intellektual və iradi nəzarət xasdır. Seksual cinayətlərə görə məhkum edilmiş məhbusların psixoloji xüsusiyyətləri də böyük maraq doğurur. Bu məhbuslarda daha çox L və 5-ci şkala üzrə göstəricilər diqqəti cəlb edir. Metodikanın digər parametrləri üzrə göstəricilər o biri kateqoriyadan olan məhbuslarla demək olar ki, eyniyyət təşkil edir. Bu kateqoriyadan olan cinayətkarlarda 5-ci şkala üzrə ən aşağı göstəricilər müşahidə olunur. But şkala ənənəvi kişi və qadın rollarının identifikasiya dərəcəsini əks etdirir. Bu cinayətkarlara qadınlara münasibətdə özlərini təsdiq etmək xasdır. Buna törənmiş cinayətlərin xarakteri də dəlalət edir. Belə ki, bu cinayətlərdə seksual motivdən daha çox özünütəsdiq motivi üstünlük təşkil edir. Bu
meyil ənənəvi kişi rolu və kişi keyfiyyətlərinin identifikasiyasındakı pozuntularla bağlıdır. Qeyd edək ki, əksər hallarda zorlama kompensator amal kimi nəzərdən keçirilir. Başqa sözlə, qadınlara münasibətdə dominant olmaq meylinin arxasında əslində həllini tapmamış problemlər dura bilir. Məsələ ondadır ki, insan şüuraltı olaraq öz məzmununa görə qadına xas (passiv, tabeçi) davranışa əks olan davranışa meyl edir. Şüuraltı olaraq passivliyi və tabeçiliyi dəf etməyə səy göstǝrǝrǝk kişi rolları və keyfiyyətləri haqqında subyektiv təsəvvürlərə müvafiq gəlməyə çalışır. Bu cür təsəvvürlər və buna müvafiq davranış isə sosiallaşma prosesində formalaşır. Bu əsasda belə qənaətə gəlmək olar ki, zorlama cinayətlərində təzahür edən qabalıq, qadın üzərində tam dominantlığa cəhdin arxasında tamamilə fərqli keyfiyyətlər durur. Bu fikir həmin kateqoriyadan olan cinayətkarlarla aparılmış Maxoverin <«<İnsan şəkli» metodikasının nəticələri ilə də təsdiqlənir. Testin nəticələri göstərir ki, bu kateqori yadan olan cinayətkarlar qadını adavatli, aqressiv, dominantlığa can atan obraz kimi qavrayır. Bu cəhət onların qadınlara münasibətdə affektiv ustanovkasında təzahür edir. Eyni zamanda, onlar qadına münasibətdə özlərini asılı, himayə edilən, passiv, tabeçi mövqeyə qoyur.
Adətən zorlamaya görə təqsirləndirilənlərdə qadın və kişi davranış xüsusiyyətləri haqqında aydın Ənənəvi təsəvvürlər mövcud deyil. Onların təsəvvüründə qadın və kişi arasındakı münasibətlər seksual funksiya ilə məhdudlaşır. Bu da Əslində həmin kateqoriyadan olan cinayətkarların sosial-psixoloji baxımdan qeyri-yetkin olmasından xəbər verir. Elə ona görə də, onların qadınlara münasibətda dominant olma cəhdləri zorlama cinayətində reallaşır.
Təsadüfi deyildir ki, zorlama cinayəti törətmiş cinayətkarlar çəkdikləri şəkildə qadını daha yaşlı təsvir edirlər. Bu şəkillərin məzmununda sanki böyük insanlar arasındakı cinsi münasibətlərlə bağlı uşaqlıq və yeniyetməlik təsəvvürləri fiksə olunur.
Bu şəkillərdə həm də seksual sferaya güclü diqqət, neqativ boyalı affektiv seksual təsəvvürlər, arzu və fantaziyalar müşahidə edilir. Müşahidələr göstərir ki, bu cinayətkarlar üçün qadının yaşı, görünüşü heç bir əhəmiyyət kəsb etmir. Zorlama cinayətinin motivləri də çox fərqlidir. Qeyd edək ki, öz-özlüyündə cinsi tələbat və buna müvafiq motivlər bu cinayətlərin
törənməsi üçün müayyanedici deyil.
