Elmi dərəcəsi – BDU, SEP fakültəsinin, Psixologiya kafedrasının “Şəxsiyyət psixologiyası” ixtisası üzrə doktorantı
Vəzifə – Psixologiya Elmi Tədqiqat İnistutu, Yaş və İnkişaf psixologiyası şöbəsinin rəhbəri, psixoloq
Orta təhsilini Bakı şəhərində almış və 2006-cı ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsinə daxil olmuş, psixologiya ixtisası üzrə təhsil almışdır. 2010-2012-ci illərdə Bakı Dövlət Universitetinin inkişaf psixologiyası üzrə magistr pilləsində təhsilini davam etdirmiş və fərqlənmə diplomu ilə bitirmişdir. 2016-cı ildən etibarən Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının Şəxsiyyət psixologiyası üzrə qiyabi doktorantıdır. Psixologiya üzrə fəlsəfə doktoru, professor Rəna Fuad qızı İbrahimbəyovanın rəhbərliyi altında “Yeniyetmələrdə şəxsiyyətdaxili böhranın təzahür xüsusiyyətləri” mövzusunda psixologiya üzrə fəlsəf doktorluğu dissertasiya işi üzərində işləyir.