Cinsi cinayətlərdə bir sıra dərin psixoanalitik problemlər öz həllini tapır. Aşağıdakı tipologiya bu motivləri əyani olaraq göstərir. Zorlamaya göra mahkum olunanları 3 kateqoriyaya bölürlər:
- Psixoseksual inkişafda pozuntuları olan şaxslar
- Müəyyən psixopatoloji xüsusiyyətlərə malik şəxslər;
- Şəxsiyyətlərarası qavrayışda güclü pozuntuları olan şəxslər. Hər tipi ayrılıqda nəzərdən keçirək: Psixoseksual inkişafda pozuntuları olan şəxslər-məlum olduğu kimi, har bir insan müəyyən psixoseksual inkişaf mərhələləri keçir. Əgər bu mərhələlərin hansındasa pozuntu baş verirsə, xüsusilə cinslərarası əlaqələrdə-bu son nəticədə ictimai təhlükəli əməllərin törənməsinə gətirə bilər. Burada 4 tip nəzərdən keçirilə bilər.
Birinci tipə aid edilən şəxslər tanımadıqları qadınlara hücum edir. Bir qayda olaraq onlar qadınlara qəfil hücum edir, onları əvvəlcədən güdür və ya cinayəti törətmək üçün əlverişli situasiya axtarırlar. Onların davranışı əvvəlcədən konkret hücum obyekti müayyan etməyən, öz şikarını gözləyən ovçunu xatırladır. Qadına hücum
amansız zərbələrlə, fiziki yolla onun müqavimətini aktiv olaraq qırmaq cəhdi ilə müşayiət olunur. Bu tip cinayətkarlar adətən özlərini törətdikləri əməldə təqsirli hesab edir. Belə ki, zərərçəkmişin müqavimət göstərməməsini dalil gətirə bilmirlər. Çünki faktlar bunun əksini göstərir.
Psixoloji tədqiqatlar göstərir ki, bu tip cinayətin motivi kimi əks cinsin psixoloji dominantlığını daf etmək cəhdi çıxış edir. Onlar qadınları dominant, hökmran kimi – qavrayır. Bu mövqe dərk edilməyən də ola bilər. Lakin həmin möqeyi psixoloqla söhbət zamanı, – yaxud da testlərin köməyi ilə üzə çıxarmaq mümkündür. Ona göra də, bu cinayətlərin şəxsi mənası kimi qadınlara qarşı özünəməxsus – protest, qadınlar üzrərində psixoloji dominanthq aldə etmək, özünütəsdiq etmək, eləcə də ilk növbədə öz gözündə qadını alçaltmaq cəhdi çıxış edir. Bu cinayətkarların – əksəriyyətinin ailəsi və övladları var. Ona görə də onların bu cinayətini sadəcə seksual təhriklərlə izah etmək düzgün olmazdı. Digər tərəfdən, onların ailələrinə münasibət özünəməxsus xarakter daşıyır- kişi qadına münasibətdə tabeçi mövqedədir. Bu baxımdan, onların cinayi davranışı mövcud vəziyyəti dəyişmək, öz passivliyinə və
qadının (nainiki həyat yoldaşının, ümumiyyətlə qadınların) dominantlığına qarşı protest kimi nəzərdən keçirilə bilər. İkinci tipo aid edilən cinayətkarlar 6 yaşına qədər qızlara, bəzən isə 60 yaşından yuxarı, yaşlı qadınlara hücum edir. Bu şəxslərin cinayətləri çox vaxt affektiv partlayış xarakteri daşıyır. Onlar adatən törətdikləri əməli xatırlamır və öz əməllərinin səbəbini məntiqli şəkildə izah edə bilmir. Adətən cinayətin törənməsinə güclü alkoqol və narkotik sərxoşluq təsir edir. Törədilmiş əməldə özlərini təqsirli bilmir, heç nə xatırlamadıqlarını bəhana gətirirlər. Yaşlı qadınlara hücum çox vaxt ölümlə nəticələnən amansız döymə ilə müşayiət olunur.
Bu cinayətin motivi kimi şüursuzluq sahəsində mühafizə edilmiş affektiv izlərin yenidən canlanması çıxış edir. Bu affektiv izlər uşaq yaşlarında həmin cinayətkarın konkret qız və ya qadınla münasibətlərində yaşanmış psixi travma yetirən şəraitlə bağlıdır. Buna görə də, həmin şəxslərin törətdikləri cinayət zamanca təxirə salınmış fiksə olunmuş affektin boşalması xarakteri daşıyır. Bu affektiv izləri «<tǝtiyinə kiminsə təsadüfən basa biləcəyi odlu silahla» müqayisə etmək olar. Kimsə təsadüfən toxundu və ətrafdakılar üçün qəfil atəş açıldı. Lakin qeyd edək ki, psixi travma yetirən affektiv izin olması mütləq bu cinayətə gətirmir. Burada bir sıra subyektiv və obyektiv səbəblərin qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır.
Üçüncü tip- bu kateqoriyadan olan cinayətkarlar 6-14 yaşlı qızlara hücum edir. Bu cinayətkarlar əvvəllər də dəfələrlə əxlaqsız hərəkətlərə görə məhkum olunmuşlar. Onlar bir qayda olaraq kobud zorakı əməllər törətmir, hiylə yolu ilə fəaliyyət göstərir.
Bu cür davranışın əsasında psixoseksual inkişafda ləngimə və daha yaşlı əks cinsin nümayəndələri ilə ünsiyyətin pozulması durur. Adətən 6-14 yaşlı qızlara meyl göstərmə daha yaşlı qadınlarla təmasın məmnunluq gətirməməsi və onlara travma yetirməsi ilə bağlı olur. Eyni zamanda bu cinayətkarların keçmişdə yaşıdları ilə bu cür kontaktı olmuşdur. İndiki zamanda 6-14 yaşlılara hücum etmək cəhdinin arxasında isə keçmişdə öz yaşıdları ilə münasibətlərdən yaşadığı pozitiv hisslara darkedilməyən qayıdış cəhdi durur. Bəzən belə cinayətlərin əsasında yeniyetməlik dövründə əks cinslə ünsiyyətdəki defektlari psixoloji cəhətdən kompensasiya etmək cəhdi də dura bilir.
Dördüncü tip-bu tipə aid edilən cinayətkarları fərqləndirən əsas cəhət ondan ibarətdir ki, onların cinayi, zorakı əməlləri ilk növbədə qadının yanında olan kişiyə qarşı yönəlir. Əvvəl kişi qətlə yetirilir, sonra isə qadına hücum edilir.
Bu tip cinayi davranışın əsasında yeniyetməlik dövründə formalaşmış qüsurlar, komplekslər durur. Burada onların aqressiyası hər hansı konkret qadına və ya kişiyə yönəlmir. Bu cür cinayətin motivi kimi yeniyetməlik dövründə kiminsə ondan daha üstün tutulduğu situasiya ilə bağlı yaşanılmış neqativ emosional yaşantılar çıxış edir. Bu da onda qadınla kişi arasındakı istənilən münasibətlə bağlı güclü rəqabət meyili və aqressiv reaksiya formalaşdırmışdır. Keçmiş yaşantılarla bağlı bu aqressiya indi bu yaşantılarda heç bir təqsiri olmayan kişiyə və qadına yönəlir.
Cəzaçəkmə müəssisəsində bu kateqoriyadan olan cinayətkarlarla psixoloji iş zamanı I tipə aid edilən məhbuslarda seksual-rol təsəvvürlərinin təhrif olma səbəbini aydınlaşdırmaq lazımdır.
II tipə aid edilən məhbuslarla fərdi işi onların törətdikləri cinayətin spesifikasına müvafiq aparmaq lazımdır. Kiçik yaşlarında onların yaşadıqları bütün affektləri psixo-terapevtik metodikaların köməyi ilə üzə çıxarmaq lazımdır. Bu zaman məhbusla birlikdə onu belə affekt vəziyyətinə gətirmiş situasiyanı canlandırmaq olar. Dəfələrlə eyni situasiyanı canlandırarkən keçmişdə baş vermiş, psixi travma ilə bağlı bu situasiyaya məhbusun emosional reaksiya göstərməməsinə nail olmaq lazımdır.
III tipə aid məhbuslarla fərdi iş onlarda azyaşlılarla bağlı daxili qadağanların formalaşdırılmasına, cinsi meyllərin korreksiyasına yönəldilməlidir.
IV tiplə fərdi işi isə davranış terapiyası əsasında qurmaq məqsədə müvafiqdir.
Psixopatoloji xüsusiyyətlərə malik şəxslər- bura aid edilən məhbusların cinayi davranışı onların xarakterinin patoloji xüsusiyyətləri və ya psixi anomaliyalarla əlaqəlidir. Bu kateqoriyaya iki tip aid edilir:
Birinci tip onların cinayi davranışı həm zərərçəkmiş üçün, həm də onların özləri üçün gözlənilməz olur. Bir qayda olaraq onların ilkin əməlləri zorlamaya deyil, məsələn, oğurluq etmǝyǝ yönəlir. Zorlama motivi isə situativ yaranır. Bu səbəbdən də hücumun qəfilliyi fəal fiziki zorakılıqla çulğaşır, bu əmələ isə əvvəlcədən hər hansı bir hazırlıq olmur. Bu tip cinayətkarlar üçün əməllərin düşünülməməsi, riskliliyi xasdır.
Onların davranışına təsir edən amillər kimi müəyyən psixoloji keyfiyyətlər-impulsivlik, aşağı özünənəzarət, mənəvi-əxlaqi sahədə qüsurlar çıxış edir.
İkinci tipə aid edilən məhbuslara müəyyən psixi və fiziki qüsurlar xasdır ki, bu da onların əks cinslə münasibətlərinə maneə kimi çıxış edir (məsələn, əqli geriliyi olanlar və ya əlillər). Bir çox hallarda onlar yeniyetmələri obyekt kimi seçir. Zorlama cəhdi cinsi tələbatı normal yolla təmin etmək mümkün olmadığından təzahür edir. Bu davranışa təhrik edən ən əsas amil kimi qadınlarla ünsiyyətdə davamlı olaraq özünü göstərən uğursuzluqdur.
Şəxsiyyətlərarası qavrayışda güclü pozuntular səbəbindən zorlamaya görə məhkum olunmuşlar- bu kateqoriyaya aid edilən məhbuslar qadınların davranışını və ümumilikdə yaranmış situasiyanı düzgün anlaya bilmirlər. Bu tip məhbuslar törədilmiş əməldə özlərini təqsirli bilmir. Özlərinə haqq qazandırmaq üçün çoxsaylı dəlillər gətirir. Adətən cinayətkar və zərərçəkmiş bir-birlərini əvvəlcədən yaxşı tanıyır və ünsiyyətdə olur. Çox vaxt qadın özü könüllü olaraq “cinayətkarın” evinə gedir, orada gecələyir.
Bu situasiyada zərərçəkmişin provakasyon davranışı müşahidə edilir.
Bu halda qadın tərəfindən oyun xarakterli viktim-cinsi davranış icra edilir. Burada əslində cinsi kontakta deyil, konfliktə meyl mövcuddur. Kişi tərəfindən isə motiv kimi onun tərəfindən asan əldə edilən obyekt kimi nəzərdən keçirilən qadınla cinsi əlaqǝyǝ meyl çıxış edir.
Tamahkar cinayətkarlar kateqoriyası da böyük maraq doğurur. Bu kateqoriyaya aid edilən cinayətkarlar təkcə temperament və xarakter xüsusiyyətlərinə görə deyil, onların kriminal davranışının əsasında dayanan motivlərə görə də yekcins deyillər (2.43).
Belə bir yanlış fikir mövcuddur ki, bu kateqoriyadan olan cinayətkarların davranışının əsas motivi tamahdır. Lakin psixoloji baxımdan istənilən cinayətin əsasında problemləri ekstremal yolla hall etmək cəhdi dayanır. Bu kateqoriyaya aid edilən cinayətkarların davranış motivasiyası əsasında əsasən 2 tipi fərqləndirirlər. Haris tip-bu tip üçün cinayət törətmək həm özünə, həm də ətrafdakılara özünü təsdiq etməyin ən yaxşı yolu kimi nəzərdən keçirilir. Bu cür davranışın əsasında arzu edilən sosial rollar dəstini (biznes-
biznemen, mesenat, sadəcə çox varlı insan) ifa etməyə imkan verən müəyyən maddi səviyyənin mənimsənilməsi dayanır. Tamahkar cinayətlərin əsasında çox vaxt daxilən özünə inamsızlıq, aşağı özünüqiymətləndirmə durur. Bu baxımdan oğurluğa, qarətə görə məhkum edilmiş məhbuslar diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki, şəxsi mülkiyyəti qarət etmiş şəxslər arasında 2 qrupu fərqləndirmək olar. Birinci qrupa aid edilən şəxslərin cinayətləri öz psixoloji problemlərini həll etmək üçün müəyyən maddi dəyərlər əldə etməyə yönəlib. Məsələn, bu yolla onlar öz qeyri-formal qruplarında avtoritet qazanır. Bir qayda olaraq onlar oğurluqla məşğul olan cinayətkar qrupa daxil olurlar. Bir çox hallar da həmin şəxslərin belə cinayətlər törətməsi onların oğurluğun törǝdilməsini qəbul edilən və bəyənilən qeyri-formal qruplara cəlb edilməsinin nəticəsi kimi nəzərdən keçirilir. Oğruları bu tipinə həm də müəyyən sabit qrupa daxil olmayan, lakin cinayəti özlərini təsdiq etmək üçün törədən məhbusları da aid edirlər. Belə hallarda oğurlanmış maddi dəyərlər onların özlərini təsdiq etmələrinə imkan verən müəyyən həyat tərzinin təmin edilməsinə yönəldilir (bahalı restoranlara getmək, bahalı geyimlər,müəyyən ünsiyyət dairəsinə daxil olmaq). Lakin bu halda şəxsi oğurluğa təhrik edən müəyyən etalon, referent qrupdan söhbət getmir.
Nəzərdən keçirdiyimiz bu iki tip üçün ümumi olan cəhət odur ki, hər iki halda onların oğurluq etmələri özlərini təsdiq etmək və bu yolla ilk növbədə özünüqiymətləndirmə və daxili inamsızlıq ilə bağlı olan problemlərini həll etmək cəhdi durur.
Özünü təsdiq etmənin digər yolu şəxsiyyətdaxili problemi cinayətin törədilməsi yolu ilə həll etməkdir. Burada maddi dəyərlər sanki ikinci plana keçir, xüsusilə cinayətin törədildiyi an. Məsələn, cibgirlərdə. Bu halda cinayi davranış kompensasiya xarakteri daşıyır. Belə ki, əldə edilmiş maddi dəyərlər birinci dərəcəli əhəmiyyət kəsb etmir, baxmayaraq ki, çox vaxt şəxsi tələbatların ödənilməsi üçün istifadə edilir. Bu tip mǝhbuslar üçün cinayətin törədilməsi neqativ şəxsi keyfiyyətləri aradan qaldırmaq (məsələn, inamsızlıq, qorxu), iradi keyfiyyətləri təsdiqləmək və özünüqiymətləndirməni yüksəltmək məqsədi daşıyır.
Oyunçu tip-bu tip psixoloji baxımından ən mürəkkəbdir. Amerikan psixoterapevti Erik Bern hesab edir ki, cinayətkarlar arasında 2 tipi fərqləndirmək olar: mənfəət əldə etmək üçün cinayət törədənlər, cinayətin törədilməsinə oyun kimi baxan tip. Oyunçu tip üçün xarakterik olan cəhət riskə daimi tələbatdır. Onlar üçün ən əhəmiyyətlisi cinayətin törədilməsi prosesinin özüdür. Oyun motivasiyasını dələduzlarda müşahidə etmək mümkündür. Bu tip mahbusların islahı prosesində xüsusi psixoterapevtik metodikalardan, xüsusilə, transakt tǝhlil və qeştaltterapiyadan istifadə çox əhəmiyyətlidir. Beləliklə də, biz müxtəlif kateqoriyadan olan məhbuslarm psixoloji keyfiyyətlərini nəzərdən keçirdik. Fikrimizcə, bu keyfiyyətlərin nəzərə alınması məhbusların islahı işini daha effektiv qurmaq imkanı verir.
Ədəbiyyat:
- B.H.Əliyev, A.F.Samandsrova <<Hüquq psixologiyasinin tədqiqat metodları». Bakı, 2008.
- Личность преступника: методы изучения и проблемы воздействия. Сборник научных трудов. Москва, 1988.
- А.И.Ушатиков, Б.Б. Казак <<Пенитенциарная психология» Рязань 2003.
Müəllif: BDU-nun psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Aydan Firudin qızı Səməndərova